Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə40/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

124 

 

-  Biz  pusquda  dayanıb,  ermənilərin  yuxuya  getməsini 



gözləməliyik.  Sübh  çağı  onları  hökmən  ölüm  yuxusu 

yaxalayacaq.  O  zaman  biz  də  onların  işini  bitirərik.  -  Mikayıl 

bildirdi. 

-  Nə  danışdığını  bilirsən  heç?!  Biz  silahsız  onlarla  necə 

bacaracayıq? - Novruz təəccübünü gizlədə bilmədi. 

-  Bəs sən nə düşünmüşdün? Burdan elə belə, qorxaq erməni 

kimi  qaçıb  gedək?  Bəs  onların  bizim  başımıza  açdıqları 

müsibətləri nə tez unutdun, Novruz?! Xeyr, erməni dığalarının 

mənə  etdikləri  işgəncələrin,  eləcə  də  ölmüş  qardaşlarımızın 

intiqamını  almadan  qaçıb  gedə  bilmərəm.  Bu  fürsəti  əsir 

düşüdüyüm  gündən  gözləyirəm.  Mən  intiqamımı  hökmən 

alacağam.  Buradan  elə  belə  qaçıb  getmək  kişilikdən  deyil. 

Əgər siz istəyirsinizsə, dediyiniz istiqamətdə qaçıb aradan çıxa 

bilərsiniz, - deyə Mikayıl yoldaşlarına qəti fikrini bildirdi. 

    Bu  yerdə  fikirlər  haçalandığından,  yollar  da  ayrıldı.  Üç 

yoldaş meşəyə girmək üçün açıq sahəyə, Mikayıl isə düşmən 

postuna üz tutdu. O, əvvəlcə iti addımlarla, sonra isə sürünə-

sürünə  posta  yaxınlaşdı.  Postda  dörd  nəfər  idi;  ikisi 

sığınacaqda  oturub  söhbət  edir,  ikisi  bayırda  gəzişirdi.  O, 

posta    bir  az  da  yaxınlaşıb  gözlədi.  On-on  beş  dəqiqə  keçdi. 

Bayırdakı  ermənilərdən  biri  yoldaşına  nəsə  deyib  aralandı  və 

düz Mikayılın gizləndiyi tərəfə gəldi. Mikayıl dərhal başa düşdü 

ki,  erməni  təbii  tələbatını  ödəmək  istəyir.  Bu  Mikayıl  üçün

 

göydəndüşmə fürsət oldu. Erməni avtomatını yerə qoyan kimi, 



Mikayıl  pələng  cəldliyi  ilə  gizləndiyi  yerdən  sıçrayıb  ermənini 

qamarladı. Bunu elə bir anda etdi ki, erməni heç cınqırını belə 

çıxara bilmədi. O, bir göz qırpımında qavırıb dığanın boynunu 

sındırdı.  “Bu  maşınla  tapdaladığınız  qardaşlarımın  intiqamı”  - 

deyə  astadan  dilləndi.  Sonra  erməninin  paltarını  geyinib 

avtomat  silahını  götürdü,  posta  gəzişən  erməninin  yanına 

getdi. Pəzəvəng erməni yoldaşının gec gəldiyini görüb çağırdı: 

-   Akop!.. Akop!.. 




125 

 

    Akopdan  səs  çıxmadığından,  gicgahından  aldığı  ölüm 



zərbəsindən  daş  kimi

,

  o  da  yerə  sərilib  qaldı.  Mikayıl  onun 



döyüş  bıçağını  götürdü  və  bu  an  ermənilərin  qəbir  üstündə 

başını  kəsdikləri  cavan  əsgəri  xatırladı  və  bir  andaca 

düşmənin  başını  bədənindən  ayırdı.  “Bu  da  qəbir  üstündə 

başını  kəsdiyiniz  cavan  əsgərimizin  intiqamı!”  -  deyə 

gözlərində sanki qığılcım parladı.  

    İndi  blindajdakı  ermənilərin  işini  bitirmək  onun  üçün  çətin 

deyildi.  O,  asta  addımlarla  sığınacağa  tərəf  getdi.  Heç  nədən 

xəbəri  olmayan  erməni  dığaları  şirin-şirin  söhbət  edirdilər. 

Mikayıl  alıcı  quş  kimi  qəfildən  onların  üstünə  şığıdı.  Onlar 

özlərini itirdilər və bir anda nə baş verdiyini anlaya bilmədilər. 

Mikayıl  əlindəki  bıçağı  silahı  götürmək  istəyən  erməninin 

boğazına çəkdi. O birisi yerindən qalxıb, silahı götürmək istədi. 

Amma Mikayıl ona da imkan verməyərək, bıçağı arxadan onun 

kürəyinə  sapladı.  “Bu  da  acından  və  soyuqdan  ölmüş 

yoldaşlarımın  intiqamı!”  -  deyə  Mikayıl  dərindən  köks  ötürdü. 

O,  cəhənnəmlik  olmuş  erməni  daşnaklarının  ərzaqlarını 

götürüb  meşəyə  girdi.  Artıq  sübh  çağı  idi.  Bu  zaman  güclü 

partlayış eşidildi. Mikayıl yoldaşlarının getdiyi istiqamətə baxdı. 

Onlar  minaya  düşmüşdülər.  Bu  partlayışı  ermənilərin  digər 

postu  hökmən  eşitmişdi.  Bacardıqca  burdan  uzaqlaşıb 

meşənin dərinliklərinə girmək lazım idi. “Ax, Novruz! Axı, sənə 

dedim  ki,  oradan  getmək  qorxuludur.  Dinləmədin  məni!”  - 

Mikayıl  yoldaşları  üçün  çox  heyfsiləndi,  üzüldü  və  ayağı 

tutduqca qaçıb meşənin dərinliklərində görünməz oldu...  

    Mikayılın  yoldaşları  minaya  düşmüşdü.  Rahib  həlak 

olmuşdu,  Aydın  isə  qılçasının  birini  itirmişdi.  Novruz  da 

qorxaraq daha irəli gedə bilməyib, yerindəcə oturub qalmışdı. 

Tezliklə  digər  postdakı  ermənilər  partlayışın  səsinə  gəlib, 

Novruzla  Aydını  yenidən  tutub  aparmışdılar.  Adları  Qırmızı 

Xaç  Komitəsinin  siyahısında  olduğu  üçün  onları  öldürə 

bilməyiblər. Çünki düşərgədən qaçan əsirlərin cəzası ölüm idi. 



126 

 

    Mikayıl  isə  14  gün  gecələr  yol  gedib,  gündüzlər  meşənin 



dərinliyində  gizlənirdi.  Bu  müddət  ərzində  Mikayıl  meşədəki 

meyvələrdən  yeyib  dolanırdı.  Bir  axşam  Mikayıl  yuxuda  ikən 

gördü  ki,  evlərindədir.  Həyətlərində  yığıncaq  var.  Məlum  oldu 

ki, oğlunun toyudur. Vağzalı çalınır, ancaq oğlu Tural mağara 

girmək  istəmir.  Əmiləri  ona  çox  təkid  edirlər  ki,  Tural  mağara 

girsin. Amma Tural deyir:“Atam gəlməyincə, mən toy mağarına 

girməyəcəyəm!”  Bu  zaman  Mikayıl  yuxudan  ayıldı  və  gülərək 

dedi:  “Demək,  mən  bu  ölüm  düşərgəsindən  xilas  olacağam. 

Mənə bundan sonra daha ölüm yoxdur!”  

    On  dörd  gündən  sonra  Mikayıl  Daşkəsən  rayonuna  gəlib 

çıxdı.  Beləliklə,  on  altı  ay  cəhənnəm  əzabı  görən  Mikayıl 

əsirlikdən xilas oldu. O, əsir düşərkən yüz altı kiloqram idi, indi 

isə  64  kiloqram  qalmışdı.  O  cür  cüssəli,  boylu-buxunlu 

bədəndən  əsər-əlamət  qalmamışdı.  Amma  Mikayılın  on  altı 

aylıq  işgəncələrlə  dolu  əsirlik  həyatını,  çəkdiyi  cəhənnəm 

əzabını  onun  ermənilərdən  aldığı  intiqamı  qismən  də  olsa, 

unutdururdu...  

 

                                                                                                                      



                                                                 20.11.2013 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə