Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə17/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   13   14   15   16   17   18   19   20   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Polivinilasetat dispersiya - vinilasetatın emul­qa­tor və təşəbbüskarlarının olduğu su mühitində polimerləşmiş məh­su­ludur. Bu yapışqan materiallara möhkəm yapışır, nisbətən tez quruyur və elastik plyonka yaradır, lakin şaxtaya qarşı davam­sızdır. Bu yapışqandan otaq temperaturunda müxtəlif əməliy­yat­larda istifadə edilir.

PVA-dispersiyasından başqa bir çox cildləmə əməliyyatla­rın­da lateks və bir sıra əlavələrdən ibarət olan lateksli (buta­dien­stirol) yapışqandan istifadə edirlər. Bu yapışqan böyük ya­pış­ma qüvvəsi və yapışqan plyonkasının elastikliyi ilə xarak­te­ri­zə olunur.



Termoplastik yapışqan (termoyapışqan) – sintetik polimer ərintilərin kompozisiyasıdır. Bu kompozisiya, məsələn, etiketin vi­nilasetatla ərintisi əsasında hazırlanır və dənələr şəklində bu­ra­xılır. Otaq temperaturunda yapışqan bərk halda olur, lakin onu qızdıran zaman (130-180oC) əriyir, axıcı və yapışqan şək­li­ni alır. Soyudularkən demək olar ki, o ani olaraq bərkiyir, lazım olan qədər elastik və möhkəm yapışqan plyonkasını əmələ gə­ti­rir.

Termoyapışqan yapışdırılan material üzərinə ya ərinti şək­lin­də çəkilir, ya da plyonka şəklində preslənir. Onlardan yük­sək­məhsuldarlıqlı avadanlıqda blokların tikişsiz bər­kidilmə­sin­də və bir sıra əməliyyatların yerinə yetirilməsində istifadə olu­nur.

Bu və ya digər yapışqanın seçilməsi və onun reseptinin tə­yin olunması yapışdırılan materialın xüsusiyyətlərindən, tex­no­loji pro­sesin əməliyyatlarının rejimlərindən, istifadə olunan ava­­dan­lı­ğın məhsuldarlığından və digər şərtlərdən asılı olaraq müəy­­yən olunur. Su əsasında olan yapışqanlar və ter­mo­ya­pış­qan­lar po­liqrafiya müəssisələrinə hazır şəkildə daxil olur.



Yapışqan (şəkil 7,b) quruduqdan sonra kötükdə elastik plyonka 3 əmələ gətirir. Bu plyonka blokdakı vərəqləri saxlayır. Blokların yan səthinin (kötük hissəsinin) emal olun­ması vərəq­lə­rin liflərinin bu plyonka ilə möhkəm əlaqəsini təmin edir. Cild qa­paq­larında buraxılan nəşrlərin bloklarının kötüyü kağız və ya xü­susi materialla 4 kantlanır (şəkil 7,c). Bu halda yapışqan kö­tük üzərinə və kənar vərəqlərə nazik zolaq şəklində çəkilir.

Şəkil 7. Blokları yapışqanla bərkitmə sxemi




Amerika ixtiraçıları yapışdırma qurgusunun yeni konstruksiyasını təklif etmişlər. Bu qurgu qapalı olmaqla müəyyən ölçülü yarıq vasitəsilə yapışqanı dozalarla yapışma zonasına ötürür. Təcrübə qurgunun daha əlverişli oldugunu göstərir. Forzaslar dəftərə və ya bloka yapışdırıldıqdan sonra sıxıcı mexanizmə ötürülür. Bu mexanizm əsasən 2 lövhə hissədən ibarətdir.

Ənənəvi maşınlarda yapışdırılmış elementlərin sıxılması üçün sıxıcı mexanizmin dayanması tələb olunurdu. Yəni elementlər yapışdırıldıqdan sonra blokun hərəkəti dayandırılır və bu zaman sixma prosesi yerinə yetirilir.

Müasir maşınlarda sıxma prosesi hərəkət dayandırılmadan yerinə yetirilir. Yəni sıxıcı mexanizm blokla birlikdə hərəkət edir. Bəzi konstruksiyalarda sıxıcı lövhələr fırlanan rolik ilə əvəz olunmuşdur. Elementlər yapışdırılmış və sıxılmış dəftərlər və ya bloklar nəqletmə mexanizmləri vasitəsilə çıxış qurgusuna və ya növbəti əməliyyatın samonakladına ötürülür. Nəqletmə qurgusu kimi əsasən lentli transpartyorlardan istifadə edilir. Lentə hərəkət vermək üçün zəncir ötürməsindən istifadə edilir.

Blokun möhkəmliyini artırmaq üçün kantlama əməliyyatı aparılır. Bu əməliyyat əsasən 400-500 səhifə nəşrlər üçün yerinə yetirilir. Daha qalın bloklar üçün (600) kantlamanın aparılması məsləhət görülmür. Kant yapışdırıldıqdan sonra dəftərin qalınlığı artır.

Son dövrlərdə istifadə olunan yapışdırma maşınları kantlama maşınları ilə aqreqatlaşdırılmışdır. Yəni forzas yapışdırılmış bloklar birbaşa kantlama maşınına nəql edilir.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə