Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Muhazirə 4 Dəftər samonakladları



Yüklə 0,72 Mb.
səhifə13/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   9   10   11   12   13   14   15   16   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Muhazirə 4

Dəftər samonakladları

Qatlama prosesindən sonra alınmış dəftərlər broşürləmə, cildləmə əməliyyatına keçməsi üçün aşağıdakı proseslərdən keçir:



- Dəftərlərin yapışdırılması

- Əlavə elementlərlə təchiz olunması.

Bəzi dəftərlər sadə dəftərlərdən fərqli olaraq müxtəlif nəşr elementləri ilə təchiz olunur. Məsələn, birinci və sonuncu dəftərə forzas yapışdırılır. Bəzi dəftərlərə isə nəşrin əlavələri bərkidilir ( məsələn: xəritələr, daha böyük formatlı illüstrasiyalar və s.). Belə dəftərlər mürəkkəb dəftərlər adlanır. Hazır dəftərlər ardıcıl olaraq yığılır və blok komplektləşdirilir.

Komplekləşdirilmiş bloklar müxtəlif üsullarla tikişli və tikişsiz bərkidilir. Tikişsiz bərkitmə termocildləmə maşınlarında yerinə yetirilir . Bloklar yapışqanla bərkidilir. Tikişsiz bərkitmə bloklar üzrə bərkitmə üsuludur. Bloklar müxtəlif mexaniki qurğuların və ya yapışqan plyonkaların köməyi ilə bərkidilir. Yaylarla, qıfıl-sıxıcılarla, spirallarla, gilz-içliklə mexaniki bərkitmə əyilmiş lövhələrin və ya spiralların elastik əymə qüvvələrinə əsaslanır. Bu üsulla bir sıra başqa nəşrlərlə yanaşı albomları, kataloqları, divar təqvimlərini, pros­pekt­ləri və digər reklam məhsullarını bərkidirlər. Blokların tikişsiz yapışqanla bərkidilməsi bu məqsədlər üçün yaradılmış sintetik yapışqanların hesabına mümkün olmuşdur.



Tikişsiz yapışqan bərkidilməsinin möhkəmliyinə aşağıda gös­tərilən bir çox faktorlar təsir edir: yapışqanın çəkilməsi üçün kötüyün səthinin hazırlanma keyfiyyəti, kağızın xüsusiy­yə­ti, yapışqanın tərkibi və miqdarı. Blokların yapışqanla bər­ki­dil­məsi (xüsusən qatlamaların kəsilməsi ilə) tikişlə bərkitmə üsu­lu ilə müqayisədə böyük texniki-iqtisadi üstünlüyə malik­dir. Bu üsulla bərkitmədə bərkitmə əməliyyatının əmək tutumu azalır, fəh­lə­­lərin əmə­yi yüngülləşir, məhsuldarlıq artır, nəşrlərin bura­xılma müd­də­ti ixtisar olur. Bütün bunlara baxmayaraq bu üsul­la bərkidilmiş nəşrlər nisbətən az möhkəmliyə və uzunömür­lüyə malik olurlar.

Tikişli bərkitmədə ayrı-ayrı dəftərlər sapla tikilərək sonra bir yerdə bərkidilir. Həmçinin blokların bərkidilməsi üçün məftillərdən də istifadə edilir. Bunun üçün dəftər üs-üstə və ya iç-içə yığılaraq məftillə tikilir. Bütün bu əməliyyatlar müəyyən texnoloji avadanlıqda yerinə yetirilir.




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə