Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 5 Yapışdırma əməliyyatları və maşınları



Yüklə 0,72 Mb.
səhifə16/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   12   13   14   15   16   17   18   19   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 5

Yapışdırma əməliyyatları və maşınları

Çapdan sonrakı proseslərdə broşürləmə və cildləmə əməliyyatları aparılarkən cildləmənin növündən və həmçinin nəşrin konstruksiyasından asılı olaraq dəftərlərə əlavə elementlər yapışdırılır. Cild qapaqlı kitabların hazırlanmasında blokların qapağa bərkidilməsi üçün kitabın birinci və sonuncu dəftərinə mütləq forzas yapışdırılır. Cildin növündən asılı olmayaraq nəşrin formatından fərqli əlavə materiallar müxtəlif dəftərlərə də yapışdırıla bilər. Bundan başqa cild qapaqlı kitabların hazırlanması üçün bloklar sapla bərkidildikdən sonra blokun forzası ilə birlikdə bərkidilməsini daha da yaxşılaşdırmaq üçün kantlama əməliyyatından istifadə edilir.

Bu əməliyyatlar zamanı blokun qalınlıgından bir qədər böyük ölçüdə blokun hündürlüyü boyu kötük hissəsinə tənzif yapışdırılır. Müasir istehsalatda tərzifi inşaat skoçu ilə də əvəz edirlər. Yumşaq cildli kitablarda bloklar cildlənərkən termo və ya soyuq yapışqandan istifadə edilir.

Yuxarıda göstərilən bütün əməliyyatlar yapışdırma əməliyyatı adlanır.Bu prosesləri yerinə yetirmək üçün yapışdırıcı və ya yapışdırıcı kantlayıcı, avtomat və yarım avtomatlardan istifadə edilir.

Yapışdırma əməliyyatlarını yerinə yetirmək üçün nəşrin kontruksiyasından asılı olaraq müxtəlif quruluşlu maşınlardan istifadə edilir. Cild qapaqlı kitabların hazırlanmasında birinci və sonuncu vərəqlərə forzasların yapışdırılması üçün xüsusi forzas yapışdırıcı avtomatlardan istifadə edilir. Bu maşının əsas hissəsini samonaklad qurğusu, yapışdırıcı qurğu, sıxıcı qurğu və nəqledici qurğu təşkil edir.

Forzas yapışdırma aparatları əsasən iki tip olur. Birinci tip maşınlara dəftərlərə forzas yapışdıran, ikinci tip maşınlara isə bloklara forzas yapışdıran avtomatlar aiddir. Bu maşınların maqazinləri əsasən şaquli olur.

Maqazinlərin yerləşməsi bir tərəfli və iki tərəfli ola bilər. Bir tərəfli yerləşmədə maqazinlər xidmət edən operator tərəfində olur. Digər formada maqazinlər sağ və sol tərəfdə yerləşdirilir. Maqazinlərin yerləşməsinə görə birinci növ maşınlar istismarına görə ikincidən daha əlverişlidir. Çünki maqazinləri əks tərəfdə yerləşdirdikdə onların doldurulması çətinləşir. Eyni tərəfdə olan maqazinlər operator tərəfindən rahat doldurulduğu üçün daha əlverilşli hesab edilir.

Forzas maşının maqazinlərində forzasların bir-bir topadan ayrılması və maqazindən çıxarılaraq yapışdırma zonasına verilməsi dəftər samonakladlarında olduğu kimidir. Yəni forzasın yapışdırılacaq hissəsi sorucular vasitəsi ilə topadan ayrılır. Bu zaman maşalı və ya diskli tutucular dəftər çıxarıb kənarlaşdıran mexanizm vasitəsilə yapışdırma zonasına ötürülür. Birinci dəftərə forzasın yapışdırılması üçün dəftər sağ tərəfdə forzas isə sol tərəfdə yerləşdirilir. Sonuncu dəftərə forzasın yapışdırılmasında dəftər solda forzas sağda yerləşdirilir. Maqazindən çıxarılmış forzaslar yapışdırma qurğusuna verilir. Bu qurğu fırlanan roliklər vasitəsi ilə rezervuarda olan yapışqanı götürərək zolaq şəklində dəftərlərin kənarına çəkir.

Yapışdırma zolagının ölçülərindən asılı olaraq roliklər dəftərlərə yaxınlaşdırılıb və ya uzaqlaşdırıla bilər. Eyni ardıcıllıqla blokların kənarına yapışqan çəkilir. Forzasların yapışdırılması üçün PVAD (polivivinil asistat), bəzi hallarda termoyapışqandan da istifadə edilir. Göstərilən konstruktiv yapışqan qurgusu müəyyən çatışmamazlıqlara malikdir. Yapışqan hava ilə təmasda olduğu üçün onun üst qatları quruyaraq qatılaşır. Proses başa çatdıqdan sonra revezvuar və qurğu bütövlükdə təmizlənməlidir. Bu proses əmək tutumlu əməliyyatdır.

Blokların yapışqanla bərkidilməsinin bir neçə variantı mə­lum­dur. Lakin kütləvi kitab-jurnal məhsulları qatlanmış kötüklərin kə­silməsini nəzərdə tutan üsul daha geniş yayılmışdır. Bu üsulun mahiyyəti aşağıdakılardan ibarətdir. 16 və ya 32 səhifədən ibarət olan dəftərlərdən komplektləşdirilmiş blok xüsusi maşına verilir. Burada o iki müstəvi ilə sıxılır. Sonra bərkxəlitəli kəskisi olan frezlə dəftərlərin 1 qatlanmış kötükləri tam olaraq kəsilir (3-4 mm) (şəkil 7,a). Bu halda dəftərlərin kötük sahəsi uyğun olaraq eni üzrə artırılmalıdır. Bu sahənin artırılması foto və ya çap for­ma­la­rı­nın montajı zamanı nəzərdə tutulur. Ayrı-ayrı vərəq­lə­r­dən ibarət olan kəsim yeri frezlə kəsilir və kağız tozundan təmizləndikdən son­ra onun üzərinə yapışqan çəkilir.

Su əsaslı yapışqandan, məsələn, PVA-dispersiyasından isti­fadə etdikdə qurutma, termoyapışqandan istifadə etdikdə isə plyonkanın soyudulması yerinə yetirilir.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə