Muhazirə 12
Mürəkkəb dəftərlərin hazırlanması
Cild qapaqlı kitabların əksəriyyətinin hazırlanma texnologiyası aşağıdakı əsas əməliyyatlardan ibarətdir: çap olunmuş vərəqlərdən kitab bloklarının hazırlanması, kitab bloklarının emalı, cild qapaqlarının hazırlanması və tərtib olunması, blokların qapaqlarla birləşdirilməsi və kitabın son tamamlama işlərinin yerinə yetirilməsi. Kitabın hazırlanma texnologiyasının seçilmiş sxemindən asılı olaraq bu proseslərin ayrı-ayrı əməliyyatları əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu sxemlərin müxtəlifliyi nəşrin konstruksiyası, onun formatı, həcmi, tirajı və bir çox başqa şərtlərlə əlaqələndirilir.
Cild qapaqlarında olan kitablar üçün blokların hazırlanma texnologiyasının əsas xüsusiyyəti sadə dəftərlərə forzasların yapışdırılması, yəni mürəkkəb dəftərlərin hazırlanmasıdır.
Dostları ilə paylaş: |