Şəhər yerlərində parkinq sisteminə olan tələb və onun xüsusiyyətlərinin araşdırılması: ümumi baxış



Yüklə 391,05 Kb.
səhifə8/8
tarix12.06.2023
ölçüsü391,05 Kb.
#116700
1   2   3   4   5   6   7   8
M2 tərcümə

7. Nəticə
Bu tətqiqat işində həm ümumiləşdirilmiş həm də ayrı-ayrı xüsusiyyətləri ilə birgə olmaqla parkinq sistemi və onun inkişafı ilə bağlı keçmiş araşdırmaların icmalı təqdim edilmişdir.Tətqiqat işində park yerlərinə tələbin qiymətləndirilməsinin müxtəlif üsulları da müzakirə olunmuşdur. Dayanacaq tələbini proqnozlaşdırmaq məqsədilə xətti reqressiya, ən kiçik kvadrat reqressiya, vahid metod, lojistik modellər, əsas komponent analizi, təsadüfi faydalılıq və oyun nəzəriyyələri, Gauss qarışığı modeli və Grey korrelyasiya təhlili kimi müxtəlif yanaşmalardan istifadə edilmişdir.
İnkişaf etməkdə olan ölkələrdə parkinq problemi daha ciddidir və həmin ölkələrdə bu sahədə çox məhdud sayda araşdırma aparılmışdır. Nəticə etibarı ilə, şəhər nəqliyyatını planlaşdıranlar planlaşdırma və dizayn mərhələsində dayanacaq parametrlərinin qarşılıqlı əlaqəsini hərtərəfli başa düşməlidirlər. Sürücülərin psixoloji və sosial-iqtisadi xüsusiyyətləri, Park avadanlıqları və naviqasiya sistemi xüsusiyyətləri, alternativ rejim xüsusiyyətləri və park siyasətinin təsiri kimi geniş şəkildə təsnif edilə bilən davranış seçimlərinə və park tələbinə təsir etməkdə bir sıra amillər mühüm rol oynayır. Ədəbiyyatlarda qeyd edildiyi kimi, avtomobil xaricindəki xərclər-park haqları və ya səyahət vaxtı –sürücülər üçün yanacaq dəyəri, və s. kimi nəqliyyat xərclərindən daha vacibdir. Tətqiqat işində həmçinin, mövcud resurslardan səmərəli istifadəni təmin edən faydalı ola biləcək və dayanıqlı nəqliyyat konsepsiyasına müsbət təsir göstərən siyasətləri müzakirə edən araşdırmalar nəzərdən keçirilmişdir.
Parkinq siyasəti nəqliyyatın planlaşdırılması və idarə edilməsinin tərkib hissəsi kimi qəbul edilməlidir. Ümumiyyətlə, şəhər ərazilərində şəxsi avtomobillərin hərəkətinin dondurulması və ya azaldılmasında avtomobillər üçün məhdudlaşdırılmış parkinq siyasəti və ictimai nəqliyyatda təkmilləşdirmələr əsas rol oynayır. Ümumilikdə, parkinq məhdudiyyəti siyasəti müxtəlif istifadəçilərə, yəni sakinlərə, nəqliyyat vasitələrinə, müştərilərə və ziyarətçilərə fərqli təsirlər göstərir.
Onu da qeyd etmək lazımdır ki, dayanacaq yerlərinin sayının artırılması heçdə problemlərin tam həlli demək deyil. Bununla yanaşı, avtoparkların infrastruktur sisteminə xüsusi diqqət ayrılaraq bir sıra tədbirlər kompleksi də bərabərində təmin edilməlidir.
Nəhayət, tətqiqat işinin sonunda əhəmiyyətli iqtisadi, sosial və ekoloji faydalar təmin etmək potensialına malik olan avtomobil mübadiləsi sisyasəti də araşdırılmışdır.
Yüklə 391,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə