Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Ottisklərin səthinə plyonkanın preslənməsi



Yüklə 0,72 Mb.
səhifə26/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   22   23   24   25   26   27   28   29   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Ottisklərin səthinə plyonkanın preslənməsi prosesi ottisk üzə­rində hazır plyonkaların preslənməsi hesabına şəffaf poli­mer təbəqənin yaradılmasıdır. Bu təbəqə termoplastik mate­ria­lın əsas üzərindən köçürülməsi və ya polimer ərintisinin çə­kil­mə­sidir. Bu proses bəzən laminasiya prosesi də adlanır. Ottisk üzə­rinə hazır plyonkaların yapışqan vasitəsi ilə çəkilərək pres­lən­məsi üsulu daha çox yayılmışdır. Bu məqsəd üçün lavsan və poli­propilen plyonkalardan (qalınlığı ~ 20 mkm) daha çox isti­fa­də olunur.

Vərəqli çap məhsullarına plyonkanın preslənməsi ixtisas­laş­dı­rılmış maşınlarda (şəkil 12) yerinə yetirilir. Bu maşınlara ru­lon şəkilli plyonka, yapışqan məhlulu və ottisklər yüklənir. Ma­şın işləyən zaman plyonkanın 1 bir tərəfinə qurğu 2 vasitəsi ilə nazik yapışqan qatı çəkilir. Sonra plyonka quruducu kame­radan 3 keçərək presləmə bölməsinə keçir. Bu bölmənin əsas his­səsi kalandr 4 adlanır. Eyni zamanda plyonka ilə birlikdə ottisk­lər kalandrın silindrlərinin arasından keçir. Ottisklər sa­mo­naklad 5 vasitəsi ilə ötürülür. Təzyiq və temperaturun təsiri altında (ka­lan­drın bir silindri qızdırılır) ottisklər plyonka ilə möhkəm şə­kildə birləşir. Səthinə plyonka preslənmiş məhsul kəsilməz lent şəklində rulona 6 sarılır. Xüsusi vərəqkəsmə avtomatında ottisk­lər bir-birindən ayrılır. Lazım olduqda bu avtomat plyon­ka presləyən maşınla aqreqatlaşdırılır.



Şəkil 12. Plyonkanın vərəq məhsula preslənməsi sxemi


Digər maşınlarda bu üsulla plyonkanı rulon çap məhsull­a­rı­na presləmək olar.

Ottisklərin əks tərəfinə yapışqanlı plyonkanın çəkilməsi (məsələn, poçt markaları, etiketlər və s.) onların gələcəkdə hər hansı bir səthə yapışdırılması üçündür. Məhsulun təyinatından asılı olaraq yapışqanlı plyonkalar quruyan və ya yapışan ola bilərlər. Yapışqan plyonkalara laklama maşınlarına analoji olan maşınlarla çəkirlər.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə