Forzaslar və onların dəftərlərə birləşdirilməsi
Kitab bloklarının cild qapaqları ilə birləşən kənar dəftərləri mürəkkəb dəftərlər hesab olunur. Bu dəftərlərə tərtibatına, konstruksiyasına və dəftərlərə birləşdirilmə üsuluna görə fərqlənən forzaslar yapışdırılır. Forzaslar tərtibatına görə ağ və rəngli kağızdan hazırlanmış sadə, üzərində ornament və ya şəkil çap olunmuş dekorativ-ornamentli, kitabın məzmununa aid olan çap olunmuş təşvirli-təsviri-tematik ola bilər. Sadə forzaslardan daha geniş istifadə olunur. Dekorativ-ornamentli və təsviri-tematik forzaslardan yüksək bədii tərtibatlı və uşaq nəşrlərinin, ibtidai siniflər üçün dərsliklərin nəşrində istifadə olunur.
Konstruksiyasından və dəftərlərə birləşdirmə üsulundan asılı olaraq forzaslar müxtəlif növlərdə olur. Ən çox adi yapışdırılmış forzaslar, kantlama ilə yapışdırılmış forzaslar bütöv kağızdan olan tikilmiş forzaslar və "özünün" forzası adlı forzaslar tətbiq edilir. Bu forzasların tərtib olunması müxtəlif ola bilər.
Dostları ilə paylaş: |