www.vivo-book.com
604
yumor hissimi də itirmiĢdim. Onların hamısını geri
qaytarmaq, onlara yenidən sahib olmaq istəyirdim. Hər
Ģeyin asanlıqla əmələ gəlməsini arzulayırdım. Amma
nədənsə, onların geri qayıtmayacağını bilirdim. Ən azından
dərhal qayıtmayacaqdılar. Özünü günahkar və müdafiəsiz
hiss etməyə məhkum olunmuĢdum.
Özümü günahkarlıq hissinin bir növ xəstəlik olmasına
və yalnız günahsız insanların həyatda irəliləyiĢlərə nail
olmalarına inandırmağa çalıĢırdım. Yalan danıĢan,
baĢqalarını aldada bilən insanlar, hədəfə çatmanın bütün ən
qısa yollarını bilən insanlardır. Kortez. O, qabağına keçəni
sikmirdi. Eləcə də Vins Lombardi. Bu haqda nə qədər
düĢünsəm də bir fərqi olmadı. Əksinə özümü əvvəlki kimi,
pis hiss edirdim. Qərara gəldim ki, buna son vermək
lazımdır. Özümü hazır hiss edirdim. Tövbə köĢkü. Yenə
Katolikliyə qayıdacaqdım. Buna baĢlamaq, bitirmək və
sonra da bağıĢlanmağı gözləmək. Qədəhimdəki Ģərabı
bitirdim və telefonun dəstəyini qaldırıb Denranın ofisinin
nömrəsini yığdım.
Telefona Tessi cavab verdi.
www.vivo-book.com
605
– Salam, əzizim! DanıĢan Henkdir! ĠĢlər necədir?
– Hər Ģey yolundadır, Henk. Sənin iĢlərin necədir?
– Hər Ģey qaydasındadır. Bura bax, sən mənə qarĢı
acıqlı deyilsən, hə?
– Yox, Henk. Bu bir az iyrənc idi, hahaha, amma
əyləncəli idi. Ġstənilən halda, bu bizim sirrimizdir.
– Sağ ol. Bilirsən, mən əslində heç...
– Bilirəm.
– Hmm, qulaq as, Debra ilə danıĢmaq istəyirdim.
Oralarda gözə dəyirmi?
– Yox, indi o məhkəmə zalındadır, prosesin
stenoqramını yazır.
– Bəs nə vaxt qayıdar?
– Adətən, məhkəməyə gedəndən sonra bir də ofisə
qayıtmır. Əgər birdən qayıtsa ona bir Ģey söyləməyimi
istəyirsənmi?
– Yox, Tessi, çox sağ ol.
Hə, iĢim bitmiĢdi. Mən hətta heç bir Ģeyə müdaxilə belə
edə bilmirəm. Tövbəkarlığın QəbizləĢməsi. Rabitənin
Olmaması. Yüksək Dairələrdə DüĢmənlərim varmıĢ. Bir
www.vivo-book.com
606
qədəh də Ģərab içdim. Havanı təmizləməyə artıq tam hazır
idim. Digər Ģeylər qoy elə havadan asılı qalsın. Ġndi mən,
sadəcə, oturub gözləməliydim. Getdikcə özümü daha da pis
hiss etməyə baĢlamıĢdım. Depressiya, intihar – bunlar
düzgün olmayan dietanın nəticəsində baĢ verirdi. Lakin mən
yaxĢı yeyirdim. KeçmiĢ günləri xatırladım, o vaxtlar mən
gün ərzində bircə Ģokolad batonu ilə kifayətlənir və aylıq
“Atlantik” və “Harperz” jurnallarına əl ilə yazılmıĢ
hekayələrimi göndərirdim. Bütün günü yalnız yemək
haqqında düĢünürdüm. Bədən qida qəbul etmədikdə, ağıl da
ac qalırdı. Amma son vaxtlar əla qidalanırdım və dəyiĢiklik
üçün, əla Ģərablar içirdim. Bu isə o anlama gəlirdi ki, mənim
düĢündüklərim böyük ehtimalla həqiqətdir. Hamı özünü
xüsusi, imtiyazlı və müstəsna təsəvvür edirdi. Hətta özünün
ön artırmasında ətirĢah gülünü sulayan iyrənc qoca qarğalar
da. Mən özümü ona görə xüsusi birisi hesab edirdim, çünki
əlli yaĢından sonra zavod dəzgahının arxasından çıxaraq Ģair
olmuĢdum. Yekə qozdaq. Ona görə də, bir vaxtlar çarəsiz
qalanda rəhbərlərimin və müncerlərimin mənim üstünə
iĢədikləri kimi, indi mən də baĢqalarının üstünə iĢəyirdim.
www.vivo-book.com
607
Nəticə eyni alınırdı. Mən çox az, kiçicik Ģöhrət qazanmıĢ
əyyaĢ və murdar bir əclaf idim.
Təhlillərim yanıb alıĢan yaralarıma məlhəm olmadı.
Telefon zəng çaldı. Sara idi.
– Sən zəng edəcəyini demiĢdin. Nə oldu?
– Onu iĢ yerində tapa bilmədim.
– ĠĢdə deyildi?
– Məhkəməyə getmiĢdi.
– Bəs onda nə eləmək fikrindəsən?
– Gözləyəcəm. O gələndə isə hər Ģeyi açıb danıĢacam.
– Düzgün düĢünürsən.
– Səni bu poxlu iĢlərə gərək qatmayaydım.
– Problem deyil.
– Səninlə yenə görüĢmək istəyirəm.
– Nə vaxt? Oriental rəqqasə ilə görüĢəndən sonra?
– Hmm, hə.
– Çox sağ ol, amma lazım deyil.
– Sənə zəng vuracam...
– YaxĢı, danıĢdıq. Əskilərini yuyub sənin üçün hazır
saxlayacam.
www.vivo-book.com
608
Mən Ģərabdan udumlar ala-ala gözləyirdim. 3 saat, 4
saat, 5 saat. Nəhayət, çılpaq olduğumu xatırladım və
paltarlarımı geyindim. Debranın maĢını evin önündə
dayananda, əlimdə Ģərabla dolu qədəhlə oturmuĢdum.
Gözləyirdim. O, qapını açdı. Əlində ərzaq torbası vardı. Çox
cazibədar görünürdü.
– Salam, – o dedi, – mənim kemiĢ islaq əriĢtəciyəzim
necədir?
Ona yaxınlaĢdım və qollarımı onun belinə doladım.
Birdən titrəməyə və ağlamağa baĢladım.
– Henk, sənə nə olub?
Debra əlindəki ərzaq torbasını döĢəməyə qoydu. Bizim
Ģam yeməyimizdir. Onu qucaqlayıb özümə sıxdım. Mən
hıçqıra-hıçqıra ağlayırdım. Gözümdən yaĢlar Ģərab kimi
süzülürdü. Özümü heç cür ələ ala bilmirdim. Əsas hissəm
səmimi idi. Qalan hissəmsə burdan baĢ götürüb qaçmaq
istəyirdi.
– Henk, nə baĢ verib?
– ġükran Gününü səninlə birlikdə keçirə bilməyəcəm.
– Niyə? Niyə? Bir de görüm nə olub axı?
Dostları ilə paylaş: |