Şəhər yerlərində parkinq sisteminə olan tələb və onun xüsusiyyətlərinin araşdırılması: ümumi baxış


Səmərəli üsulun seçilməsində istifadəçi davranışlarının təsiri



Yüklə 391,05 Kb.
səhifə3/8
tarix12.06.2023
ölçüsü391,05 Kb.
#116700
1   2   3   4   5   6   7   8
M2 tərcümə

3. Səmərəli üsulun seçilməsində istifadəçi davranışlarının təsiri
Parkinq sisteminin növünü və yerini seçmək sürücülərin gündəlik qarşılaşdıqları problemlərdən biridir. bu səbəblə parkinq sistemi üzrə qərarlar qəbul etmək mürəkkəb məsələdir.; (Cons, 1989; Lorenz, 1990). Dayanacaq yeri üçün parkerlərin seçiminə yaş, gəlir, mövcud parkinq yerinin sayı, parkinq qiyməti, əlçatanlıq, axtarış vaxtı, noviqasiya sisteminin mövcudluğu və s. kimi sosial, iqtisadi və ekoloji amillər təsir edir. Müəyyən şərtlərdə , parkinq yerinin axtarışına sərf olunan vaxt ümumi səyahət vaxtına əhəmiyyətli nisbət əlavə edərək, vaxt amilini sürücülərin parkinq yeri seçimində mühüm aspektlərdən biri edir.(Polak və Axhausen, 1990). Austin (1973) insanların parkinq seçim davranışını imitasiya etmək üçün park yerindən təyinat yerinə qədər gediş vaxtı və parkinq xərcləri arasındakı əlaqədən istifadə edərək, CBD ərazisində sürücünün son təyinat yerini araşdıran modeli tətqiq etdi. Whitlock (1973) xətti proqramlaşdırmaya əsaslanan dayanacaq bölgüsü modelini işləyib hazırladı ki, bu da dayanacaq seçimini maksimum fayda və minimum səyahət xərcləri ilə müəyyən edir. Yuxarıdakı hər iki tədqiqatda dayanacaq tutumunu açıq şəkildə nəzərdən keçirilmiş, lakin modeldəki ekstremal nöqtə həlləri səbəbindən səyahət edənlərin davranışı düzgün şəkildə nəzərə alınmamışdır. Asakura və Kashiwadani (1994) parkinq məlumat sisteminin, sürücünün dayanacaq yeri seçimində göstərəcəyi davranışına təsirini təsvir etmişdir. Onların hazırladığı parkinq sistemi modeli logit(MNL) adlanır və bu model istifadəçilərin dayanacaq yeri seçən zaman hansı faktorları daha üstün tutduqlarının müəyyən edir. Araşdırmaların nəticələrinə əsasən natamam məlumatlı sürücülər dayanacaq seçimi edən zaman piyada məsafəsi ,təhlükəsizlik kimi faktorlardan savayı qiymət və s. bu kimi ikinci dərəcəli amilləri üstün tuturlar. (Yu et al., 2009). Müəlliflər həm küçədə, həm də küçədən kənarda parkinq seçiminin ehtimalını qiymətləndirmək üçün səyahətçinin xüsusiyyətlərini və park yerinin xüsusiyyətlərini nəzərə alaraq logit modeli işləyib hazırladılar.
Hunt və Teply (1993) CBD-nin mərkəzi hissəsində keçirdiyi sorğular nəticəsində bu nəticəyə gəlmişlər ki, həm küçə həm də küçədən kənar parkinqi seçən sürücülər logit modeldə təkcə qiymət və ya son təyinat məntəqəsinə yaxınlıq kimi amillərə deyil həm də dayancaq axtarışına sərf edilən vaxta təsirini də diqqətə alırlar. Chen və başqaları. (2011) optimal park yeri seçimi üçün çox funksiyalı qərar qəbuletmə prosesini nəzərə alaraq insanların yerüstü parkinq seçimi üzrə davranışını təhlil etmişdir. Müəlliflər modelin təsdiqində göstərdilər ki, dayanacağa qədər olan məsafə, piyada məsafəsi, dayanacaqlara aparan zolaq və mövcud parklama yerlərinin vəziyyəti sürücünün seçiminə təsir edən xüsusiyyətlərdir. Əvvəlki modellərin çatışmayan cəhətlərindən biri də bütün sürücülərin parkinq yerlərinin seçimində eyni strategiyanı qəbul etməsidir. Müəlliflər həmçinin qeyd edirlər ki, parkinq sistemi qurulan zaman təkcə rasional xüsusiyyətlər deyil , həmçinin hər bir sürücünün özünün individual düşüncəsi və buna əsasən fərdi seçimləri olduğu da nəzərə alınmalıdır. Sun və başqaları. (2015) AHP və çoxmərhələli qeyri-səlis kompleks qiymətləndirməyə əsaslanan metodologiyadan istifadə edərək, dayanacaqların əməliyyat səmərəliliyini, xidmət səviyyəsini və kombinə edilmiş hərtərəfli səviyyəsini qiymətləndirən bir model hazırlamışlar. Onlar parkinqdən istifadə dərəcəsini, orta dövriyyə sürətini, dayanacaq yerinin xidmət radiusunu (gəzinti qabiliyyəti), əlçatanlığı, parkinq haqlarını və nəqliyyat vasitəsinə texniki qulluq və müxtəlif depozit kimi əlavə xidmətləri nəzərdən keçirdilər.
Das və Əhməd (2018) küçədə parkinq üzrə xidmət səviyyəsini yaxşılaşdırmaq məqsədilə araşdırma aparmışlar. Beləliklə onlar bu üzrə üç kateqoriya müəyyən etdilər:

  • parkinq xüsusiyyətləri (PC),

  • dizayn xüsusiyyətləri (DC)

  • təhlükəsizlik xüsusiyyətləri (SC)


Yüklə 391,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə