Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə2/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   2   3   4   5   6   7   8   9   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Kəsmə prosesləri və maşınları

Kəsmə prosesləri əsasən çapdan sonrakı əməliyyatlarda istifadə olunur. Kəsmə vasitəsi ilə hazır ottisklərin və kitab bloklarının kənarlarındakı artıq hissə kəsilir və onlara son məhsul görünüşü verilir. Bəzi hallarda ottisklərin böyük formatdan daha kiçik formata keçirilməsi üçün kağız topaları kəsilməklə bölünür. Bəzi hallarda çapdan əvvəlki hazırlıq mərhələsində nisbətən dagınıq halda olan və həmçinin müxtəlif ölçüyə malik vərəqlərin və vərəq topasının kənarları da kəsilir.

Kəsmə prosesi əsasən iki növ olur: marzanlı və marzansız. (qayçı prinsipi ilə kəsmə)

Marzanlı kəsmə prosesində kəsmənin keyfiyyətini artırmaq və həmçinin bıçağın kütləşməsinin qarşısını almaq üçün marzandan istifadə edilir. Marzan polimer materialdan hazırlanmış düzbucaqlı və ya kvadrat en kəsik formasına malik müəyyən ölçülü zolaqdır. Marzan adətən kəsmə maşınının stolunda onun üçün nəzərdə tutulmuş eyni profilli yuvada yerləşdirilir. Marzan kəsmə xətti ilə eyni istiqamətdə bərkidilir. Bıcaq kağız topasını kəsərkən topanın sonuncu vərəqlərinin kəsilməsi üçün müəyyən gədər marzana daxil olur. Marzanın səthində bıçağın profilinə uyğun iz yaranır. Bıçaq kütləşdikcə bu izin ölçüləri dəyişir. Nəticədə kəsmənin keyfiyyəti aşağı düşür. Bu səbəbdən marzanı çevirərək digər üzü ilə bıçağın kontaktı yaranır. Üzlər tam yeyildikdən sonra o yenisi ilə əvəz olunur. Marzan həmçinin dinamik yüklərin də təsirini azaldır.

Marzansız kəsmə- bu kəsmədə kəsmə bıçağına əks olan kontur bıçağından da istifadə edilir. Kontur bıçağı kəsilən materialın alt hissəsində olur. Belə kəsmədə keyfiyyəti təmin etmək üçün əsas bıçaqla kontur bıçağı səthləri üzrə bir-birinə yaxın məsafədə yerləşdirilir. Bu məsafə çox kiçik olmalıdır. Məsafə artdıqca kəsmənin keyfiyyəti aşağı düşür. Bu tip kəsmədə broşürlərin, uşaq kitablarının kənarları kəsilir. Təcrübə göstərir ki, kağız topalarının kəsilməsi üçün marzanlı kəsmə üsulundan istifadə etmək məqsədə uyğundur.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə