Sadə yapışdırılmış forzas (şəkil 15,a) – bir dəfə qatlanmış kağız vərəqdir 2. Onun bir tərəfi yapışqanla 3 nazik zolaq üzrə (4-5 mm) dəftərin 1 xarici səhifəsinə kötüyün kənarından müəyyən kiçik çəkilmə ilə yapışdırılır.
Şəkil 15. Forzasların əsas konstruksiya müxtəlifliyi
Forzaslar forzas kağızından hazırlanır. Vərəqlər kəsildikdən sonra kiçikformatlı kasetli qatlama maşınında qatlanır. Belə forzaslar dəftərlərə fasiləsiz işləyən yapışdırma avtomatında bərkidilir. Bu avtomatlarda bütün əməliyyatlar yarımfabrikatların hərəkəti nəticəsində yerinə yetirilir. Avtomatın samonakladlarının maqazinləri 1 və 2 dəftər topası (birinci və ya sonuncu) və forzaslarla yüklənir (şəkil 16). Xüsusi mexanizmlər vasitəsi ilə dəftərlər və forzaslar bir-bir topadan ayrılır və yapışdırıcı qurğuya 3 nəql edilir. Burada yapışqan vannasında fırlanan disk forzasın kötük hissəsinə yapışqan zolağı çəkir. Sonra roliklər 4 yapışdırılan detalları sıxır və hazır məhsulu qəbul stolunun 5 transportyoru üzərinə çıxarır. Bəzi avtomatik xətlərdə forzasları tikilmiş bloka (eyni zamanda birinci və sonuncu dəftərlərə) yapışdıran maşınlardan istifadə edilir.
Şəkil 16. Forzasyapışdıran avtomatın blok-sxemi
Dostları ilə paylaş: |