Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 10 Preslə sıxma və preslənmə prosesləri



Yüklə 0,72 Mb.
səhifə25/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   21   22   23   24   25   26   27   28   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 10

Preslə sıxma və preslənmə prosesləri

Broşürləmə cildləmə əməliyyatlarında çıxış məhsulunun keyfiyyətli alinması üçün kagızlar, dəftərlər və bloklar preslərdə sıxılır. Qatlama əməliyyatından sonra dəftərlər, blok emalında komplektləşdirilmiş və bərkidilmiş bloklar, cildləmə əməliyyatında isə cildlənmiş kitablar bloklarda sıxılaraq istehlak olunan keyfiyyətli məhsul halına salınır.

Çap olunmuş ottisklərdə qatlama prosesindən alınan dəftərlər qablaşdırma- sıxma preslərində sıxılır. Bloklar isə blok emal edici xüsusi preslərdə sıxılaraq emal edilir. Dəftərlərin və blokların sıxılmasında əsas məqsəd qaliq deformasiyası prosesindən sonra saxlanılmasıdır. Bu deformasiyalar hazırlanmış məhsulun həndəsi ölçülərini və formasını tələb olunan şəkildə təmin etməyə imkan verir.

Bildiyimiz kimi dəftərlər qatlandıqdan sonra kötük yerləri müəyyən qalınlıga malik olur. Bundan başqa qatlanmış vərəqlər arasında hava təbəqəsi də qalır. Dəftərlərdən yıgılıb komplektləşdirilmiş blokların kötük hissəsinin qalınlıgı ön hissəyə nisbətən daha cox olur. Həmçinin bloklar sapla tikildikdən sonra bu qalınlıgı sapın ölçüləri də artırır. Kitab blokunun ölçülərinin tələb olunan həddə təmin etmək üçün kötük hissəsi blok emaledici presdə sıxılır.

Bloklar sapla tikildikdən sonra kötük hissəsi yapışqanla yapışdırılır. Bu səbəbdən blokların emalı yapışdırılma vəziyyəti və ya ona qədər aparıla bilər. Sapla tikilmiş blokların kötük hissəsinin sıxılması bu hissənin qalınlıgının təmin olunması ilə bərabər tikmə alətlərinin kötük hissələrində açdıgı dəlikləri baglamaqdır. Bu dəliklər baglanmadıgı halda kötük hissəsinə çəkilmiş yapışqan onlardan keçərək vərəqlərin arasına daxil olur. Kötük hissəsinə yapışqan çəkilənə qədər blokların presdə sıxılması kiçik istehsal həcmli poliqrafiya müəssisələrində yerinə yetirilir. Bu müəssisələrdə kiçik tirajlar çap olundugu üçün blokların sıxılmasına ayrılan vaxt çox olur. Böyük müəssisələrdə iri həcmli tirajların istehsalı zamanı istehsal tsiklini təmin etmək məqsədi ilə blokların kötük hissəsinin emalı, yəni, onların preslərdə sıxılması və yapışqanla yapışdırılması eyni zamanda yerinə yetirilir.

Ümumiyyətlə kagızın sıxılmasında sıxma qüvvəsinin yuxarı həddi 25 MPa-dır. Bu qiymətdən yuxarı təzyiqlərdə kagızda neqativ hallar yaranır. Sıxma prosesi digər broşürləmə- cıldləmə əməliyyatları üçün əlverişli zəmin yaradir. Belə ki, sıxılmış dəftərlərdən blokların yıgılması, termoyapışdırma avadanlıgında cildlənməsi, sapla tikmə avtomatında bərkidilməsi və həmçinin cild qapagında yerləşdirilməsi keyfiyyətlə yerinə yetirilir. Dəftərlərin sıxılması üçün sıxma, qablaşdırma, blokların sıxılması üçün isə blok sıxma və cild sıxma preslərindən istifadə edilir.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə