Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Üst-üstə yığmaqla blokların komplektləşdirilməsi



Yüklə 0,72 Mb.
səhifə19/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   15   16   17   18   19   20   21   22   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Üst-üstə yığmaqla blokların komplektləşdirilməsi. Cild və cild qapaqları ilə birləşdirmək üçün bərkidilən kitab-jurnal blokları üst-üstə yığılmaqla komplektləşdirilir. Bu üsulla dəftərlər üst-üstə yığılır (şəkil 8,b). Bu üsul istənilən həcmli blokları komplektləşdirməyə, müxtəlif bərkitmə üsullarından istifadə etməyə və blokları müxtəlif üsullarla emal etməyə imkan verir.

Şəkil 8. Nəşrlərin komplektləşdirilməsi üsulları

Üst-üstə dəftərlərin yıgılması üsulundan istənilən həcmli nəşrlərin hazırlanmasında istifadə olunur. Belə yıgmadan adətən blokların tikişli və tikişsiz bərkidilməsində istifadə edilir. Yapışqanla bərkitmə üsulundan istifadə etməklə bu tip komplektləşdirilmiş bloklar yumşaq cildlə cildlənir. Həmçinin dəftərlərin üst-üstə yıgılmasından sonra bloklar sapla bərkidilərək cild qapagı ilə cildlənə bilər.

Bütün bu proseslər dəftərlərin yıgılması və komplektləşdirilməsi maşınlarında yerinə yetirilir. Bu maşınlar texnoloji emal avadanlıgı kimi avtonom işləyən avadanlıq şəklində həmçinin blokları emal edən qurgulara aqreqatlaşdırılmış bir mexanizm şəklində də hazırlanır.

Yıgma komplektləşdirmə maşınları müxtəlif konstruksiyalı maqazinlərdən, dəgtər çıxarıcı qurgulardan, nəqledici transpartyordan və yıgma ştapel qurgusundan ibarətdir. Maqazinlərin sayına görə daha çox yer tutan bu maşınların həcminin kiçildilməsi məqsədilə Amerika mühəndisləri maqazinlərin 2 cərgədə yerləşdirilməsini təklif etmişlər. Lakin belə konstruksiya ilə xidmət etmək müəyyən cətinliklər yaratmışdır. Beləki operatorlar tərəfindən maqazinlərin dəftərlərlə doldurulması mürəkkəbləşmişdir. Bu səbəbdən istehsalçılar maqazinlərin bir çərgədə, bir xətt üzrə yerləşdirilməsinə üstünlük vermişlər.

Orta, böyük və kütləvi tirajlı nəşrlərin bloklarının komplekt­ləş­dirilməsi avtomatik yığma maşınlarında, kiçik tirajlar isə adə­tən əl ilə və bəzi hallarda mexanikləşdirilmiş tərtibat­la­r­dan istifadə etməklə yerinə yetirilir. Yığma maşını (şəkil 9) birtipli ardıcıl yığma stansiyalarından (bölmələr) 1 ibarətdir. Bu stansiyalar boyu qəbuledici qurğunun 3, inteqalın və nə­zarət-bloklama qurğusunun yığma trasportyoru 2 yerləşir. Hər stansiyanın dəftərlər üçün maqazini və onların maqazindən transportyor üzərinə ötürülməsi üçün ötürmə mexanizmi var.

Maqazinlərə komplektləşdirilmə ardıcıllığı üzrə dəftərlər yı­ğı­lır. Maşın işləyərkən transportyor 2 yavaş-yavaş hərəkət edir, ötür­mə mexanizmi eyni zamanda bütün maqazinlərin hər bi­rin­dən onun üzərinə sonuncu dəftər də olmaqla, bir dəftər ötürür. Ma­şın işləyərkən bir tsikl ərzində transportyor bir maqazindən di­gərinə qədər olan məsəfəsini qət edir. Bu zaman onun üzərinə qo­yulmuş dəftərlər növbəti


3

Şəkil 9. Yığma maşınında blokların komplektləşdirilmə sxemi



maqazinlərlə üzbəüz dayanır. Be­lə­lik­lə, transportyor bir maqazindən digərinə yerdəyişmə etdikdə son­da yığılmış blok yaranır. Bu blok çıxış qurğusu ilə qəbul sto­luna ötürülür. Oradan bloklar növbəti əməliyyatlara ötü­rü­lür. Yığımın düzgünlüyünə kötükdəki işa­rə­lər­lə nəzarət olu­nur. Yığ­ma maşınları əsasən kitab-jurnal ha­zır­la­yan axın xət­lə­ri­­nin tər­kibində buraxılır. Lakin bir çox hal­lar­da blokların həc­min­dən və bölmələrin sayından asılı olaraq ma­şın tam yük­lən­mir.

Bu maşınlar quruluşuna görə vertikal və horizontal şəklində olur. Vertikal şəkildə olan maşınların maqazinləri üst-üstə rəflər şəklində yerləşir. Nəşri təşkil edən dəftərlər ardicil olaraq bu rəflərə yıgılır.Onlara bəzən qulləli yıgma maşını da deyirlər.Bu tip maşınlarda maqazinlər üst-üstə yıgıldıgı üçün montaja görə daha az yer tələb olunur. Yəni maşınlar kompakt oldugu üçün istehsal sahəsində az yer tutur.

Lakin bu maşınların əsas çatışmayan cəhəti onlara xidmət zamanı yaranir. Maqazinlərin sayı çox olduqda operator tərəfindən onlara dəftərlərin yerləşdirilməsi çətinləşir. Digər tərəfdən böyük tirajların hazırlanmasında məhsuldarlıq aşagı olur. Bu səbəbdən vertikal yıgma maşınları aşagı sürətlərdə işləyərək kiçik tirajların və ofis sənədlərinin yıgılması üçün istifadə edilir.

Horizontal yıgma komplektləşdirmə maşınlarında maqazinlər bir xətt üzrə horizontal olaraq yerləşdirilir. Maqazinlərin sayından asılı olaraq bu tip maşınlar müəyyən uzunluqda olur və daha boyük sex sahəsində yerləşdirilir. Bu maşınların maqazinlərinə istənilən sayda dəftər yıgmaq mümkündür. Dəftərlər maqazinlərə siqnatura ardıcıllıgı üzrə düzülür. Siqnaturalar dəftərlərin kötük hissəsində pilləli şəkildə qeyd edilir. Yıgma zamanı dəftərlərdən biri olmadıqda və ya səhv düzdükdə siqnatura ardıcıllıgı pozulur.

XX əsrin əvvəllərində ixtira olunmuş yıgma komplektləşdirmə maşınları müasir dövrə qədər bir növ konstruksiyaya yəni maqazinlərin bir xətt üzrə horizontal yerləşməsinə üstünlük vermişlər. Bu tip maşınlar istehsalatda bütün tirajları yerinə yerinə yetirmək üçün istifadə olunur.

Maşınlar tətbiq olunana qədər yıgma komplektləşdirmə əməliyyatları əl ilə yerinə yetirilirdi. Bu məqsədlə yıgma sexlərində yarım dairə şəklində cox mərtəbəli rəflərdən istifadə olunurdu. Nəşri təşkil edən dəftərlər ardıcıl olaraq rəflərə düzülürdü. Hər dəftərdən müəyyən sayda topa şəklində yıgılırdı. Yıgıcı operator ardıcıllıqla dəftərləri üst-üstə yıgaraq bloku komplektləşdirirdi. Bu əməliyyat dəfələrlə təkrarlanırdı. Müəyyən dövrlərdə hərəkət edən masalardan istifadə olunurdu. Bu üsul yıgma prosesini müəyyən qədər yüngülləşdirmişdi. Lakin problemin həlli maşınlar ixtira olunandan sonra baş verdi.

İlk yıgma komplektləşdirmə maşınlarında dəftərlərin maqazindən çıxarılması üçün maşa tipli tutuculardan istifadə edilirdi. Sonrakı dövrlərdə Amerika ixtiraçiları rotasion tutuculu və diskli tutuçulu vərəq çıxaran qurgular tətbiq etdilər. Maşa tipli çıxarıcılar aşagı sürətli oldugu üçün məhsuldarlıq qənaətbəxş deyildi. Daha sürətlə hərəkət edən daşıyıcı transpartyorun boş gedişləri çox olurdu. Tutucular vasitəsilə ayrılmış dəftərlər tərpənməz lövhələr üzərinə qoyulurdu və üzərinə dayaqlar bərkidilmiş transpartyor vasitəsilə bir maqazindən digərinə nəql edilirdi. Bunun üçün dayaqlar tərpənməz lövhənin arasındakı yarıqdan keçərək dəftəri transpartyorun üstünə salırdı. Bu dəftər növbəti maqazinin bərabərliyinə gələndə növbəti dəftər 1-ci dəgtərin üzərinə düşürdü. Beləliklə dəftərlər növbə ilə üst-üstə yıgılaraq bloku komplektləşdirirdi. Bu proses zamanı dayaq dayanmış dəftərə sürətlə toxunduğu üçün deformasiyaya uğradırdı. Bunun qarşısını almaq üçün maqazindən ayrılmış dəftəri sürətləndirmə qurğusu vasitəsi ilə hərəkətə gətirirdilər.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə