www.vivo-book.com
609
– O olub ki, mən BÖYÜK BĠR POX QALAĞIYAM!
Daxilimdəki günahkarlıq hissi içimi eĢirdi. Ġçimdə
spazmalar baĢ qaldırmağa baĢladı. Çox dözülməz ağrıydı.
– Kanadadan bir oriental rəqqasə ġükran Gününü
mənimlə keçirmək üçün yanıma gəlir.
– Oriental rəqqasə?
– Hə.
– O qəĢəngdirmi?
– Hə çox qəĢəngdir. BağıĢla məni, bağıĢla məni...
Debra məni özündən kənara itələdi.
– Ġmkan ver ərzaqları yerinə qoyum.
O, ərzaq torbasını döĢəmədən qaldırıb mətbəxə keçdi.
Soyuducunun qapısının açılıb-bağlandığını eĢitdim.
– Debra, –– mən gedirəm.
Mətbəxdən heç bir səs gəlmədi. GiriĢ qapısını açdım və
evdən çıxdım. MaĢının mühərrikini iĢə saldım. Radionu
qoĢdum, faraları yandırdım və geriyə – Los-Ancelesə tərəf
istiqamət aldım.
94
www.vivo-book.com
610
ÇərĢənbə günü artıq hava limanında Ayrisi
gözləyirdim. Bir yerdə oturub qadınlara göz qoyurdum.
Onlardan heç birinin xarici görünüĢü – bir neçəsi istisna
olmaqla – Ayris ilə müqayisəyə gəlmirdi. Mənə nəsə
olmuĢdu: seks haqqında həddən çox düĢünürdüm. Gözümə
dəyən hər bir qadını özümlə yataqda təsəvvür edirdim. Bu,
hava limanında gözləyərkən vaxt öldürməyin maraqlı üsulu
idi. Qadınlar: onların paltarlarının rəngi, nazlana-nazlana
gəzmələri, bəzi simalardakı əzazillik, ara-sıra qarĢıma çıxan
əsl və valehedici qadınların üzlərində gördüyüm xalis
gözəlliyi xoĢuma gəlirdi. Onlar bizə üstün gələ bilərdilər:
onlar bizdən daha yaxĢı plan qurur və bizdən daha yaxĢı
təĢkilatlanırlar. KiĢilər oturub peĢəkar futbola baxdıqları,
pivə içdikləri, ya da boulinq oynadıqları vaxt, onlar, qadınlar
bizim haqqımızda düĢünür, bütün diqqətlərini üstümüzdə
cəmləyir, bizi tədqiq edir və qərar verirlər – bizi qəbul
etsinlər, yoxsa lazımsız bir Ģey kimi kənara atsınlar, bizi
baĢqası ilə dəyiĢsinlər və ya öldürsünlər, ya da sadəcə bizi
tərk etsinlər. Nəticə etibarilə bunun demək olar ki, heç bir
www.vivo-book.com
611
əhəmiyyəti yoxdur, onların hansı qərarı verməsindən asılı
olmayaraq, sonunda biz yalqız qalır və ağlımızı itiririk.
Ayrislə özüm üçün 18 funtluq bir hind toyuğu
almıĢdım. Onu çanağın içinə qoymuĢdum ki, buzu ərisin.
ġükran Günü. Bu bayram sübut edirdi ki, bütün
müharibələrə, inflyasiyaya, iĢsizliyə, qatı tüstüyə, dumana,
ağıllı və ya ağılsız prezidentlərə rəğmən, sən daha bir ili sağ
qalmısan. Bu bayram nəhəng ailə klanlarının əsəbi toplantısı
idi: səs-küylü əyyaĢların, nənələrin, bacıların, xalaların,
qıĢqır-bağır salan uĢaqların və potensial intiharçıların. Hə,
bir
də,
mədə
pozulmalarını unutmayın. Mən də
baĢqalarından heç nə ilə seçilmirdim: mənim də
mətbəximdəki çanaqda ölü, yonulmuĢ, içalatı tamamilə
çıxarılmıĢ 18 funtluq bir quĢ vardı. Ayris onu mənim üçün
qızardacaqdı.
Həmin gün poçt ilə bir məktub almıĢdım. Məktubu
cibimdən çıxarıb yenidən oxumağa baĢladım. Onu Berklidən
göndərmiĢdilər:
Hörmətli cənab Çinaski,
www.vivo-book.com
612
Siz məni tanımırsınız, amma mən qəĢəng qancığam.
Mən dənizçilərlə və bir də bir yük maĢını sürücüsü ilə
oturub-dururdum, amma onlar mənim cinsi ehtiyaclarımı
təmin edə bilmirlər. Demək istədiyim odur ki, biz sikiĢirik
və sonra daha heç nə olmur. O zırramalarda heç bir
mahiyyət yoxdur. 22 yaĢım var. BeĢ yaĢında bir qızım da
var, adı Asterdir. Bir oğlanla yaĢayıram, amma aramızda
seks münasibətləri yoxdur. Sadəcə, birlikdə yaĢayırıq. Onun
adı Reksdir. Gəlib sizinlə görüĢmək istərdim. Mən sizin
yanınızda olduğum zaman qızım Asterə anam baxa bilər.
Zərfin içinə öz Ģəklimi qoyuram. Əgər istəsəniz, mənə cavab
yazın. Sizin bir neçə kitabınızı oxumuĢam. Onları kitab
dükanlarında tapmaq çox çətindir. Əsərlərinizdə ən xoĢuma
gələn cəhət onların asan baĢa düĢülməsidir. Üstəlik siz çox
məzəlisiniz.
Sizin,
Tanya
Sonra Ayrisin təyyarəsi yerə endi. Mən pəncərənin
önündə dayanıb onun təyyarədən enməsinə tamaĢa etdim. O,
əvvəlki kimi, gözəl görünürdü. O qədər uzun yolu, düz
www.vivo-book.com
613
Kanadadan bura qədər mənimlə görüĢmək üçün gəlmiĢdi.
Əlində bircə çemodan vardı. Ayris baĢqa sərniĢinlərlə
birlikdə keçiddə dayanıb növbə gözləyərkən, mən ona əl
elədim. Gömrük məntəqəsindən keçəndən sonra, Ayris
bütün bədəni ilə mənə qısıldı. Biz öpüĢdük və mənim Ģeyim
yüngülcə bərkidi. Onun əynində don vardı, bədəninə kip
oturan mavi bir don, ayaqlarına hündürdaban tufli
geyinmiĢdi, baĢına geyindiyi balaca Ģlyapanı yanakı
qoymuĢdu. Ġndi əyninə don geyinmiĢ qadınları nadir
hallarda görmək olur. Los-Ancelesdəki qadınlar əyinlərinə
daim Ģalvar geyinirdilər...
Dayanıb baqaj gözləməli olmadığımızdan, maĢına
oturub dərhal mənim evimə sürdük. MaĢını evin önündə
saxladım və biz birlikdə cığırla evə gəldik. Ġçki süzdüyüm
zaman o divanda özünə yer elədi. Ayris mənim əl iĢindən
olan kitab rəfimə göz gəzdirdi.
– Bütün bu kitabları sən yazmısan?
– Bəli.
– Mən heç təsəvvür eləməzdim ki, sən bu qədər çox
kitab yazarsan.
Dostları ilə paylaş: |