Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 7 Sapla tikmə əməliyyatları



Yüklə 0,72 Mb.
səhifə20/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   16   17   18   19   20   21   22   23   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 7

Sapla tikmə əməliyyatları

Sapla tikmə əməliyyatı dəftərlərin blok şəkilində bərkidilməsi üçün istifadə olunan əməliyyatlardan biridir. Bu əməliyyat bloklar və dəftərlər üzrə yerinə yetirilir. Son dövrlərdə blokların tikişsiz bərkidilmə üsulları daha geniş yayılmağına baxmayaraq dəftərlərin sapla tikilmə üsulu ilə rəqabət apara bilmir.



Sapla tikmə – blokların dəftər üzrə bərkidilməsinin daha geniş yayılmış üsuludur. Belə bərkitmə üsulundan orta və böyük həcmli, xüsusən cild qapaqlarında buraxılan nəşrlər üşün istifadə olunur. Bu üsulla tikilmiş kitab blokları daha möhkəm və davamlı olur və onların kötüyünü emal etmək üçün aqreqat­lar­dan və axın xətlərindən istifadə etməyə imkan verir. Sapla bloklar üzrə üst-üstə və iç-içə tikmək olar.

İç-içə tikmədə (şəkil 10,a) kiçik həcmli nəşrlər 1 (iç-içə yığılmaqla kom­plekt­ləş­di­ril­miş) fasiləsiz tikişlə 2 bütün qat boyu tikilir. Bu üsul kötüyün bütün uzunluğu üzrə möhkəmliyi təmin edir. Üst-üstə tikmədə (şəkil 10,b) üst-üstə yığma ilə komplektləşdirilmiş blok 1 kötüyün kənarından 4-5 mm aralı kötüyün bütün uzunluğu üzrə üst-üstə tikişlə 2 tikilir. Bu üsul dəftərlər üzrə tikməyə nisbətən daha səmərəlidir, möhkəm bərkitməni təmin edir və bir çox nəşrlər üçün tətbiq oluna bilər.

Dəftərlər üzrə sapla tikiliş zamanı (şəkil 10,v) blokun dəftəri 1 kötük üzrə qatlama boyu ilgəklə 2 tikilir və həmin sapla özündən əvvəlki dəftərlə bərkidilir. Bu üsulla bloklar kötük materialına, məsələn, cunaya 3 tikilə bilər (şəkil 10,q).

Şəkil 10. Nəşrlərin və blokların sapla tikilmə üsulları


Belə tikmədən cild qapaqlarında buraxılan kitablar üçün, kö­tük materialı olmadan tikmə isə cildlı, həmçinin cild qapaqla­rın­da buraxılan kitablar üşün istifadə olunur. Sonuncu halda kötük materiallı bloklar aqreqatlarda emal olunarkən ona yapışdırılır. Dəftərlər üzrə tikmədə nəşrin həcmindən, forma­tından və digər şərtlərdən asılı olaraq ilgəklərin görünüşünü, uzunluğunu və tikişdə onların sayını dəyişmək olar

Sapla bərkitmə əsasən iki növ- bloklar üzrə və dəftərlər üzrə yerinə yetirilir.

Bloklar üzrə bərkitmədə blokları təşkil edən dəftərlər və ya vərəqlər sapla tam halda bərkidilir. Belə bərkitmə bir saplı düyünlü və iki saplı zəncirvari ola bilər.

Bir saplı düyünlü bərkitmədə bloklar bir sapla və uzunluğu təqribən 10 sm olan ilgəklə bərkidilir. Bu tip bərkitmədən adətən kiçik həcmli nəşrlərin bərkidilməsində istifadə edilir.

İki saplı zəncirvari bərkitmədə dəftərlər iç-içə yığıldıqda iki sapla tikməklə istifadə olunur. Bu tip bərkitmədən kiçik formatlı nəşrlərin bərkidilməsində istifadə edilir.

Bloklar üzrə bərkiltmə üsullarından Avropa ölkələrində demək olar ki, istifadə edilmir. Lakin Amerikada dərsliklərin, uşaq ədəbiyyatı və s. bu kimi nəşrlərin bloklarının bərkidilməsində adı çəkilən üsullardan geniş istifadə edilir. Avropa ölkələrində və həmçinin keçmiş SSRİ-də blokların dəftərlər üzrə bərkidilməsindən istifadə edilirdi. Bunun üçün bloku təşkil edən hər bir dəftər ayrı-ayrılıqda sapla tikilərək və elə o sapla da biri birinə bərkidilir.

Sapla tikmə əməliyyatını yerinə yetirmək üçün xüsusi maşınlardan istifadə edilir. Bu maşınlar ilk dəfə 1856-cı ildə Amerika ixtiraçısı Smit tərəfindən patentləşdirilmişdir. Smit ilk maşını 1871-ci ildə hazırlamışdır. 1880-cı ildə o bu maşını daha təkmilləşdirmiş və əyri iynəli sapla tikmə maşınını hazırlamışdır. Bu maşında nəşrləri təşkil edən dəftərlər qanada bənzər lövhələrdən əl ilə asıldığı üçün onlar qanadlı maşınlar adlandırılmışdır. Bu maşında dəftərləri tikmək üçün qanadlardan asılmış dəftərlər ortadan açılır, aşağı hissədən qat yerlərinə iynələr batırılaraq dəriklər açılırdı. Dəftərlərin üst hissəsində yerləşmiş əyri iynələr, dəlik açan iynələr aşağı endikdən sonra bu dəliklərdən daxil olub aşağıda yerləşmiş sapı yuxarı çəkərək əks tərəfə çıxarırdılar. Sonra əyri iynələr müəyyən gədər aşağıya doğru hərəkət edir və çıxarılmış sapdan ilgək yaradılır. Bu halda xüsusi qarmaqlar bu ilgəkləri tutur, əyri iynələr sapı buraxaraq ikinci dəftəri tikməyə hazırlaşır. Dəftərlərin altında qanad tipli lövhə kənara çəkilir. Dəftər ilgək vasitəsi ilə qarmaqdan asılmış vəziyyətdə qalır. İkinci dəftər tikmə zonasına verildikdə eyni əməliyyat təkrar olunur. Lakin bu dəfə əyri iynələr birinci dəftərin ilgəklərinin arasından keçir. Qarmaqlar kənara çəkilir. Birinci dəftərlə ikinci dəftər sap vasitəsi ilə biri biri ilə əlagələndirilir.

Bu tip maşınlardan sonrakı dövrlərdə az istifadə olunurdu. Çünki əyri iynələr əyilməyə qarşı kiçik möhkəmlik həddinə malik olduğundan daha tez sıradan çıxırdılar. Əyri iynələr düz iynələrlə əvəz olundu və mövcud maşınlar təkmilləşdirildi.

XIX əsrin sonunda yeni tikmə aparatı ixtira olundu. Bu aparatda istifadə olunan dəftərlərin tikilməsi prosesi müasir sapla tikmə maşınlarında da istifadə edilir. Ümumiyyətlə sapla tikmə prosesinin digər bərkitmə üsulları ilə müqayisədə çox böyük üstünlükləri var:


  1. Sapla tikilən dəftərlərin və blokların elastikliyi və bərkitmənin çevikliyi.

  2. Sapla bərkitmənin uzun ömürlülüyü. Sapın kağız və yapışqanla həmçinin ətraf mühitlə neytral vəziyyətdə olması sapla bərkitmənin uzun ömürlülüyünü təmin edir.

  3. Sapla bərkidilmiş blokların digər əməliyyatlara- blokun kötük hissəsinin dəyirmiləndirilməsi, kötük hissənin göbələkvari formaya gətirilməsi və s. əməliyyatlara uğradılması.

4) Sapla bərkidilmiş blokların daha yaxşı açılması.

Lakin bu üstünlüklərlə yanaşı bu tip birləşmələrin bəzi catışmayan cəhətləri var.

1) Sapla tikmə əməliyyatının texnoloji prosesdə əvvəlki əməliyyatlarla ziddiyyəti.

Bıldiyimiz kimi çap olunmuş ottisklərin yaxşı və dəqiq qatlanması üçün dəftərlər qablaşdırma proseslərində sıxılır. Qeyd etdiyimiz kimi dəftərlər üzrə sapla tikmə zamanı dəftərlər ortadan açılmalıdır. Presdə sıxılmış dəftərlər çətinliklə açılır.

2) Bloklar dəftərlərdən yıgılıb komplektləşdirildikdən sonra tam şəkildə sapla tikmə əməliyyatına göndərilir. Burada isə blokları təşkil edən dəftərlər bir bir ayrılır. Sapla tikilr və yenidən birləşdirilir.

3) Sapla tikmə əməliyyatında texnoloji tsikl digər əməliyyatlarda oldugundan daha çoxdur. Bu da maşının məhsuldarlıgının aşagı düşməsinə səbəb olur.

Eyni tikmə sürəti ilə işləyən maşında nəşrin həcmındən asılı olmayaraq müxtəlif məhsuldarlıq ola bilər. Yəni maşın eyni sürətlə işlədikdə məsələn, 10 çap vərəqli nəşrin tikilməsinə t1 zamanı sərf etdiyi halda 15 çap vərəqli nəşrə t2 zamanı sərf etmiş olur. (t2>t1) Bu səbəbdən ümumi istehsal tsiklini nizamlamaq üçün tikmə maşınlarının sayı dəqiq müəyyən edilməlidir. Ümumiyyətlə sapla tikmə prosesinə qədər müəyyənləşdirilmiş istehsal tsikli bu proses başlayanda dayanır. Ona görə də avtomatlaşdırılmış istehsal tsikli sapla tıkmə prosesindən sonra müəyyənləşdirilir. Məhsuldarlıgın aşagı düşməsi bu maşınların avtomatik axın xəttinə qoşulmasını mümkünsüz edir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə