Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə9/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Perpendikulyar qatlama. (şəkil 3,a) Bu qatlamada ottisklərin qatları biri birinə perpendikulyar şəkildə olur. Yəni birinci qatlamadan sonra yerinə yetirilən ikinci qatlamanın istiqaməti birincinin istiqamətinə perpendikulyar olur. (məsələn, vərəq əvvəl AB xətti sonra DE xətləri üzrə qatlanır) Bu növ qatlamadan adətən kitab çapında geniş istifadə edilir.

Paralel qatlama. Bu qatlama zamanı ottisklərin bütün qatları biri-birinə paralel yerləşmiş olur. Belə qatlamadan adətən nəşrlərə əlavə edilən və bloka yapışdırılan ottisklər qatlanmasında istifadə edilir.

Kombinə edilmiş qatlama. Bu növ qatlamada qatların istiqaməti həm paralel, həm də perpendikulyar ola bilər. (şəkil 3,b). Bu növdən əsasən xüsusi nəşrlərin hazırlanmasında istifadə edilir.


A A C

Şəkil 3. Dəftərlərin üç qatlama variantında qatlama sxemi


Qatlar vərəq üzərində simmetriya oxu üzrə yerləşir və dəftərdə eyniölçülü səhifələr yaradırlar. Lakin sonrakı avto­mat­laşdırılmış əməliyyatları (əlavəsi olan nəşrləri) yerinə yetirmək üçün (tikmə və əlavəli nəşrlərin komplektləşdirilməsi) vərəqin simmetriya oxundan və ya ona düşən paydan kənara, məsələn, hissolunmaz yerdəyişmə ilə sonuncu DE qatlaması yerinə yetirilərkən bir adi qatlama yerinə yetirilir. Alınmış belə dəftər şleyfli dəftər, yəni bir hissəsi digərindən böyük olan dəftər adlanır.

Hər bir konkret hal üçün qatlama variantı forma və çap prosesləri layihələndirilərkən bir çox şərtlərdən – nəşrin təyinatından, onun həcmindən, formatından, tirajından, çap kağızının qalınlığından asılı olaraq seçilir. Vərəqli çap maşınlarında çap olunan kitab-jurnal nəşrləri üçün perpendikulyar üç və dörd qatlama daha geniş tətbiq olunur.

Forzaslar, cildlər, əlavələr və s. bir qatlama ilə qatlanırlar. Paralel qatlama təsadüfi hallarda tətbiq olunur və adətən bəzi uşaq ədəbiyyatının, sxemlərin və s. qatlamasında istifadə edilir. Kombinəedilmiş qatlamadan albom tipli nəşrlərin, rulonlu çap maşınlarında alınmış kitab dəftərlərinin qatlamasında istifadə olunur.

Müasir qatlama avtomatları mikroprosessor qurğuları ilə təchiz olunur. Bu qurğular avtomatların nizamlanmasına sərf olunan vaxtı azaltmaqla onun idarə olunmasını asanlaşdırır və işləmə sürətini artırır. Avtomat işləyərkən samonakladdan qatlama aparatına ötürülən çap olunmuş vərəqlər qatlanmış dəftərlər şəklində axınla qəbuledici qurğuya ötürülür və ya bağlamalar şəklində qəbuledici-presləyici qurğuda preslənərək bağlanır.

Qatlama maşınlarının konstruksiyasından asılı olaraq 3 növ qatlama prosesi yerinə yetirilir.

Kasetli qatlama. Bu prosesdə çap olunmuş ottisklər xüsusi kasetlərin vasitəsi ilə qatlanır. Kasetlərin arasına keçən kağız vərəq məhdudlaşdırıcının köməyi ilə qatlayıcı valların arasına ötürülür. Qatlayıcı vallar qarşı-qarşıya yerləşdirilmiş və bir-birinin əksinə fırlanan val cütüdür. Bundan başqa qatlayıcı valların üstündə istiqamətləndirici val da yerləşdirilir. Ottiskin qatlama yeri qatlayıcı vallar vasitəsilə tutulur və deformasiyaya uğradılaraq qat yaradılır. Qatlayıcı vallar eyni zamanda qatlanmış ottiskləri qatlama zonasından kənarlaşdırır.

Bundan başqa qatlama aparatlarının sayından və qatlanan vərəqin formatından asılı olaraq maşınlar müxtəlif olurlar.

Vərəqlərin qatlanması müxtəlif tipli avtomatik qatlama maşınlarında yerinə yetirilir. Maşın (şəkil 4) samonaklad 1, öz aralarında birləşdirilmiş qatlama aparatları 2, qəbuledici və ya qəbuledici-presləyici 3 qurğudan ibarətdir.

3

2

1

Şəkil 4. Kasetli qatlayıcı avtomatın blok-sxemi

Müasir qatlama avtomatları mikroprosessor qurğuları ilə təchiz olunur. Bu qurğular avtomatların nizamlanmasına sərf olunan vaxtı azaltmaqla onun idarə olunmasını asanlaşdırır və işləmə sürətini artırır. Avtomat işləyərkən samonakladdan qatlama aparatına ötürülən çap olunmuş vərəqlər qatlanmış dəftərlər şəklində axınla qəbuledici qurğuya ötürülür və ya bağlamalar şəklində qəbuledici-presləyici qurğuda preslənərək bağlanır.

Bıcaqlı qatlama. Bu qatlamada ottiskin qatlanacaq yeri ona perpendikulyar istiqamətdə yerləşdirilmiş və reversiv hərəkət edən bıçaq vasitəsilə qatlayıcı valların arasına itələnir. Növbəti əməliyyat kasetli qatlamada olduğu kimi qatlayıcı vallar vasitəsilə yerinə yetirilir. Bıcaqlı qatlamadan əsasən qalın kağızların qatlaması üçün istifadə olunur. Bıçaqlı qatlama qalın kağızların dəqiq qatlanmasını təmin edir. Lakin bu növ qatlamanın məhsuldarlığı kasetli qatlama ilə müqayisədə xeyli aşağıdır. Məhsuldarlığın az olması əsasən bıçağın reversiv hərəkəti ilə əlaqədardır. Bıçaq əməliyyatı yerinə yetirib geri qayıdan zaman qatlama zonasına kağız verilmir. Bu da öz növbəsində maşının boş dayanma müddətini artırır və məhsuldarlığı azaldır.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə