Şəhər yerlərində parkinq sisteminə olan tələb və onun xüsusiyyətlərinin araşdırılması: ümumi baxış


Parkinq sistemi və onun xüsusiyyətlərinin qiymətləndirilməsi



Yüklə 391,05 Kb.
səhifə5/8
tarix12.06.2023
ölçüsü391,05 Kb.
#116700
1   2   3   4   5   6   7   8
M2 tərcümə

5. Parkinq sistemi və onun xüsusiyyətlərinin qiymətləndirilməsi
Strateji planlaşdırma səviyyəsində gələcəkdə parkinq yerlərinin planı və istismarını daha yaxşı etmək məqsədilə xidmət səviyyəsini inkişaf etdirmək, mövcud parkinq obyektlərinin qiymətləndirilməsi üçün vacibdir. Mövcud parkinq sisteminin fəaliyyətini (LOS) müxtəlif parkinq xüsusiyyətlərini nəzərə alaraq qiymətləndirmək üçün keçmişdə bir neçə yanaşmalar təklif edilmişdir. Əvvəlki bölmədə Yu və Linkoln (1973) parkinq xidməti səviyyəsini qiymətləndirmək üçün əhəmiyyətli olan və fərdi parkinq səmərəliliyini ölçə bilən müxtəlif parkinq dəyişənlərini araşdırdılar. Saaty və Varqas (1979) isə analitik planlaşdırma üçün geniş istifadə olunan analitik iyerarxiya prosesini (AHP) işləyib hazırlamışlar. AHP yanaşması bir neçə müəllif tərəfindən əvvəlcədən təyin edilmiş xüsusiyyətlərdən istifadə edərək parkinq sistemini qiymətləndirmək üçün istifadə edilmişdir (Das və Əhməd, 2018; Sun et al., 2015). Bundan əlavə, Kay və Smith (2000) nəqliyyat axınının şərtlərini nəzərə alaraq dayanacaq yeri tapmağın nə qədər asan olduğuna diqqət yetirən kateqoriyalaşdırılmış xidmət səviyyəsini təqdim etdilər. Smith və Butcher (2008) performansın qiymətləndirilməsi üçün dayanacaqdan təyinat yerinə qədər piyada məsafənin ölçüsü kimi parkinq obyektinin xidmət səviyyəsini inkişaf etdirəcək təkliflər irəli sürmüşdür. Parkinq sisteminin fəaliyyətinin qiymətləndirilməsi üçün qeyri-səlis model isə Dong və Wang (2009) tərəfindən istifadə edilmişdir. Sun və başqaları. (2015) AHP və çoxmərhələli qeyri-səlis kompleks qiymətləndirməyə əsaslanan metodologiyadan istifadə edərək, dayanacaqların əməliyyat səmərəliliyini, xidmət səviyyəsini və kombinə edilmiş hərtərəfli səviyyəsini qiymətləndirən bir model hazırlamışlar. Das və Əhməd (2018) küçədə parkinq üzrə xidmət səviyyəsini yaxşılaşdırmaq məqsədilə araşdırma apararaq, üç kateqoriya müəyyən etdilər:parkinq xüsusiyyətləri (PC), dizayn xüsusiyyətləri (DC) və təhlükəsizlik xüsusiyyətləri (SC). Bununla da istifadəçilərin davranışlarının araşdırılmasından əldə edilən məlumatlarından istifadə edərək AHP prosesi ilə əmsalları (çəkiləri) qiymətləndirilən LOS tənliyini inkişaf etdirdilər.
Müştəri məmnuniyyəti baxımından üç cəhət, yəni təhlükəsizlik, rahatlıq və səmərəlilik, praktik sorğu və təhlil aparmadan ekspertin obyektiv qiymətləndirməsi əsasında nəzərdən keçirilmişdir. Bununla da tətqiqatçılar müştəri məmnuniyyəti ilə park xidməti səviyyəsi arasında müsbət bir əlaqə tapmışdırlar.
Ümumiyyətlə, hələ də parkinq xidmətinin səviyyəsini qəti şəkildə qiymətləndirə bilən çox az texnika/metod işlənib hazırlanmışdır. Keçmişdə aparılan bəzi tədqiqatlarda qiymətləndirmə üzrə indekslər təqdim edilsə də, hələ də qlobal miqyasda tətbiq oluna bilən standart ölçüləri hazırlana bilməmişdir.

Yüklə 391,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə