Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   90   91   92   93   94   95   96   97   98

319
 
 
isə  küçələrə  atmaq  istəyirdi.  Bu  da  Azərbaycan  ziyalısı... 
Mövqe,  vəzifə  insanları  nə  qədər  dəyişdirirmiş.  Axı,  o,  adi 
müəllim  ömrü  yaşasaydı,  bu  cür  hərəkətlər  etməzdi.  İndi  o, 
yenə Neft Akademiyasında çalışır. 
      Mən  bir  yaşımdan  valideynsiz  qalmışam,  ömür    yolum 
eniş-yoxuşlu  olub,  bacımın  himayəsində  yaşamışam.  Ən 
kədərli  anlarımda  mahnı  bəstələmişəm.  Kədər  və  iztirabdan 
doğulan,  qətrə-qətrə  göz  yaşlarımdan  yoğrulan  mahnılar...  Bu 
mahnılarda  mənim  həyata  keçməyən  arzularım,  qırılmış  ümid 
və  istəklərim  əks  olunur.  Musiqi  təhsilim  yoxdur.  Onları  niyə 
bəstələyirəm, nəyimə lazımdır? Bilmirəm. 
     Astronomiyaya meyl göstərməyim elmi işimlə bağlıdır. 
     Ona görə də çoxları məni astronom hesab edir. Dissertasiya 
işim  tam  hazırdır.  Müdafiəyə  təqdim  etməliyəm.  Elmlər 
Akademiyasında tələb olunan məbləğ mənim əmək haqqımdan 
dörd  dəfə  böyükdür.  Bu  pulu  ödəməyə  mənə  iki  xeyirxah 
insanın  təklifi  olub.  Dövlət  Neft  Akademiyasının  dosenti  Əli 
Talıbov və mənim kimi yüzlərlə köməksizin himayəçisi, büllur 
kimi qəlb sahibi olan əməkdar müəllim Şəfiqə xanım Əliyeva. 
Mən  bu  təkliflərdən  imtina  etmişəm.  Allah  onların  hər  ikisinə 
can sağlığı versin. 
     Cavablarım yəqin ki, çox geniş oldu. 
     Filosof
astronom, 
teoloq, 
yazıçı-publisist, 
şair, 
bəstəkarsınızmı?  -  sualına  isə  cavab  verə  bilməyəcəm.  Çünki 
əslində mən heç özüm də bilmirəm ki, mən kiməm? 
 
-  Həqiqət xanım, siz tədqiqatçı alim olmaqla yanaşı, həm də 
Azərbaycan  Ziyalılar  Cəmiyyətinin  məsul  katibisiniz.  Bir 
ziyalı  kimi  deyə  bilərsinizmi,  bu  günün  ziyalısının  vəziyyəti 
necədir? 
 
-  Əvvəlla,  mən  alim  deyiləm,  sadəcə  müəllim  və 
tədqiqatçıyam.  Bu  günün  ziyalısının    vəziyyətinə  gəldikdə, 
iqtisadi  durumun  çətinliyi  onlardan  da  yan  ötməyib.  Ziyalılar 


320
 
 
cəmiyyətdə  elə  bir  təbəqədir  ki,  onlar  heç  bir  siyasi  mövqeyə 
malik  olmayan,  öz  elmi  sahələri  üzrə  fəaliyyət  göstərməklə 
bərabər,  cəmiyyətin  ümumimənafeyi  naminə  olan  məsələlərdə 
iştirak  edir,  öz  mövqelərini  bildirirlər.  Xalqımızın  ziyalı 
övladlarını    vahid  konsepsiya  ətrafında  birləşdirmək 
Azərbaycan 
Ziyalılar 
Cəmiyyətinin 
proqram 
və 
nizamnaməsində öz əksini tapıb. Cəmiyyətin 260 mindən artıq 
üzvü  var.  Yaxın  vaxtlara  qədər  AZC  problemlər  yığınında 
boğulub, lakin məhv olmayıb. 1997-ci ilin martında mən həmin 
cəmiyyətə  məsul  katib  seçilmişəm.  AZC-nin  rəyasət  heyətinin 
üzvlərindən akademik H. Sultanovun, cəmiyyətimizin mərhum 
prezidenti, akademik A. Hüseynovun, AZC-nin fəxri ziyalısı Z. 
Nəbiyevanın  və  əməkdar  müəllim  Ş.  Əliyevanın  xidmətlərini 
əks etdirən kitabların tək və müştərək müəllifiyəm. 
      Ziyalı xalqın görən gözü, düşünən beynidir. Təsadüfi deyil 
ki,  Qurani-  Kərimin  1000  ayəsindən    850-  si  elmə,  150-si  isə 
alimlərə  hörmət  və  ehtiramla  yanaşmağı  tövsiyə  edir.  Mən  bu 
hörməti yalnız qələmimlə edə bilirəm. 
 
-    Həqiqət  xanım,  bu  gün  həm  kainat,  həm  də  insanlar 
müəmmalarla  doludur.  Müəmmalarla  dolu  insanlar    bir–
birinə  qarşı  çıxır,  biri  digərinə  paxıllıq  edir,  hər  vasitə  ilə 
onun  uğurlarının  qarşısına  sədd  çəkir,  ona  mane  olmağa 
çalışır.  Vaxtilə  elmin  yollarında  Siz  də  bu  cür  haqsızlıqlarla 
qarşılaşmısınız?  Həmin  anlarda  bu  insanlar  barədə  nə 
düşünmüsünüz? 
 
 -    Son  altı  min  ildə  bəşəriyyət  mürəkkəb  bir  yol  keçmişdir. 
Kainatın  müəmmalı  yaranışı  insanı  həmişə  düşündürmüşdür. 
Bu məsələ ilə bağlı xeyli fərziyyələr də mövcuddur. Hər halda 
etiraf etmək lazımdır ki, insanın kainat haqqında olan bilgisi öz 
təbiəti  haqqında  olan  bilgidən  çoxdur.  Təqribən  üç  min  ilə 
yaxındır ki, insan varlığın açılmamış sirlərini öyrənməyə cəhd 


321
 
 
göstərir.  Məlumdur  ki,  kainat  da,  ayrıca  bir  elmin  sahələridir. 
Elmin isə öz qanunları var. 
     Məntiqi  yolla  elmin  əsas  qanunlarını  kəşf  etməyin 
mümkünsüzlüyünü vaxtilə dahi fizik Albert Eynşteyn də etiraf 
edirdi.  Yeganə  yol  kimi  fəhm  yolunu  qəbul  edən  alim  yazırdı 
ki,  bu  yol  hiss  olunan  aləm  arxasındakı  qanunauyğunluqların 
duyulmasına  əsaslanır.  Çünki  Allah  insanın  maddi  və  ruhi 
gerçəklərini  dəyərləndirərək  özü  ilə  bağlı  bütün  şeyləri 
vermişdir.  İnsan  daim  yüksək  məqamlara  can  atır.  Onun 
müəmması  isə  beyindir.  Fikrimcə,  beynin  şifrəsi  açılarsa,  elm 
insan  haqqında  axtardığı  cavabı  tapa  bilər.  Əql  və  düşüncə 
beynə məxsusdur. Quranda əql barədə 500-ə qədər ayə vardır. 
 Sualınızın  ikinci  tərəfinə  gəldikdə,  onu  deyə  bilərəm  ki, 
yüksək  intellektə  malik  insanlar  nəinki  mənə  paxıllıq  ediblər, 
əksinə,  lazımi  səviyyədə  köməklik  də  göstəriblər.  Xüsusən 
yaşlı nəsil, akademiklərimiz, zəhmət dolu ömür yolu keçən elm 
adamlarımız.  Mənə  yalnız  o  adamlar  mane  ola  bilər  ki,  onlar 
ehtiyac  nə  olduğunu  bilmədən,  kimlərinsə  yazdığını  müdafiə 
ediblər,  yüksək  ad  və  mövqeyə  malik  olublar.  Xoşbəxltlikdən 
mən  belə  adamlarla  qarşılaşmamışam.  Halal,  təmiz  elm 
adamları ilə  qarşılaşmışam. 
    Onların  verdiyi  istiqamətlər,  məsləhət  və  tövsiyələr  hər 
zaman  köməyimə  çatıb.  Birgə  işləmişik,  ədəbiyyat  gətiriblər, 
yazdığımı  müzakirə  ediblər,  yoxlayıb  iradlarını  bildiriblər. 
Akademik  Hacıbəy  Sultanov,  EA-nın  müxbir  üzvü  Rafiq 
Əliyev,  fəlsəfə  elmləri  doktoru,  professor  Abdulla  Əhədov, 
Tibb  Universitetinin  I  prorektoru  Vaqif  Şadlinski,  fəlsəfə 
elmləri  doktoru,  professor  İzzət    Rüstəmov,  fizikia-  riyaziyyat 
elmləri namizədi Ədalət Ətayi və adlarını çəkmədiyim bir çox 
alimlərimiz... Mən alimlərimizdən razıyam. 
 
-  Dünyamızın məhv olmasına səbəb də biz insanlar olacağıq. 
Bu fikirə münasibətiniz necədir? 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə