Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə96/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   90   91   92   93   94   95   96   97   98

316
 
 
etmək  üçün  psixi  həyatın  qanunlarını  təhrif  olunmuş  şəkildə 
öyrənməkdən ibarətdir. 
 Test  və  mənasız  anket  üsulları  vaxtilə  bizdə  -  Sovetlər 
İttifaqında da yayılmışdı. Bu üsullar təlim və tərbiyə işlərimizə 
böyük ziyan vurmuşdur.  Bu üsul Xalq Maarifi Komissarlıqları 
tərəfindən 1936 -cı il 4 iyul tarixli qərarı ilə ləğv edildi... 
 
-  Mehralı  müəllim,  Siz  70  illik  yubileyiniz  münasibətilə 
səmimi  qəlbdən  təbrik  edirik.  Sizə  bundan  sonra  da  əsl 
gənclik  təravətilə  dolu  işgüzar  fəaliyyət,  uzun  ömür,  can 
sağlığı və mənalı həyat yolu, xoş günlər arzulayırıq. Aşıq Alı 
demişkən 70 -i aşırdınız, daha 100-ə nə qaldı ki? İnşallah yüz 
illiyinizdə görüşənədək! 
 
-  Camal  müəllim,  Sizə  də  dərin  minnətdarlığımı  bildirirəm  ki, 
bizləri yada salmısınız. Allah köməyiniz olsun! 
 
 
              “Son söz”  qəzeti, 27 avqust - 02 sentyabr 1999-cu il.  
 
 
    Özüm də bilmirəm ki, mən kiməm? 
 
 
TANITMA:
Kərimova  Həqiqət  Səftər  qızı,  1995-ci  ildə 
Göyçay  rayonunda    anadan  olub.  1980-  cı  ildə  BDU-nun 
tarix  fakültəsini,  1985-ci  ildə  universitetin  aspiranturasının 
əyani şöbəsini bitirib. Həmin ildə Neft Akademiyasının fəlsəfə 
kafedrasına  müəllim  təyin  olunub.  1997-ci  ildə  Azərbaycan 
Ziyalılar  Cəmiyyətinin  məsul  katibi,  1998-  ci  ildən    isə 
“Ziyalı”  qəzetinin  baş  redaktorudur.  AZC-  nin  “XX  əsrin 
fəxri 
ziyalısı” 
diplomunu 
almış, 
AzərKİVİHİ-nin 
“Kəmaliyyə”  diplomu  verilməklə  “Qızıl  Qələm”  mükafatına 


317
 
 
layiq  görülmüşdür.  Çoxsaylı  elmi  əsərlərin  və  200–dən  artıq 
elmi  publisistik  məqalələrin  müəllifidir.  Fəlsəfə  tarixi  üzrə 
tədqiqatçı  alimdir.  Fəlsəfə  elmləri  namizədidir.  Ailəlidir,  iki 
övladı var. 
 
 
Həqiqət xanım, siz ixtisasca tarixçisiniz. Buna baxmayaraq, 
mən  sizi  filosof,  astrofizik,  teoloq,  yazıçı-şairə,  bəstəkar, 
jurnalist kimi də tanıyıram. Ümumiyyətlə, siz kimsiniz? 
 
 Camal müəllim, Sizi maraqlandıran bu sualı mənə çox adam 
verib.  Həmkarlarım  məni  fəlsəfə  tarixi  sahəsində  tədqiqatçı 
kimi tanıyırlar. Başqa sahələrin mənim adıma şamil edilməsinə 
gəldikdə,  fikrimcə  bütün  filosoflar  öz  fəaliyyətlərini  sırf 
nəzəriyyəçilik 
və 
fərdi 
intellektual 
fəaliyyətlə 
məhdudlaşdırmayıb,  müxtəlif  elmi  sahələrdən  istifadə  etməli, 
əldə etdikləri nəticələri müqayisəli şəkildə yoxlamalıdırlar. Bu 
üsul  işlənən  sahənin  effektinin  artmasında  xüsusi  əhəmiyyətə 
malikdir. 
    Elmi  işim  dünyanın  təbii  elmi  mənzərəsinin  fəlsəfi  təhlili 
ilə  bağlı  olduğu  üçün  kainat  məsələlərindən  daha  çox 
yazıram.  İslam  dininin  müqəddəs  kitabı  Qurani-Kərimə 
istinadən apardığım elmi-dini müqayisə və təhlillər mənə çox 
şey 
verib. 
Canlı 
aləmin 
yaranışı, 
ən 
qədim 
mikroorqanizmlərlə  bağlı  əsərlərim  maraqla  qarşılanıb. 
Kiminsə mənə göstərdiyi etimadı doğrultmağı sevirəm. 
     Hələ  orta  məktəbdə  oxuyarkən  ədəbiyyat  müəlliməm 
Tamara Ağakişiyeva mənim yazıçı şairə, tarix və ictimaiyyət 
müəlliməm  Sima  Əliyeva  isə  tarixçi  olacağımı  güman 
edirdilər.  Mən  onların  hər  ikisinin  etimadını  doğrultsam  da, 
sonralar  “elmlərin  şahı”  hesab  etdiyim  fəlsəfəni  seçdim. 
Çünki fəlsəfənin vurğunuyam. Kiçicik bir şeir parçasında, adi 
bir  rəng  dünyasında,  sonu  görünməyən  füruzə  göylərdə  bir 
fəlsəfə  axtarır,  məna  duyumu  gəzirdim.  Poemalarımın  ruhu 


318
 
 
Sədi 
Şirazidən,  rübailərim  isə  Məshəti  Gəncəvidən 
qaynaqlanıb. 
     Ali  məktəbə  daxil  olmaq  valideynsiz,  maddi  imkanı 
olmayan  bir  qız  üçün  əlçatmaz  arzu  idi.  İşləyib  təhsil  almaq 
üçün tarix fakültəsinin axşam şöbəsinə sənəd verdim. Ümidsiz 
idim.  İlk  imtahandan  əla qiymət   aldım.  Ədəbiyyat  şifahidən 
imtahanı Famil Mehdi və Kamil Vəliyev qəbul edirdi. Bu gün 
elmdə  nə  qazanmışamsa,  bütün  bunlar  üçün  onlara 
borcluyam.  Xüsusən,  Famil  Mehdiyə.  O  məni  yüzlərlə 
abituriyent içindən seçmişdi, əla qiymət yazmışdı. Söylədiyim 
şeir  və  qəzəllərə  məftunluqla  qulaq  asıb,  “Kamil  kimi 
xatırlayırsan?”- 
soruşmuşdu. 
Kamil 
müəllim 
isə 
gülümsəyərək:  “Əli  Fəhmini”  -  demişdi.  Mənim  onları  
dinlədiyimi  görüb  üzümə  maraqla  baxmışdı:  “İnanmıram  bu 
qız tarixçi olsun. O, filoloq, ya da jurnalist olacaq”. 
 Hər  ikisi  mənə  xeyir-dua  verdilər,  yaxşı  gələcək  arzuladılar. 
Mən  isə  mehribanlıqla  deyilən  “qızım”kəlməsinin  təsirindən 
kövrəlib ağlaya-ağlaya getdim. Akademiya bağında bir ağaca 
söykənib ürəyimi boşaltdım... 
    İllər  keçdi,  əzablı  ömür  yoluma  baxmayaraq,  mənim  üçün 
zəruri  olan    şeyləri  qazana  bilmədim.  Halbuki,  uşaqlıqdan 
düşünürdüm ki, elmim olsa, hər şey qazanaram. 
Azərbaycan Dövlət Neft Akademiyasının xarici tələbələr üçün 
nəzərdə  tutulmuş  yataqxanasında  yaşayıram.  AXC-nin 
hakmiyyəti  dövründə  xarici  tələbələr  üçün  dekan  təyin 
olunmuş  Mirvari  adlı  bir  qadın  mənə  ultimatium  verərək 
qaldığım  otağı  boşaltmağımı  tələb  etdi.  Ayağını  ayağının 
üstünə  aşıraraq  siqateri  siqaretə  calayan  bu  qadını  dinləyib 
onu bu vəzifəyə təyin  edənləri lənətlədim. Bir neçə ay sonra  
o həmin vəzifədən, çox şükürlər olsun ki, çıxarıldı. İndi  yenə 
həmin  yataqxanada  yaşayıram.  O  xanımın  arzusu  gözündə 
qaldı,  axı,  o,  mənim  yaşadığım  otağı  xarici  qonaqlar  üçün 
qonaq  otağı  etmək  istəyirdi.Öz  millətindən  olan,  iki  körpəsi 
ilə  heç  yerdə  sığınacaq tapmaq ümidi  olmayan azəri qadınını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə