Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə11/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   7   8   9   10   11   12   13   14   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Bıçaqlı avtomatlarda küt bıçağın və qatlayıcı valların kö­məyi ilə bir qatlama aparatında qatlama yaranır. Vərəq 1 apa­ratın stolu üzrə hərəkət edərək dayağa 2 qədər çatır və dayanır (şəkil 5,a). Bu zaman bıçaq 3 aşağı salınır. Bunun təsiri altında vərəq stolun yarığında əyilir və fasiləsiz fırlanan 4 5 valları ilə tutulur və sıxlaşır. Bu ardıcıllıqla növbəti qatlar yaranır. Bu avtomatlar bütün növ kağızların dəqiq qatlarının alınmasını təmin etsələr də yalnız perpendikulyar qatlamaya imkan verirlər.

Kasetli avtomatlarda hər bir qat qatlama valları və ka­set­lərin köməyi ilə yaranır. Vərəq 1 (şəkil 5,b) fırlanan vallarla 2 3 kasetə 4 yönəlir. Dayağa 5 çatdıqdan sonra vərəqin qabaq tili dayanır, lakin verici vallar kağızın qalan hissəsini ötürməkdə davam edirlər. Bu səbəbdən vərəq qatlanır və fırlanan qatlama valları 3, 6 tərəfindən tutulan kağızda ilgək yaranır və sıxlaşır. Kasetli avtomatlarda bıçaqlı avtomatlara nisbətən daha çox qatlama variantını almaq mümkündür.

Kombinə edilmiş qatlama aparatlarında ilk qatları almaq üçün adətən kasetli aparatlar, sonrakı qatlar üçün isə - bıçaqlı aparatlar işə salınır. Aparatların belə kombinasiyası kasetli avtomatlarla müqayisədə qatlamanın yaxşı keyfiyyətini təmin edir. Cildlərin, forzasların və onlara bənzər məhsulların qatlan­ma­sında kiçik formatlı kasetli və ya kombinə edilmiş avtomat­lar­dan istifadə edilir. Onlar bir və ya iki qatlama aparatına malik olmaqla konstruksiyasına görə sadə və kiçik həcmlidirlər.

Dəftərlər qatlandıqdan sonra adətən preslənir. Bunun nəti­cə­sin­də qatlama yerlərində kağız liflərinin qalıq deformasiya­la­rının bərkiməsi baş verir, həmçinin dəftərin vərəqləri arasın­dakı hava qatı kənarlaşdırılır. Presləmə sonrakı əməliyyatlarin yerinə yetirilməsinin normallaşmasına kömək edir, yığcamlığı və nəşrin uzunömürlüyünü artırır.

Şəkil 5. Qatlamanın bıçaqlı və kasetli üsullarının sxemi


Hazır bağlamalar sonrakı əməliyyatları yerinə yetirmək üçün yarımfabrikatlar anbarına göndərilir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə