Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 6 Yıgma əməliyyatları və maşınlar



Yüklə 0,72 Mb.
səhifə18/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   14   15   16   17   18   19   20   21   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 6

Yıgma əməliyyatları və maşınlar

Çapdan sonrakı növbəti əməliyyatlar hazır dəftərlərdən blokların yıgılması və komplektləşdirilməsidir. Nəşrin növündən,həcmindən və formatından asılı olaraq bloku təşkil edən dəftərlər üst-üstə və ya iç-içə yıgılır. Nəşrlər layihələndiriləndə bu üsullardan biri seçilir.



Nəşrləri iç-içə yığmaqla komplektləşdirmə. Blokların kom­plekt­ləşdirilməsi – onların ayrı-ayrı dəftərlərdən yığıl­ma­sı­dır. Bu zaman bütün nəşrin səhifə ardıcıllığı ilə nömrələnməsi tə­min olunur. Ümumiyyətlə komplektləşdirmənin iki üsulu: iç-içə və üst-üstə yığma üsulları mövcuddur. Nəşrin konstruksiyası və çap formalarının texnologiyası layihələndirilən zaman bu üsul­lardan biri seçilir.

İç-içə yığmada (şəkil 8,a) dəftərlər bir-birinin içinə və cildə qoyulur, yəni komplektləşdirilir. Komplektləşdirilmənin bu üsulu kiçikhəcmli, konstruksiyasına görə sadə, kiçik istis­mar müddətli, kağızın kütləsindən asılı olaraq 64-80 səhifəlik kitab-jurnal nəşrlərin hazırlanmasında geniş istifadə olunur. Bu üsul nəşrlərin hazırlanmasında az əməliyyatlılığı və sadəliyi təmin edir. Dəftərlər çox olduqda nəşrin kötük hissəsi qalınlaşır və o qeyri-kompakt görünüş alır.

Orta, böyük və kütləvi tirajlarda blokların iç-içə komplekt­ləş­dirilməsi mexanikləşdirilmiş və avtomatlaşdırılmış avadan­lıq­da yerinə yetirilir. Bu avadanlıq komplektləşdirmədən başqa digər əməliyyatları da yerinə yetirir.

İç-içə yıgma üsulu adətən broşür tipli nəşrlərin, o cümlədən, jurnalların və kiçik həcmli broşürlərin hazırlanmasında istifadə edilir. Adətən iç-içə yıgma üsulundan həcmi 128 səhifəyə qədər olan nəşrlərin hazırlanmasında istifadə edilir. Səhifələrin sayı artdiqca bu üsulla yıgılmış nəşrlərin kötük hissəsi qalınlaşır və nəşrin açılıb baglanması pisləşir.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə