Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   90   91   92   93   94   95   96   97   98

305
 
 
rolları  oynamışdım.  Ancaq  “Almaz”da  komsomolçu  Baratı 
verəndə  gördüm  ki,  bu  rol  mənə  uyğun  deyil.  Ancaq  buna 
etiraz  edə  bilməzdim,  çünki  mən  burada  işləyirdim  və  burdan 
da  əmək haqqı  alırdım.  Ona  görə  də bu rol mənə uyğun oldu-
olmadı, onu oynamalıydım. Bax, onda məcburiyyət qarşısında 
qalıb  bu  rolu  oynadım.  Tamaşaçılar  da  başladı  komsomolçu 
Barata gülməyə. Əlbəttə, komik bir aktyorun birdən-birə ciddi 
komsomolçu  rolunu  oynaması  doğrudan  da  gülüş  doğurdu. 
Sonradan öz xahişimlə məni bu roldan çıxardılar. 
 
-  Arif müəllim, elə bir hadisə olubmu ki, səhnədə oynadığınız 
rolda  hansısa  özünüzün  bilərəkdən  və  ya  bilməyərəkdən 
etdiyiniz bir hərəkət tamaşaçılarda gülüş doğursun? 
-    Əlbəttə,  olub.  Mən  bir  rolu  oynamalıydım,  guya  əlimdə  bir 
çamadan  vağzala  gəlməliydim.  O  zaman  sənətdə  hələ  ilk 
addımlarımı  atırdım.  Zal  da  tamaşaçıyla  dolu  idi.  Özümü  elə 
itirmişdim ki, bir çamadan əvəzinə iki çamadan götürmüşdüm. 
Birdən kənardan rejissor dedi: “Çıxmısan qatar ayağına, amma 
iki çamadan götürmüsən, birini götürməlisən.” Bu zaman başa 
düşdüm  ki,  səhv  etmişəm,  ancaq  vəziyyətdən  çıxmaq  üçün 
dedim: “Vay, vay bu nə idi, rolu korladım ki, siz Allah, məni 
bağışlayın.”  Tamaşaçılar  keçdi  gülməkdən.  Belə  hallar  çox 
olub. Məsələn, rayonda tamaşa vermişik. Həmin tamaşada 7-8 
aktyor  iştirak  edirdi.  Tamaşa  qurtarandan  sonra  biz  12  nəfər 
maşına minib  yola düşəndə adamlar qışqırıb deyirdilər: “Aha, 
bunlar  bizi  aldatdılar,  tamaşanı  alayarımçıq  verdilər, 
aktyorların  qalanı  rollarını  oynamadılar.”  Əlbəttə,  onlar  başa 
düşmürdülər ki, yerdə qalanların biri paltar geyindirən olur, biri 
qrim çəkən olur, biri saç darayan, biri paltar ütüləyən... 
 
-    Gülüş  ustası  kimi  hansı  sənətkarlarımızı  özünüzün 
müəllimi hesab edirsiniz? 
 


306
 
 
-  Özünə ustad sanmaq, sənətdə müəllimi hesab etmək o demək 
deyildir  ki,  onlar  mənə  məhz  dərs  desinlər.  Bu  yolda  kimsə 
mənə  bir  cümlə  də  olsa,  xeyirxah,  doğru-düzgün  söz  deyibsə, 
işimdə  azca  da  olsa,  düzgün  istiqamət  veribsə,  deməli,  həmin 
şəxslər  mənim  ustadım,  müəllimlərimdir.  Bu  baxımdan  mən 
Səyavuş  müəllimi,  Hacıbaba  müəllimi,  Əliağa  Ağayevi, 
İsmayıl Osmanlını misal göstərə bilərəm. Bu gözəl insanlar öz 
köməkliklərini  gənclərdən  heç  zaman  əsirgəməyiblər.  Onların 
məsləhətləri  gənc  aktyorlara  böyük  kömək  olub.  Məsələn, 
Səyavuş müəllim Musiqli Komediya Teatrında “Gözün aydın” 
tamaşasında  Səlyanski  rolunu  mənə  oynamağı  tapşırdı. 
Rəhmətlik  Məmmədsadıq  Nuriyev  (Yaşar  Nurinin  atası),  özü 
“Qayınana”da  Əlini  oynayırdı,  amma  bununla  yanaşı,  o  məni 
də  hazırlayırdı  ki,  nəvbəti  tamaşalarda  Əli  rolunu  mən 
oynayım.  O  bu  rolu  necə  oynayacağım  barədə  dəyərli 
məsləhətlər  verirdi.Rəhmətlik  mənə  ən  çox  sözün  təsirindən 
danışırdı. Söz yox ki, səhnədə hərəkətdən əlavə, sözün özü də 
dinamika  yaradır.  Bütün  bunlara  görə  gözəl  sənətkarımıza  öz 
dərin minnətdarlığımı bildirirəm. 
 
-  Arif müəllim, bəs sənət paxıllığına necə baxırsan? 
 
-    Mən  buna  təbii  baxıram.  Amma  onu  deyim  ki,  sənətdə 
özümə  qarşı  kiminsə  paxıllığını,  gözü  götürməməzliyini  hiss 
etməmişəm.  Onu  da  qeyd  edim  ki,  sənətdə  paxıllığa  yaxşı  hal 
kimi baxıram. Bu paxıllıq necə olmalıdır? Çalışıram ki, Yaşar 
Nuri kimi obrazlar oynayım və yüksəlim. Sənət paxıllığını mən 
bu cür istəyirəm. Yəni hər bir aktyor çalışmalıdır ki, oynadığı 
rolun  acısı  olsun,  onu  ürəkdən  oynasın    Sənətdə  paxıllıq 
rəqabət kimi başa düşülməlidir. Bir tərəfdən də aktyor oynadığı 
rolun  böyük-kiçikliyinə  fikir  verməməlidir,  hər  ikisini  qəlbən 
sevərək oynamalıdır. 
 
-  Sənətdən doymaq... Bu barədə nə deyə bilərsiniz? 


307
 
 
 
-  Sənətdən  heç  zaman  doymaq  mümkün  deyil.  Sənət  elə  bir 
məbəddir  ki,  bu  məbədi  fəth  etmək  olmur.  Ola  bilsin  ki, 
zirvəyə  çatıb  dayanasan.  Bu  isə  mümkün  deyil.  Axı,  arxadan 
gəlirlər.  Sən  bu  zirvədə  dayanmamlısan.  Dayanmamaq  üçün 
mütləq  hərəkətdə  olmalısan,  öz  üzərində  gecə-gündüz 
işləməlisən.  Aktyor  ki,  dayandı,  deməli  işləməyən  qıfıl  kimi 
paslanacaq.  Aktyor  ömrü  səhnədə  keçməlidir.  O,  səhnədə 
görünməyəndə, tamaşaçılar da onu tez unudur. 
 
-  Sənətdə maddiliyə necə baxırsınız? 
 
-  Bu sənətin gözəlliyi odur ki, çoxusu buraya maddi imkanlar 
əldə  etmək  üçün  gəlmirlər.  Özünüz  də  bilirsiniz  ki,  sənət 
fədailəri  həmişə  maddi  çətinliklərlə  qarşılaşıblar,  amma  onlar 
bu  sənətin  vurğunu  olduqlarına  görə  buraya  gəlirlər.  Mən  bu 
sənət  aşiqlərini  alqışlayıram,  çünki  onlar  bütün  maddi 
imkansızlıqlara  baxmayaraq,  öz  sənətlərini  tərk  etmirlər. 
Şəxsən  mən  bu  sənətə  maddi  imkana  görə  gəlsəydim,  onda 
yarıyolda  bunu  atıb  başqa  bir  pullu  sənət  arxasınca  gedərdim. 
Eləcə  də başqa sənətkarlarımız. Burada  gərək  fədai  olasan, bu 
sənətdə  hər  şeyi  itirirsən.  Amma  bütün  bunların  müqabilində 
çox böyük tamaşaçı məhəbbətini qazanırsan. 
 
-  Arif müəllim, son yaradıcılıq planlarınız barədə nə deyə 
bilərsiniz? 
 
-    Mən  Milli  Akademik  Dram  Teatrının  aktyoruyam.  Marat 
Haqverdiyevin “Evlənmək istəyirəm” əsərində Tofiq obrazını, 
Elçinin  “Ax,  Paris,  Paris!”  əsərində  Eynşteyn  rolunda  çıxış 
etmişəm.  İndi  isə  yenicə  hazırlanan  “Aydın”  əsərində  Səlim 
rolunda çıxış edəcəyəm. Bundan əlavə, “Arif Satira Teatrı”nda, 
öz yaratdığım teatrda “Beş qitənin təbəssümü” adlı yeni gülüş 
monoloqları  hazırlamışam.  Burada  mən  beş  qitənin  məşhur 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə