Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   90   91   92   93   94   95   96   97   98

308
 
 
gülüş  yazıçılarının  əsərlərindən  ibarət  yeni  kompozisiyasını 
tamaşaçılara  təqdim  edəcəyəm.  Milli  Dram  Teatrının 
aktyorlarından  Nizami  Mirsalayev,  Naibə  Əlibəyova,  Əli 
Qurbanov,  Hicran  Məmmədova,  Firuz  Xudaverdiyev  və  mən 
özüm  də  burada  iştirak  edəcəyəm.  Əsərin  rejissoru  Səlim 
Həsənovdur.  Bundan  əlavə,  yeni  əsəri,  “Sizi  gözləyirik”adlı 
komediyanı  tamaşaçılara  təqdim  edəcəyik.  Bu  əsərdə  biz 
tamaşaçının  teatrdan  necə  soyuduğunu,  hərənin  evində  bir 
videonun  olması  teatr  zalının  boş  qalmasına  gətirib  çıxarır. 
Adamların  özlərinə  qapılması,  get-gedə  teatrlardan  təcrid 
olunması,  bu  əsərin  əsas  ideyasını  təşkil  edir.  Bir  sözlə,  teatr 
zalı  tamaşaçı  nəfəsilə  isinməlidir  hər  zaman.  Biz  bu  əsərdə 
gülüş  yolu  ilə  evdə  oturub  televizora,  videoya  baxan,  teatra 
getməyən tamaşaçıları tənqid atəşinə tuturuq. 
 
Deməli, gülüş ustası Arif Quliyev gülüş üzərində yaradıcılıq 
tədqiqatlarını  davam  etdirir.  Arif müəllim,  qarşıdan  Sizin  50 
illik yubileyiniz gəlir. Bu yubiley münasibətilə həm  sizi sevən 
tamaşaçılar  adından,  həm  qəzetimizin  kollektivi  adından, 
həm  də  öz  adımdan  səmimi  qəlbdən  təbrik  edirik.  Sizə 
həyatda ən ümdə olan can sağlığı, uzun ömür, sənət zirvəsini 
fəth  etməkdə  tükənməz  yaradıcılıq  uğurları  arzulayırıq.  Qoy 
sizin tamaşaçılara bəxş etdiyiniz gülüşlər bundan sonra da öz 
təravətini itirməsin! 
 
-    Çox  sağ  olun,  Camal  müəllim.  Mən  də  öz  növbəmdə  həm 
istəkli  tamaşaçılarıma,  həm  də  qəzetin  kollektivinə  öz 
minnətdarlığımı  bildirirəm.  Və  arzu  edirəm  ki,  tamaşaçılar 
təkcə  məni  görəndə  üzlərində  təbəssüm  yaranmasın,  qoy  bu 
təbəssümlər,  gülüşlər  heç  zaman  onların  çöhrələrindən  əskik 
olmasın.  Mən  inanıram  ki,  biz  işğal  olunmuş  torpaqlarımızı 
qaytarandan sonra daha da ürəkdən güləcəyik. 
 
 


309
 
 
                                            “Son söz” qəzeti, iyun 2000-ci il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
               Şərəfli ömür yolu 
 
 
       (Müsahibimiz  qocaman  pedaqoq,  70  illik  yubileyi  qeyd 
edilən,  İsmayıllı  RXTŞ-nin  metodist  müəllimi  Mehralı 
Nəcəfovdur.)                     
 
-  Mehralı müəllim, Sizi qağıkeş, işgüzar, qətiyyətli metodist 
müəllim kimi tanıyırlar. 
 
-  1957  -  ci  ildə  Talıstan  kənd  məktəbinə  Azərbaycan  dili  və 
ədəbiyyatı  müəllimi  təyin  olunmuşdum.  Doğrusu,  bu  dilbər 
guşədə həyatım ən gözəl günlərini yaşayır, həvəslə işləyirdim. 


310
 
 
Bir  ay  keçdi.  Məni  dərs  hissə  müdiri  təyin  etdilər.  İndi  də 
hörmətlə  yad  etdiyim  Abdulla  Əhmədov,  Ziyad  Cəbrayılov, 
Əlibala  Mirzəyevlə  işlədim.  İstirahət  günlərində  Talıstan 
çayının  yatağı  ilə  İsmayıllı  şəhərini  içməli  su  ilə  təmin  edən 
Ağbulaq gölünə və məşhur Cavanşir qalasına yollanırdım. Göz 
yaşı  kimi  duru  suyu,  axar  Ağbulaq  gölü,  sıldırım  qayalar 
döşündən keçən cığırlar, təmiz hava insana sanki bir məlhəmdi. 
Ona görə, bir dəfə də olsun başım ağrımadı buralarda. 
 
Mehralı müəllim,o zaman xalq maarifinin qarşısında hansı 
tələblər qoyulurdu, hansı təcrübədən istifadə olunurdu? 
 
-    Müəllimin  yaşayışı  çox  yaxşı  idi.  Müəllim  yüksək  maaş 
alırdı.  Sabahkı  günə  ümid  də  vardı.  Müəllim  elin  gözü, 
düşünən  beyni  idi.  Stavropolların  təcrübəsi,  “ikiilliksiz 
işləmək”, “sağlam və savadlı nəsil tərbiyə etmək” kimi şüarlar 
irəli sürülürdü. Uğurlarımız böyük idi. Təzəcə ailə qurmuşdum. 
Bir  ərzində  özümə  ev  tikdim.  Müvəffəqiyyətlərim  barədə  o 
zamanın  pedaqoji  mətbuatında  baş  məqalələrdə,  Əliyar 
Qarabağlı,  Yəhya  Qarabağlı,  Qulamhüseyn,  Beqdelinin  və 
başqalarının  yazılarında  qiymətləndirilmişdim.  Bu  məni 
həvəsləndirirdi.  O  zaman  gözəl  maarifçilər  vardı  –  İsrayıl 
Nəsənov, Hacalı Ramazanov, Ənvər Balayev, Ağami Bağırov, 
Baba Həsrətov, İzhar Kazımov, Piri Şıxəliyev, Sovqat Nuriyev. 
Məni  1960-cı  ildə  çəkib  İsmayıllı  şəhərindəki  1  №  -li  orta 
məktəbə gətirdilər. 
 
-  Bu  gün  doğma  Azərbaycanımızın  müstəqil  dövlət  kimi 
varlığı  artıq  reallıqdır.  Rəsmi  Dövlət  dili  və  ədəbiyyatının 
bugünkü tədrisi haqqında nə deyə bilərsiniz? 
 
-  Dilimiz  türk  dilləri  ailəsinin  oğuz  qrupuna  mənsubdur. 
Dilimizi  nə  türk,  nə  də  tatar  dili  ilə  eyniləşdirə  bilmərik. 
Ədəbiyyatımızı  da  həmçinin.  “Kitabi  -  Dədə  Qorqud”u, 


311
 
 
Nəsimisi,  Nizamisi,  Füzulisi,  Sabiri  ...  olan  xalq  və  onun 
ədəbiyyatı. Ədəbiyyatımızın  təlimi  üçün  yeni  məzmun  axtarıb 
tapılmalıdır.  Ədəbiyyat  kitabları  az  da  olsa,  çap  olunur. 
“Müntəxabat”  yox.  2000-ci  il  gəlib  çatdı.  Sinifdənxaric  oxu 
materialları hələ də kiril əlifbasıyladır. 
 
-  Proqrama  daxil  edilən  bəzi  mövzular  haqqında  nə  deyə 
bilərsiniz? 
 
-  Məcburi öyrədilən və  əzbərlənən mövzular tez də unudulur. 
Bəzi  mövzular  şagirdləri  maraqlandırmır.  Dövrə  görə  yaranan 
əsərlər vətəndaşlıq hüququ qazanmır. Təqsirkar dövrdür. 
 
-  Ədəbiyyat dərslərində ifadə və inşa yazılar geniş yer tutur. 
Şagirdlərin  gözəl  xətlə  yazmasına  nail  olmaq  müəllimlərin 
mühüm işlərindən biridir. Bu barədə fikriniz necədir? 
 
-  Bu  suala  jurnalist  Məmmədəli  Əliyevin  “Azərbaycan 
məktəbi”  jurnalının  səhifələrində  çap  olunmuş  məqaləsində 
deyilən  fikirlərlə  cavab  verəcəyəm:  “...Məktəbin  dil-ədəbiyyat 
müəllimi  Mehralı  Nəcəfov  dərsin  mövzusunu  yazı  taxtasına 
yazdı.  Doğrusu,  onun  yazdığı  3  kəlmə  son  dərəcə  gözəl,  əsl 
mənasında  tamaşa  idi.  Elə  bil  kolliqrafiya  qaydalarına  çox 
dürüst  riayət  edən  mahir  rəssam  əli  lövhəyə  aləmdən  gözəl 
incilər həkk etmişdir.” 
 
-    Kim  istəməz  ki,  onun  şifahi  və  yazılı  nitqi  aydın  olmasın. 
İnsan  üçün  savadlı  yazmaq  böyük  nemətdir.  Şagirdləriniz 
necə yazır? 
 
-  Unudulmaz  metodist  Yəhya  Qarabağlı  “Nəsihət  deyil, 
nümunə”  adlı  məqaləsinin  birində  yazırdı:“Mən  Mehralı 
müəllimin  şagirdlərinin  yazısına  baxdım.  Baxdım  və  heyran 
oldum. Yazılar inci kimi, mirvari kimi. Dəftərlərə elə bil adam 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə