Şəhər yerlərində parkinq sisteminə olan tələb və onun xüsusiyyətlərinin araşdırılması: ümumi baxış



Yüklə 391,05 Kb.
səhifə1/8
tarix12.06.2023
ölçüsü391,05 Kb.
#116700
  1   2   3   4   5   6   7   8
M2 tərcümə


Şəhər yerlərində parkinq sisteminə olan tələb və onun xüsusiyyətlərinin araşdırılması: ümumi baxış
Sürətlə böyüyən iqtisadiyyat, səmrəsiz siyasət planları və subsidiyalar nəticəsində şəhər yerlərində şəxsi avtomobillərdən istifadənin artması, bütün dünyada parkinq sistemini nəqliyyat və onun idarə edilməsi üçün əsas narahatlıqlardan birinə çevirən səbəblərdəndir. Parkinq siyasəti və nəqliyyatın idarə edilməsi arasında koordinasiya parkinqin nəqliyyat axınına necə böyük maneə yaratdığını ortaya qoymuşdur.
Beləliklə, qarşıda duran əsas məqsəd parkinqin xüsusiyyətlərini öyrənmək və ona uyğun tədbirlər planı hazırlamaqdır. Son 30 ildə bununla əlaqədar bir çox araşdırmalar aparılmışdır. Bu tədqiqat işi bütün bu aspektləri özündə birləşdirir və parkinq sisteminə dair modellərin məcmusunu təqdim edir. Avtomobil dayanacaqları ilə bağlı problemlər, müxtəlif parkinq xüsusiyyətləri və onların tətbiqi, sürücülərin parkinq seçimi, vəbuna təsir edən müxtəlif amilləri nəzərə alaraq tələb modellərinin işlənib hazırlanması və şəhər nəqliyyat sisteminin ayrılmaz hissəsi kimi parkinq siyasətinin nəzərdən keçirilməsi ətraflı müzakirə olunmuşdur.

  1. Giriş.

Bütün dünyada sürətlənmiş sənayeləşmə şəhər iqtisadiyyatının, əhalinin gəlirlərinin, habelə əhalinin yaşayış səviyyəsinin yüksək artım templərinə səbəb olduğundan, şəxsi avtomobillərdən istifadənin davamlı artım müşahidə olunur. Shen (1997) iddia edirdi ki, şəhərlərdə avtomobillərin sayının artmasının əsas səbəbi əhalinin artımı və insanların həyat səviyyəsinin yüksəlməsidir. Kiçik şəhər avtomobillərinin əlverişliliyi və pulsuz və ya kiçik parkinq haqları səbəbindən insanların çoxu ictimai nəqliyyatdan çox şəxsi avtomobillərdə səyahətə üstünlük verir. Çox səviyyəli parkinq sistemləri kimi yeni inkişaflar, subsidiyalaşdırılmış parkinq haqları ilə küçədənkənar parkinq sxemləri kimi geniş yer təmin edir. Bununla belə, şəhərin əsas və ya daha köhnə əraziləri, xüsusən də mərkəzi biznes bölgəsi (CBD) yol kənarında dayanacaq üçün kifayət qədər yer təmin etmir, Bu da həmin ərazilərdə yolda dayanacaqlara tələbatın artmasına səbəb olur.
Şəxsi avtomobil sahiblərinin parkinq yeri tapmaq məqsədi ilə etdkləri səyahətlər kifayət qədər parkinq yerinin olmaması və bu tip ərazilərdə küçədə dayanacaqlara tələbatın yüksək olması səbəbindən baş verir. Bu, dünyanın əksər paytaxt şəhərlərində olduğu kimi Hindistanda da nəqliyyatın hərəkətinə mənfi təsir göstərir. Tədqiqatlar göstərir ki, pik vaxtda parklanma ilə bağlı trafikin orta həcmi ümumi trafikin 30% - 50%-nə bərabərdir (Shoup, 2006). Buna görə də, müvafiq parkinq siyasətini formalaşdırmaq üçün şəhərin təsirə məruz qalan ərazilərində parkinq tələbinin qiymətləndirilməsi aparılmalıdır.
Bu tətqiqat işində son onilliklərdə parkinq tələbi modellərinin inkişafının nəzərdən keçirilməsi, eləcə də parkinqlər xüsusiyyətləri ilə bağlı araşdırmalar və onların nəticələri təqdim edilmişdir. Əksər tədqiqatlarda nəzərə alınan ümumi amillər parkinqin qiyməti, qət edilməli olan məsafə və səyahət vaxtıdır, lakin bu amillərdə təkcə amillər təkcə müxtəlif bölgələrin müxtəlif yaşayış məntəqələrində parkinq davranışına təsir göstərmir. Bu məqalədə son bir neçə onillikdə park xüsusiyyətləri və inkişaf etmiş modellərdən istifadə edərək park tələbinin qiymətləndirilməsi ilə bağlı müxtəlif tədqiqatların icmalı göstərilmişdir. Avtomobil sahibi olan hər bir insana parkinq üçün yer lazımdır.
Nəqliyyat vasitələrinin sayı artdıqca parkinq üçün yer tələbatı da artır. Şəkil 1-də göstərildiyi kimi, Hindistan Avtomobil Nəqliyyatı və Avtomobil Yolları Nazirliyinin (MoRT&H) məlumatına görə (2018), Hindistanda 2001-ci ildəki 55 milyondan 2015-ci ildə 210 milyona qədər avtomobil nəqliyyatı vasitələrinin sayı təxminən 400% artmışdır.
Hindistanda Dehli, Mumbay, Banqalor və s. kimi əhalinin sıx məskunlaşdığı şəhərlərdə motorlu nəqliyyat vasitələrinin artım tempi daha da yüksəkdir. Təəccüblüdür ki, Dehlinin Milli Paytaxt Ərazisində (NCT) əhalinin artım tempi təxminən 1%, lakin motorlu nəqliyyat vasitələrinin artım tempi isə təxminən 7% təşkil edir (İqtisadiyyat və Statistika Direktorluğu, 2018). Şəkil 2-də Hindistanda, iki təkərli nəqliyyat vasitələri yəni,(TW), avtomobil, avtobus, yük maşını (GV) və s. nəzərə alınmaqla nəqliyyat vasitələrinin tərkib hissələri göstərilmişdir, Şəkildə göstərilən sxemdən aydın görünür ki, şəxsi nəqliyyat vasitələri (TW və avtomobil) bütün dövrlər ərzində üstünlük təşkil etmişdir.( 2015-ci ildə 85%-dən çox). Bu yüksək artım tempi nəticəsində parkinq binaların, eləcə də yolların inteqrasiya olunmuş komponentinə çevrilmişdir. Beləliklə, hər bir infrastrukturu planlaşdırarkən bir tələb yaradır.

Şəkil: 1. Hindistanda nəqliyyat vasitələrinin sayının artması (MoRT&H, Hindistan, 2018).

Şəkil: 2. Nəqliyyat vasitələrinin populyasiyasının tərkibi (MoRT&H, Hindistan, 2018).
Young və başqalarının fikrincə. (1991), parkinq həm yerli, həm də strateji planlaşdırma səviyyəsində mühüm məsələdir. Bu məsələyə diqqət yetirmədikdə, bu, həm də tıxaclara və qayda pozuntularına, qəzalara və xəsarətlərə, vaxt və pul itkisinə səbəb olur. Parkinqlə bağlı əvvəlki araşdırmalardan biri göstərir ki, parkinq problemi əsasən insanların getdikləri yerin qapısının önündə maşın saxlamaq istəməsindən qaynaqlanır (Behrendt, 1940).
Sakinlərin təyinat yerinə mümkün qədər yaxın yerdə dayanacaq yeri ehtiyacı onların avtomobillərini yol kənarlarında park etmələrinə səbəb olur. 2014-cü ildə Çinin Ujiang bölgəsindəki parkinq yerlərini idarə etmək üçün "bölün, qurun, təşkil edin və paylaşın" həllini təklif edildi. Boks (2004) səkidə parklanma, xüsusən də bucaq altında parklanma nəticəsində yaranan qəzaları araşdıraraq, şəhərlərdə küçələrdən kənar dayanacaqların əsas yollara bölünməli olduğuna diqqət çəkmiş və bucaq altında parklanma səbəbindən qəzaların sayının paralel parklanma ilə müqayisədə 2-3 dəfə çox olduğunu göstərdi. . Yunanıstanda altı fərqli şəhərdə qanunsuz park yeri Spiliopulu və Antonio (2012) tərəfindən araşdırıldı. Qanuni park yerlərinin kifayət qədər tutulmadığını, lakin bir çox ərazidə qanunsuz yerlərin tamamilə doldurulduğunu aşkar etdilər. Məsələn, Kos adasında park yerlərinin yalnız 67% - nin işğal edildiyini, qanunsuz park yerlərinin zirvəyə çatdığını aşkar etdilər.
Bunun səbəbi, əvvəl qeyd edildiyi kimi, insanların qanuni və ya qeyri-qanuni parkinq yerlərindən asılı olmayaraq, mümkün qədər təyinat yerinə yaxın yerə park etməyə meyllidirlər. Qeyri-qanuni parkinqi təşviq edən digər mühüm amillər kifayət qədər imkan və icra səviyyəsidir. Avtomobillərin sayı artdıqca, qeyri-qanuni parkinq ciddi problemlərdən biri kimi görünür. Hərəkətin sürətinin azalması, tutumun azalması, gecikmələr və sıxlıq, yol seçimində dəyişiklik, qanuni parkinq yerlərindən əldə edilən gəlirin itirilməsi, uyğunluq səviyyəsinin azalması və qəzalar qeyri-qanuni parklamanın mühüm təsirlərindən bəziləridir (Cullinene və Polak, 1992). Boş parkinq yerlərinin axtarışı da həmçinin nəqliyyat sıxlığının yaranmasına səbəb oldu. Shoup (2006) göstərdi ki, parkinq yeri axtarmaq üçün qısa müddət belə əhəmiyyətli trafik yaradacaq. Tətqiqatçının ABŞ-ın 11 şəhəri üzərində apardığı araşdırma göstərib ki, nəqliyyat vasitələrinin 30%-i dayanacaq yeri axtarmağa orta hesabla 8,1 dəqiqə sərf edir.
Arnott və Rowse (2009) ABŞ-ın orta ölçülü şəhərlərində parkinq yeri və tıxacların inteqrasiya olunmuş modelini araşdırmış və aşkar etmişlər ki, parkinq yeri axtaran avtomobllərin ümumi miqdarı yolda olan avtomobillərin 14%-ni təşkil edir ki, bu da tıxac səbəbindən vaxt itkisini təxminən 50% artırır. Dayanacaq təminatının birbaşa və dolayısı ilə nə qədər baha olacağı nəzərə alınmadan parkinq tələbi əsasında müəyyən edildiyindən, indi və gələcəkdə parkinq yerləri tələblərə cavab vermək üçün qiymətli torpaqlarda tikilib çevrildiyindən parkinqlə bağlı problemlər daha da artır ( Shoup və Pickrell, 1978; Tumlin, 2012). Planlaşdırıcı və mühəndislərin səmərəli həll yolu təklif edə bilmələri və problemləri aradan qaldırmaq üçün effektiv siyasət apara bilmələri üçün parkinqlə bağlı hər bir aspekti öyrənmələri çox vacibdir . Qeyd edilən aspektlərə misal olaraq, parkinq sisteminin xüsusiyyətləri, qiymətləndirilməsi, istifadəçi davranışı və s. daxildir.

Yüklə 391,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə