131
“Sənin fikrinlə razı deyiləm. Bədbin olmaq uğursuzluğa
düçar olmaq deməkdir. Həyat gözəldir, yaşamaq isə ondan da
gözəldir. Sən ümidini həyatdan üzmə. Nə bilirsən, bəlkə səni
hardasa başa düşən, sənə inanan, sənin qəlbini fəth edən
birisi var. O, nə vaxtsa gəlib səni tapacaq. Ona görə də ümidlə
yaşamalısan!” dedim.
“Elə məni indiyə qədər yaşadan o ümidlərdir də. Yaxşı ki,
sən varsan. Səninlə söhbətdən sonra bir az rahatlanıram.
Yaşamaq həvəsim artır. Çünki insan onu başa düşən, qəlbən
anlayan birisiylə həmsöhbət olanda istər-istəməz rahatlıq tapır.
Mənə ümid verən, yaşamaq həvəsimi artıran həm də sənin
yazıların oldu. Qadın dünyasına bələd olan birisi kimi, son
anda məni intihardan qurtardın. Sən olmasaydın, indi mən
çoxdan həyata əlvida demişdim. İndi nə yaşayıramsa,
səninçün yaşayıram. Çünki sən məni qəlbən anlayan ikinci
adamsan. Birincisi sənə məlumdur. Bütün rəftarınla,
səmimiyyətinlə, xarakter və düşüncələrinlə eyniylə ona
bənzəyirsən. Ona görə də, onun kimi səni də itirməkdən
qorxuram!” dedin.
Ax, gülüm, məni səni intihardan, böyük günah sahibi
olmaqdan qurtardım. Amma zalım xəstəlikdən xilas edə
bilmədim! Son anda əlim çatmadı sənə! Taleyə bir bax! İlk
sevdiyin insanı da, səni də o, amansız xəstəlik apardı...
Əzizim, bundan sonra mən səni yazılarımda yaşadacağam.
Növbəti yazım “Günaha batmış sevgi” olacaq...
Səndən mənə yalnız həsrət dolu baxışlar qaldı. Məndən
sənə nə qaldı?! Bax, onu bilmədim!..
25.06.2013
132
Yuxularına gələcəyəm
(Esse)
S
əndən ayrılandan bəri yuxum ərşə çıxıb. Nə gecəm
bilinir, nə də gündüzüm. Niyə ucuz tutdun bu saf
məhəbbətimi? Niyə xəyanət etdin bu təmiz eşqə? Əvvəllər
“səni dünyalar qədər sevirəm” deyən dilin, niyə birdən-birə
“daha biz ayrılmalıyıq, biri-birimizə nifrət etmədən” deyə
hamının qibtə etdiyi sevgimizə qarşı “üsyan” etdi. Nədən? Niyə
səbəbini söyləmədən tərk etdin məni?! Axı, mən bu cür
ayrılığa layiq deyildim. Məni dünya malına dəyişdiyini
sonradan öyrəndim. O, imkanlı birisiymiş. Demək, aramızdakı
saf duyğuları var-dövlətə, şan
-
şöhrətə satdın?! Niyə ucuz
tutdun bu eşqi, bu sevdanı? Buna dəyərdimi?! Amma mən bu
eşqin heykəlini qəlbimdə əbədiləşdirdim. Daha bundan sonra
qəlbimdə kimsəyə yer olmayacaq!
Niyə günahsız bir bəndəni ağlatdın?! Dərdi, kədəri muncuq
kimi niyə boynuma düzdün?! Niyə küskün, incik baxışlarla
dağladın məni?! Həmin gün ruhumu incitdin, qəlbimi üzdün.
Həmin gün ömrümə həsrət ələndi. Yanaqlarımda kədər
cığırları iz saldı. Taleyim üzümə güldüyü zaman, tamarzı
qaldım sənin ətrinə! Sən mənim ülvi eşqimi yetim qoydun!
Artıq sənin ürəyində ünvanım itib. Sənə verdiyim eşq
əmanətini qoruya bilmədin. İndi geri qaytar o sevgimi, özümə
qaytar!
İndi sənin ətrini xatirələrdən alıram. Dəniz sahilindəki o
gülüş səslərin hələ də qulaqlarımdadır.Yenə də həmin
sahildəyəm. Sənli xəyallara dalmışam yenə. Adın çiçəkləyir
dodaqlarımda. Sevincə bürünüb kövrək duyğular. Arzular
sinəmdə təzəcə çiçək açdığı zaman tərk etdin məni. Hər gecə
içimdə həsrət yuxular, “görəsən, vüsal harayıma hay
133
verəcəkmi?” deyə düşünürəm. Nədəndir ki, heç yuxularıma da
gəlmirsən. Amma hardan gələ bilərsən ki? Mən ki heç
yatmıram. Mən isə sənin yuxularına hökmən gələcəyəm, sən
istəməsən belə. Bilirəm, yuxularına gələn gecə isinəcəksən.
Bundan sonra ömrüm bir şam kimi ərisə belə, qəm, kədər
içimdə yerisə belə, mən səni yenə də gözləyəcəyəm!
Bir axşam soruşdun: “Axı, məhəbbət nədir?” Dedim:
“Məhəbbət oddur, atəşdir. Qəlbi daim yandırıb-yaxar.”
Soruşdun: “Bəs, onda bu atəşə necə dözmək olar?” Dedim:
“Əgər bu eşq, bu məhəbbət qarşılıqlıdırsa, onda bu atəş sevən
könüllərə sərinlik verər.”
İndi bayırda qar yağır. Hava soyuqdur. Bilirəm ki,
üşüyürsən. Mən yenə də qəlbimlə bacara bilmirəm, sənin
üşüməyinə heç cür dözmürəm. Darıxma, mən səni heç vaxt
üşüməyə qoymayacağam! Hər zaman qəlbimdəki sənin eşq
atəşinlə soyuq gecələrdə yuxuna gələcəyəm. Və səni eşqimin
oduyla isindirəcəyəm!..
29.07.2013