Polivinilasetat dispersiya - vinilasetatın emulqator və təşəbbüskarlarının olduğu su mühitində polimerləşmiş məhsuludur. Bu yapışqan materiallara möhkəm yapışır, nisbətən tez quruyur və elastik plyonka yaradır, lakin şaxtaya qarşı davamsızdır. Bu yapışqandan otaq temperaturunda müxtəlif əməliyyatlarda istifadə edilir.
PVA-dispersiyasından başqa bir çox cildləmə əməliyyatlarında lateks və bir sıra əlavələrdən ibarət olan lateksli (butadienstirol) yapışqandan istifadə edirlər. Bu yapışqan böyük yapışma qüvvəsi və yapışqan plyonkasının elastikliyi ilə xarakterizə olunur.
Termoplastik yapışqan (termoyapışqan) – sintetik polimer ərintilərin kompozisiyasıdır. Bu kompozisiya, məsələn, etiketin vinilasetatla ərintisi əsasında hazırlanır və dənələr şəklində buraxılır. Otaq temperaturunda yapışqan bərk halda olur, lakin onu qızdıran zaman (130-180oC) əriyir, axıcı və yapışqan şəklini alır. Soyudularkən demək olar ki, o ani olaraq bərkiyir, lazım olan qədər elastik və möhkəm yapışqan plyonkasını əmələ gətirir.
Termoyapışqan yapışdırılan material üzərinə ya ərinti şəklində çəkilir, ya da plyonka şəklində preslənir. Onlardan yüksəkməhsuldarlıqlı avadanlıqda blokların tikişsiz bərkidilməsində və bir sıra əməliyyatların yerinə yetirilməsində istifadə olunur.
Bu və ya digər yapışqanın seçilməsi və onun reseptinin təyin olunması yapışdırılan materialın xüsusiyyətlərindən, texnoloji prosesin əməliyyatlarının rejimlərindən, istifadə olunan avadanlığın məhsuldarlığından və digər şərtlərdən asılı olaraq müəyyən olunur. Su əsasında olan yapışqanlar və termoyapışqanlar poliqrafiya müəssisələrinə hazır şəkildə daxil olur.
Yapışqan (şəkil 7,b) quruduqdan sonra kötükdə elastik plyonka 3 əmələ gətirir. Bu plyonka blokdakı vərəqləri saxlayır. Blokların yan səthinin (kötük hissəsinin) emal olunması vərəqlərin liflərinin bu plyonka ilə möhkəm əlaqəsini təmin edir. Cild qapaqlarında buraxılan nəşrlərin bloklarının kötüyü kağız və ya xüsusi materialla 4 kantlanır (şəkil 7,c). Bu halda yapışqan kötük üzərinə və kənar vərəqlərə nazik zolaq şəklində çəkilir.
Şəkil 7. Blokları yapışqanla bərkitmə sxemi
Amerika ixtiraçıları yapışdırma qurgusunun yeni konstruksiyasını təklif etmişlər. Bu qurgu qapalı olmaqla müəyyən ölçülü yarıq vasitəsilə yapışqanı dozalarla yapışma zonasına ötürür. Təcrübə qurgunun daha əlverişli oldugunu göstərir. Forzaslar dəftərə və ya bloka yapışdırıldıqdan sonra sıxıcı mexanizmə ötürülür. Bu mexanizm əsasən 2 lövhə hissədən ibarətdir.
Ənənəvi maşınlarda yapışdırılmış elementlərin sıxılması üçün sıxıcı mexanizmin dayanması tələb olunurdu. Yəni elementlər yapışdırıldıqdan sonra blokun hərəkəti dayandırılır və bu zaman sixma prosesi yerinə yetirilir.
Müasir maşınlarda sıxma prosesi hərəkət dayandırılmadan yerinə yetirilir. Yəni sıxıcı mexanizm blokla birlikdə hərəkət edir. Bəzi konstruksiyalarda sıxıcı lövhələr fırlanan rolik ilə əvəz olunmuşdur. Elementlər yapışdırılmış və sıxılmış dəftərlər və ya bloklar nəqletmə mexanizmləri vasitəsilə çıxış qurgusuna və ya növbəti əməliyyatın samonakladına ötürülür. Nəqletmə qurgusu kimi əsasən lentli transpartyorlardan istifadə edilir. Lentə hərəkət vermək üçün zəncir ötürməsindən istifadə edilir.
Blokun möhkəmliyini artırmaq üçün kantlama əməliyyatı aparılır. Bu əməliyyat əsasən 400-500 səhifə nəşrlər üçün yerinə yetirilir. Daha qalın bloklar üçün (600) kantlamanın aparılması məsləhət görülmür. Kant yapışdırıldıqdan sonra dəftərin qalınlığı artır.
Son dövrlərdə istifadə olunan yapışdırma maşınları kantlama maşınları ilə aqreqatlaşdırılmışdır. Yəni forzas yapışdırılmış bloklar birbaşa kantlama maşınına nəql edilir.
Dostları ilə paylaş: |