Camal Zeynaloğlu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/98
tarix24.06.2018
ölçüsü2,8 Kb.
#50978
1   ...   90   91   92   93   94   95   96   97   98

312
 
 
əli toxunmamışdı. Fikir sərbəstliyi, ardıcıllıq, təravətli ifadələr. 
Bu,  belədir.  Ona  görə  ki,  Mehralı  müəllimin  yazısı  inciyə 
oxşayır.  Mehralı  dərs  deyir  və  yazır.  O  deyir  ki,  özü  yaza 
bilməsə, başqalarına yazı öyrədə bilərmi?” 
 
-  Axı, Siz yuxarı siniflərdə dərs deyirsiniz. Son vaxtlar yuxarı 
siniflərdə yaxşı xəttin zəruri olmadığını söyləyənlər var? 
 
-  “Yazıda fikir olsun, məna olsun. Gözəllik olmasa da olar” – 
deyənlərin  sözləri  ilə  razı  deyiləm.  Gözəlliyin  əsrarəngiz 
qüdrəti  var.  Həyat  gözəllik  üstündə  qərar  tutub.  Xəttin 
gözəlliyinə  diqqət  şagirdi  daxilən  yığcamlaşdırır.  Hər  sözü 
diqqətlə  seçməyə,  səliqəli  olmağa,  öz  işindən  zövq  almağa 
həvəsləndirir. 
Qaldı keçid sinif olan 9-cu sinif qəbul edərkən bir neçə şagirdin 
əyri-üyrü xətlə yazdığını müşahidə edir, lakin üzə vurmuram. 
 Növbəti dərslərin birində  deyirəm:  -  “Uşaqlar, bildiyiniz kimi 
dil-ünsiyyət  vasitəsilə  insanlar  bir-birini  başa  düşürlər.  Kim 
istəməz ki, onun dili aydın olmasın. Çalışıram ki, hamı fikrimi 
təsdiq etsin.” 
Bəs yazı necə? 
 
-   İnsan üçün  yaxşı  yazmaq da böyük nemətdir. Deməli, insan 
öz  fikrini  yazılı  şəkildə  də  ifadə  edərkən  yaxşı  və  aydın  xətlə 
yazmalıdır  ki,  onun  fikri  aydın  başa  düşülsün.  1997-ci  ildə 
rayonumuzun 
məktəbləri 
“Azərbaycan” 
mövzusunda 
Respublika  inşa  müsabiqəsində  2-ci,  1996/97  -ci  tədris  ilində, 
Nizami, Xətai və İsmayıllı rayonları arasında bütün fənlər üzrə 
yarışlar zamanı İsmayıllı rayon məktəbləri yüksək yer tutdular. 
Olimpiadalar üzrə də keçən il birinci yerə çıxmışıq. İşgüzar və 
möhkəm  xarakterli  adamların  aydın  və  səliqə-sahmanlı  xətti 
olur.  Yazı  mədəniyyəti  insanın  ümumi  mədəniyyətinin 
səviyyəsini nümayiş etdirir. 
 


313
 
 
-  Mehralı müəllim, hansı ictimai vəzifələriniz var? 
 
-  Həmişə  müəllim  olmuşam,  ictimai  vəzifə  pillələri  ilə 
yüksəlmişəm.  Baş  müəllim,  metodist  müəllim,  ali  dərəcəli 
metodist müəllim adları almışam. Həmkarlar təşkilatının sədri, 
təftiş komissiyasının sədri və rayon fənn birləşməsinin rəhbəri, 
rayon  Partiya  Komitəsinin  təbliğatçısı  olmuşam.  Təbiətən 
memarlıqdan  baş  çıxarıram.  Respublika  Abidələri  Mühafizə 
Cəmiyyətinin  təlimatçısıyam.  Rayonumuzun  ərazisində  500-
dək  təbii  bulaq  var.  Bu  bulaqları  ayrı-ayrı  adamlar  himayə 
edirlər.  Hər  hansı  bir  kəndə  gedərkən  bulaq  üstünə  gedir, 
suyundan  hər  fəsildə  içirəm.  Bulağın  necə  saxladığı  ilə 
himayəçinin 
yanında 
maraqlanıram. 
Respublika 
mətbuatında”,  “Bulaqlar-bulaqlar...”  başlıqlı  yazıların 
müəllifiyəm.  Bulaqlar  təkcə  içməli  su  mənbəyi  deyil,  həm  də 
onu tikən şəxsiyyətin adı ilə bağlı tarixi abidədir. 
 Bundan  əlavə,  mən  Respublika  Təkmilləşdirmə  İnstitutunun 
rayonda  təşkil  edilmiş  kurslarında  10  illər  dərs  demişəm. 
Pedaqoji  kollecin  qrup  rəhbəri  işləmişəm.  İsmayıllı  rayon 
Ziyalılar  Cəmiyyətinin  müdiri  –  bu  çox  çəyin  vəzifədir. 
Ziyalıların  ziyalılığı  çox  olan  qədim  yurddur.  Onların  xatirə 
günlərini,  Azərbaycan  Respublikasının  əməkdar  müəllimləri 
Hacalı  Ramazanovun,  Saleh  Həsənovun  yubiley  günlərini 
təntənəli keçirmişik. 
 
-  Məncə,  orta  məktəbdə  dövlət  qayğısı  ən  çox  müəllimə 
verilməlidir. Çünki, o, gələcəyin müdrik yol göstərənidir... 
 
-  Bəli,  bu  gün  müəllimin  keşməkeşli  zəmanədə  rolu 
əvəzedilməzdir. Bu barədə “Azərbaycan məktəbi”  jurnalında 
(1987  №  3)  “Əsas  rol  müəllimə  verilməlidir”  adlı  məqalədə 
müəllimə  verilməli  qiymət  barədə  çıxış  etmişəm.  Dövlət 
mükafatları  əsasən  vəzifə  sahiblərinə  verilir.  Cəfakeş 


314
 
 
müəllimlər  isə  bundan  incik  qalır.  Mən  isə  mükafatımı 
vicdanımdan gözləyirəm... 
 
-  Təhsilin  yeni  konsepsiyaları  irəli  sürülür.  Buna 
münasibətiniz? 
 
-    İndiki  məktəbimizin  strukturu  köhnə  məktəbin  strukturunda 
qalır.  Sizə  bir  həqiqəti  söyləyim.  İndi  savadlı  uşaq  savadlı 
müəllim  axtarır.  Şagird  bir  məcburi  dərs  saatını  keçirir. 
Dərsdən  sonra  və  tətillərdə  isə  başqa  müəllimlərdən  dərs  alır. 
Bir  çox  məktəblərdə  dərslər  fənn  kabinələrində  keçirilmir. 
Kimya müəllimi fənn kabinetinə girmir. O biri siniflər də eləcə. 
Laboratoriya işləri aparılmır... 
-  Mehralı müəllim, yeni islahatlardan nə gözləyirsiniz? 
 
-    Elmilik.  Uşaqların  mənəvi-əxlaqi  tərbiyəsini,  vətənpərvərlik 
hisslərini  formalaşdıran  tədbirləri  gözləyirəm.  Ancaq  həyatda 
inəklə eşşəyin bir xışa qoşulması ilə çörək qazananlar var. 
 
-  Ən çox acığınız nədən gəli? 
 
-  Siqaret çəkmirəm. Əli siqaretli adam mənimlə üzbəüz oturub 
qüllab vuranda sıxılıram. Məktəbdə siqaret çəkən müəllimlə əl-
ələ görüşmürəm. 
 
-  Müəllim olmasaydınız, hansı peşəni seçərdiniz? 
 
-  Ancaq müəllimliyi. 
 
-  70 yaşında işdən yorulmamısınız ki? 
 
-  Aşıq Alı demişkən, 70 -i aşırdın, daha yüzə nə qald? 
 
-  Mehralı müəllim, ən çox sevdiyiniz şairlər kimlərdir? 


315
 
 
 
-  Füzuli, A.Səhhət, kövrək şairimiz Nəriman Həsənzadə, Musa 
Yaqub. Füzuli və N.Həsənzadə insanlığın, məhəbbətin sirlərini 
açmışlar.  Abbas  Səhhət  və  Musa  Yaqubu  oxuyanda  təbiətin 
füsunkar gözəlliyi ilə üz-üzə dururam. 
 
-  70 yaşın zirvəsindən keçən günlərə necə baxırsınız? 
 
-    Necə  deyərlər,  başqaları  kimi  həmişə  ailə  qayğısı, 
müəllimlik, iki müharibə dövrü. 
 
-  Axirət sözünə inancınız? 
 
-    Mən  dinə  dair  “Köhnə  keçidin  təzə  taleyi”  adlı  yazı  dərc 
etdirmişəm.  Dini  söhbətlərə  sakitcə  yanaşıram.  İrad  tutan 
deyiləm. Əsəblərimi də əbəs yerə sərf edən deyiləm. Millətimin 
ruhu özünəməxsusluğu, təfəkkür tərzi var. Tərbiyə dediyin şey 
elementar tərbiyəsi olanlar üçündür... 
 
-  Mehralı  müəllim,  həyatınızda  ən  əlamətdar  illər  hansı 
illərdir? 
 
-  Talıstanda işlədiyim 5 il. 
 
-  Məktəblərdə tətbiq edilən 9 bal sisteminə və testlərə necə 
baxırsınız? 
 
-  9 bal sistemini qəbul etmişik. Testlərə isə cavabım böyük bir 
məqalə  olacaq.  İndi  o bu cavablara  sığışmaz. Bunu hələlik bir 
misalla  izah  edəcəyəm.Ali  məktəblər  üçün  “Psixologiya” 
dərsliyinin  24-cü  səhifəsində  yazılır:  “Burjuaziya  psixoloqları 
uşağın  psixi  həyat  və  inkişafının  səviyyə  və  xüsusiyyətlərini 
təyin  etmək  üçün  testlərdən,  mənasız  anket  sorğularından 
istifadə  edirlər.  Bu,  istismarçı  siniflərdən  mənafeyini  müdafiə  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə