Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   82   83   84   85   86   87   88   89   ...   98

284
 
 
-    Görürsən,  o  zaman  necə  kişilər  vardı.  Amma  indi  sənin 
özünə vəzifə təşkil etsələr, dərhal gedərsən, hələ bir üstəlik 
rüşvət də verərsən.  
    Yəni  bu  misalı  çəkməkdə  məqsədim  odur  ki,  mən  belə  bir 
ailədə tərbiyə almışam. 
    Camal  müəllim,  ermənilərlə  bağlı  bir  faktı  da  qeyd  etmək 
istəyirəm.  Oğlum  yaxınlarda  Amerikanın  Baltomor  şəhərində 
kinq-boks üzrə yarışda iştirak edirdi. Yarımfinalda Rumiyadan 
gələn  bir  oğlanla  vuruşub.  Oğlanı  dəfələrlə  vurub  yerə  sərir, 
ancaq  hakim  erməni  olduğundan  buna  imkan  vermir.  Axırda 
oğlum dözə bilməyib hakimin boğazından tutub soruşur: 
-  Ayə, nə istəyirsən məndən? 
    O cavabında deyir: 
-  Sən  Şadlinski  nəslindənsən,  heç  olmasa,  burada  sizdən 
hayıfımı alım. 
    Belə bir hadisə Kiyevdə də olmuşdu. Yarımfinalda hərlədib-
fırladıb oğlumu erməiylə salırlar. Erməni eyni zananda Kiyevin 
çempionu idi. Oğlum  bütün hallarda rəqibi üzərində üstünlüyü 
ələ  alıb.  Ancaq  hakim  yenə  də  erməninin  tərəfini  saxlayırdı. 
Oğlum  deyir:  “Gördüm,  ata,  durmusan  qarşımda,  mənə 
deyirsən:  “Ay  vicdansız,  əgər  bu  erməni  dığasını  nokautla 
udmasan,  hakimlər  səni  uduzduracaq”.  Bu  sözlərdən  sonra 
oğlum  var  gücüylə  erməniyə  birini  ilişdirir  və  o,  tirtap  yerə 
uzanır. 
   Görürsünüz  də,  hara  gediriksə,  ermənilər  bizdən  əl 
çəkmirlər.Odur ki, bunlara qarşı ehtiyatımızı gərək heç zaman 
əldən verməyək. 
   Qərbi  Azərbaycandan  deportasiya  olunub  qədim  Şəmkirin 
Çinarlı  kəndində  məskunlaşan  ailələrdən  biri  də  Bilas 
müəllimin ailəsi idi. 
   İllər  ötür,  Çinarlı  kəndində  çinar  boylu  oğlanlar  böyüyürdü. 
Onların  arasında  erməni  dığaları  da  var    idi.  Onlar    kənddə 
özlərini  elə  aparırdılar  ki,  elə  bil  Çinarlı  onların  atalarından 
qalmışdı. 


285
 
 
    Vaqifin  ərköyünlüyü,  tay-tuşları  olan  erməni  dığalarına 
cavab  qaytarması,  hətta  güləşdiyi  zaman  özündən  böyüklərin 
də kürəyini yerə vurması heç vaxt erməni Arakelin diqqətindən 
yayınmırdı. O çalışırdı  ki,  Vaqifi təkləyib  döydürsün. Hamıya 
sübut  etsin  ki,  Çinarlı  kəndində  ancaq  erməni  uşaqları  ağalıq 
edə bilərlər. 
    Bir  gün  kəndin  klubunda  hind  filmi  göstərilirdi.  Uşaqlar  da 
həmin  filmə  baxırdılar.  Birdən  klubda  qışqırtı  qopur.  Tez 
işıqları  yandırdılar.  Arakelin  və  bir  neçə  erməni  dığasının 
qışqırığı  aləmi  başına  götürmüşdü.  Arakelin  ağız-burnu  qana 
bulaşmışdı. Vaqif təkbaşına erməni dığalarının yaxşıca dərsini 
vermişdi. 
   O  vaxtdan  Vaqifin  səsi  gələndə  erməni  dığaları  evlərindən 
çölə çıxmırdılar. Bundan sonra kənddə Vaqifin  hörməti artdı. 
Bir dəfə Arakelin atası Bilas müəllimi görüb camaatın arasında 
demişdi: 
-  Ay  Bilas  müəllim,  ara,  elə  siz  də  qəribə  adamlarsınız.  Biz 
ermənilərdən nə istəyirsiniz? Ermənistanda Abbasqulu bəy bizi 
kırdı,  burda  da  sənin  oğlun  Vaqif.  Siz  Şadlinskilərin  əlindən 
biz torpaqlarımızdan hara çıxax gedax?.. 
    Bilas müəllim isə ona sakit tərzdə cavab vermişdi: 
-  Sizin nə vaxt torpağınız, yeriniz-yurdunuz olub ki? 
    Doğma  bildiyiniz  bizim  ana  Vətəndən  siz    şərəfsizləri  biz 
yox,  Vaqif  kimi  oğullar  təmizləyəcək.  Sizləri  bizim  başımıza 
çıxaranlar  namusunuzu,  qeyrətinizi  ayaqları  altına  aldığınız 
“Sarı 
köpəklərdir”.Zamanonların 
da 
dərsini 
verəcək, 
tələsməyin. 
   ...İllər  ötdü,  dünyamızda  çox  şey  dəyişdi.  Bircə  dəyişməyən 
elin,  obanın  ağsaqqalı  olan  müdrikliyi,  alicənablığı  ilə  təkcə 
Çinarlıda  deyil,  doğma  Azərbaycanımızın  bir  çox  guşələrində 
nəslinə,  soyadına  hörmət  qazandıran  Bilas  müəllimin  oğlu 
Vaqif  Şadlinski  haqqında  olan  düşüncələri  həqiqətə  çevrilib 
dəyişməz oldu. 


286
 
 
    V. Şadlinski öz müəllimini  də heç zaman unutmur. Belə  ki, 
1996-  cı  ildə  müəllimi  K.Ə.  Balakişiyevin  90  illik  yubileyini 
universitetdə  geniş  qeyd  olunması  və  bu  münasibətlə  elmi 
toplunun  buraxılması  da  V.  Şadlinskinin  adı  ilə  bağlıdır. 
Bundan  əlavə,  V.Şadlinski  müəllimə  dərin  hörmət  əlaməti 
olaraq 
Azərbaycanda 
anatomik 
məktəbin, 
anatomiya 
kafedrasının  və  muzeylərinin  yaradıcısı,  professor  K.Ə. 
Balakişiyevin  foyedə  büstünü  qoydurmuş,  onun  elmi  və 
pedaqoji  fəaliyyətindən  bəhs  edən  guşə  yaratmışdır.  Bunun 
qarşısında isə 1919- cu ildən bu günə kimi kafedraya rəhbərlik 
etmiş mərhum professorların alt yazısı ilə şəkilləri asılmışdır. 
     Vaqif müəllim kafedra müdiri işlədiyi müddətdə hər il K. Ə. 
Balakişiyevin  doğum  günü  kafedranın  əməkdşları  və 
universitetin  1-ci  kurs  tələbələrinin  nümayəndələri  onun  qəbri 
üstünə  gedərək  tanınmış  alimin  həyat  və  fəaliyyətindən,  tibb 
elmindən  ,  xüsusilə  Azərbaycan  anatomiya  məktəbinin 
yaranmasında böyük rolundan, xidmətlərindən danışaraq onun 
xatirəsini yad edirlər. 
     İndi  Vaqif  müəllim  ömrünün  60-cı  baharını  yaşayır.  O, 
tutduğu vəzifə ilə tanınan insanlardan olmayıb. Vaqif müəllim 
bu ömrü hədər  yaşamayıb. O öz zəhmətsevərliyi, prisipiallığı, 
dönməzliyi, əyilməzliyi və səmimiyyəti ilə insanların gözündə 
ucalmışdır.  Bu  ucalıq,  bu  zirvədən  boylanma  həqiqətən  Vaqif 
müəllimə  yaraşır.  Ona  elmin  zirvələrini  fəth  etməkdə  yeni 
yaradıcılıq uğurları diləyirik! 
 
                               Bakı şəhəri, 04 oktyabr 1999-cu il.    
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə