Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   88   89   90   91   92   93   94   95   ...   98

302
 
 
 
-  Arzum  budur  ki,  Allah  qurultayın  ən  yüksək  səviyyədə 
keçməsində  bizə  yar  olsun.  Mələklər  bizi  hər  cür  bəladan 
qorusun! Mən ki,  respublikamızda qarşıdurmaya səsləyən bəzi 
sədalar  eşidirəm,    bu  qurultaya,  onun  sığındığı  Allahımıza 
naşükürlük    sədalarıdır.  Kimlərsə  Şeyximizə,  bizə  həqarətlə, 
istehza  ilə  “  qırmızılar”  deyir.  Ancaq  bu  bədxahlara  üz  tutub 
deyirəm  ki,  şeyximiz  Hacı  Allahşükür  Paşazadə  həzrətləri 
“qırmızı” deyil, qızıl şeyxdir... 
  Bəli,  biz  müsəlmanlar  bir-birimizə  qızıl  qiymətilə  baxmalı, 
bir-birimizi  qızıl  kimi  dəyərləndirməliyik,  çünki  “müsəlman 
müsəlmanın 
qardaşıdır”- 
buyurub 
Həzrəti-Məhəmməd 
Əleyhissəlam. 
 
 
                                  “Son söz” qəzeti, 27 avqust 1998 - ci il. 
 
 
 
 
    Arif Quliyev: “Sənətdə gərək fədai  
                            olasan” 
 
 
(Müsahibimiz tanınmış gülüş ustası, Pespublikanın  xalq 
artisti Arif Quliyevdir.) 
 
-  Arif müəllim, harada və kimliyindən asılı olmayaraq adınız 
çəliləndə  istər-istəməz  adamların  çöhrəsində  təbəssüm 
yaranır.  Əgər  bu  gün  gülüş  ustasına  ciddi  bir  rol  təqdim 
etsələr, onu qəbul edərdinizmi? 
 


303
 
 
-  Əlbəttə,  hər  bir  gülüşün  arxasında  bir  düşüncə,  bir  fikir 
dərinliyi,  müxtəlif  məna  çalarları  var.  gülüş  nə  qədər  ciddi 
olarsa,  o  qədər  də  ifadə  daha  baxımlı,  daha  qəhqəhəli,  daha 
qavranılası cəhətlərə malik olur. Əgər həyatda mənə ciddi rol, 
yəni  “Hamlet”də,  “Otello”da,  yaxud  “Vaqif”də  oynamaq 
təklif  olunarsa,  niyə  də  qəbul  etməyim?  Hər  bir  aktyorun, 
xüsusilə də komediya aktyorun arzusudur ki, ciddi rol oynasın. 
Ancaq  burada  incə  bir  mətləb  var.  Həmin  aktyor  başa 
düşməlidir  ki,  o,  bu  ciddi  rolu  oynaya  bilər,  ya  yox,  orada  öz 
sözünü  deyə  bilər,  ya  yox,  bu  rolun  öhdəsindən gələ  bilər,  ya 
yox.  Amma  bunlara  baxmayaraq  ürəyimə  yatan  ciddi  bir  rol 
olarsa, oynayaram. 
 
-  Demək, bünövrəsi gülüşlə yoğrulmuş bir aktyor birdən-birə 
ciddi  rola  girməsini  Siz  təbii  qəbul  edirsiniz.  Bu  zaman  bəs 
Siz özünüz bu rolda bir tamaşaçı kimi necə hiss edərdiniz? 
 
-    Əlbəttə,  təbii  qarşılardım.  Bir  də  görürsən  ki,  ciddi  bir  şeir, 
parodiya ifa edəndə, tamaşaçı məni təbəssümsüz dinləyir, yəni 
şeiri başlayarkən ola bilər ki, tamaşaçının  üzündə gülüş peyda 
olsun, amma 5-6 misradan sonra üzlərindəki təbəssüm getdikcə 
yox  olur,  onların  sifətlərindəki  mimika  tamamilə  dəyişərək 
ciddi  görkəm  alır.  Bu  zaman  hiss  edirsən  ki,  tamaşaçı  səni 
qəbul  etməyə  başlayır.  Məsələn,  bu  günlərdə  ABA 
televiziyasında  “Tam  sərbəst”  verilişində  ciddi  bir  şeir  dedim. 
Aparıcı özü də inana bilmirdi ki, mən bu şeiri bi cür ifa elədim. 
 
-    Əgər  Siz  səhnədə  ardıcıl  olaraq  bir  neçə  ciddi  xarakterli 
rollar  ifa  etsəniz,  onda  belə  çıxır  ki,  tamaşaçı  da  get-gedə 
əvvəlki gülüş ustası Arif Quliyevi unudacaq? 
 
-    Düzdür,  bu  cür  hal  baş  verə  bilər,  amma  qoymaram  gülüş 
ustası  unudulsun.  Çünki  tutduğun  yol  düzdürsə,  sən  ona 
sadiqsənsə,  əksinə  o  yol  da  sənə  sadiqdirsə,  onda  bu  yoldan 


304
 
 
dönməyə  heç  bir  lüzum  yoxdur.  Onu  da  deyim  ki,  mən  ciddi 
rol  oynamışam.  Məsələn,  Mərahim  Fərzəlibəyovun  çəkdiyi 
Mənim  ağ  şəhərim”  filmində  ciddi  rol  oynamışam.  Həmin 
filmdə həmişə maşınla gəlirəm, zəif, kimsəsiz uşaqlara saqqız, 
oyuncaq paylayıram. Onlarla zarafatlaşır, deyib-gülürəm. Bunu 
ona görə edirəm ki, onlar bir anlıq da olsa, kasıbçılığın acısını 
unutsunlar.  Növbəti  dəfə  gələndə  gördüm  ki,  uşaqlardan  biri 
yoxdur.  Uşaqlardan  həmin  oğlanı  soruşanda,  dedilər  ki,  o, 
rəhmətə  gedib.  Mən  qəbiristanlığa  gəlirəm,  həmin  uşağın 
qəbrinin başına fırlanıram və ona gətirdiyim hədiyyəni qəbrinin 
üstünə  qoyuram,  göz  yaşı  axıdaraq  dumanlıqda  oranı  tərk 
edirəm. Bu filimdə çalışmışam ki, o kədəri, qəmi verə bilim. 
 
-    Arif  müəllim,  səhnədə  aktyor  və  şəxsiyyət...  Bunlar  bir-
birini necə tamamlamalıdır? 
 
-    Şəxsiyyət  odur  ki,  səhnədə  oynadığı  rola,  insanlara  ciddi 
yanaşır.  Obrazda  isə  əgər  o,  rolu  oynayırsa,  həmin  rolun 
daxilinə  öz  xarakterini,  öz  baxışını,  öz  dünyagörüşünü,  öz 
ağlını hopduraraq onu ifa edirsə və özünü də roldan ayırmırsa, 
mən  onları  bir  yerdə  görürəm.  Məsələn,  Əli  Zeynalov  “Alov” 
tamaşasında  oynadığı  bir  obrazla  o,  tamaşaçıların  yaddaşında 
həm  gözəl  bir  aktyor  kimi,  həm  də  gözəl  bir  şəxsiyyət  kimi 
qalmışdır. O zaman bu iki məfhum bir-birini tamamlaya bilmir 
ki, onda oynadığın obraza laqeyd yanaşırsan. Bu zaman aktyor 
səhnədə istər-istəməz öz mövqeyini itirçiş olur. 
 
-  Səhnədə ürəkdən oynadığınız rol olubmu? 
 
-    Bəli,  olub.  Mingəçevir  şəhərində  “Almaz”  əsəri  tamaşaya 
qoyulurdu.  Həmin  əsərdə  komsomolçu  Barat  rolunu  mənə 
vermişdilər.  Bu  tamaşadan  əvvəl  “Hacı  Qara”da  nökər 
Kərəməlini oynamışdım. “Od parçası”nda Xanəli ifa etmişdim 
və  bundan  başqa  bir  çox  rollar  oynamışdım.  Yəni  komediya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə