www.vivo-book.com
650
– Olar, – deyə o cavab verdi, – onda iĢdən sonra
görüĢək. Kahuenqa Bulvarındakı o barda, “Tülkü Yuvası”
barında görüĢə bilərik. O barın harda olduğunu bilirsinizmi?
– Hə, bilirəm.
– Onda saat təxminən 6-da orada görüĢərik...
Ora getdim və maĢını “Tülkü Yuvası” barının
yaxınlığında saxladım. Bir siqaret alıĢdırdım və bir müddət
maĢından düĢməyərək oturdum. Sonra maĢından düĢdüm və
bara daxil oldum. Görəsən onlardan hansı Valensiyadır?
Orada eləcə dayanmıĢdım. Heç kim mənə yaxınlaĢıb bir söz
demirdi. Barın piĢtaxtasına yaxınlaĢıb özüm üçün ikiqat
araq-7 sifariĢ etdim. Və elə həmin an kiminsə məni
səslədiyini eĢitdim:
– Henri?
– Dönüb ərafıma baxdım, kabinələrin birində sarıĢın bir
qadın yalnız oturmuĢdu. Ġçkimi də götürüb ona tərəf getdim
və içəri girərək oturdum. Onun təxminən 38 yaĢı olardı.
Qədd-qamətli görünmürdü. Saçlarına artıq dən düĢməyə
baĢlamıĢdı və bir qədər də artıq çəkisi vardı. DöĢləri çox iri
olsa da, yıpranaraq sallanmıĢdılar. SarıĢın saçları qısa
www.vivo-book.com
651
kəsilmiĢdi. Üz-gözünə qalın ənlik qatı yaxmıĢdı. Çox
yorğun görünürdü. Onun əynində Ģalvar, kofta və çəkmələr
vardı. Solğun mavi gözlər. Hər qoluna çoxlu sayda bilərzik
taxmıĢdı. Bəlkə də nə vaxtsa çox gözəl olmuĢdu. Amma
üzünə baxanda onun nə vaxtsa gözəl olduğunu
aydınlaĢdırmaq çətin görünürdü. Bu, həqiqətən də
lənətlənmiĢ, acınacaqlı bir gün idi, – o dedi. – Götüm çıxana
qədər makinada yazı yazmıĢam.
– Onda bəlkə bu görüĢü özünüzü yaxĢı hiss edəcəyiniz
baĢqa bir axĢama saxlayaq, – mən dedim.
– Ah, zibilə qalsın, yox, hər Ģey qaydasındadır. Bir
qədəh də içəndən sonra turp kimi olacam.
Valensiya əli ilə ofisianta iĢarə etdi.
– Bir qədəh də Ģərab gətirin.
O, ağ Ģərab içirdi.
– Hə, yazılarınız necə gedir? – deyə məndən soruĢdu. –
Yeni kitablarınız çıxıbmı?
– Yox, amma bir roman üzərində iĢləyirəm.
– Romanın adı nədir?
– Hələ adını düĢünməmiĢəm.
www.vivo-book.com
652
– Maraqlı roman olacaq?
– Bilmirəm.
Bir müddət heç birimiz danıĢmadıq. Mən öz arağımı
bitirib yenisini sifariĢ etdim. Valensiya sözün hər
mənasında, sadəcə, mənim tipim deyildi. Ondan xoĢum
gəlməmiĢdi. Belə insanlar olur – elə ilk görüĢdəcə onlara
nifrət etməyə baĢlayırsan.
– Mənim iĢlədiyim yerdə bir yapon qız var. Məni iĢdən
qovdura bilmək üçün min oyundan çıxır. Rəisimlə aram çox
yaxĢıdır. Amma bu yapon qancığı günümü qara eləməyə
çalıĢır. Belə getsə, bir gün doğrudan da ayağımı onun götünə
soxmalı olacam.
– Bəs siz özünüz haralısınız?
– Çikaqodanam.
– Çokaqodan heç xoĢum gəlmir, – mən dedim.
– Amma mənim çox xoĢuma gəlir.
Mən öz içkimi bitirdim, o da öz içkisini. Valensiya öz
hesab çekini masanın üstü ilə mənə tərəf sürüĢdürdü.
– Bu hesabı ödəməyə etiraz etməzsiniz ki? Krevet
salatı da yemiĢəm.
www.vivo-book.com
653
MaĢının qapısını açmaq üçün cibimdən açarları
çıxardım.
– Bu sizin maĢınınızdır?
– Bəli.
– Siz mənim belə sınıq-salxaq maĢında yol gedəcəyimi
zənn edirsiniz?
– Bura baxın, əgər bu maĢına minmək istəmirsinizsə,
onda minməyin.
Valensiya maĢına oturdu. Biz yerimizdən təzəcə
tərpənmiĢdik ki, o, çantasından öz güzgüsünü çıxarıb üz-
gözünün makiyajını təzələməyə baĢladı. Həmin bar mənin
evimdən elə də uzaq deyildi. MaĢını saxladım.
Evə girən kimi o dedi:
Bura lap zibillikdir ki. Gərək buranı qaydasına salmaq
üçün bir adam çağırasınız.
Mən bir araq və 7-UP ĢüĢəsi çıxardım və iki qədəh içki
süzdüm. Valensiya çəkmələrini soyundu.
– Bəs yazı makinanız hardadır?
– Mətbəxdəki masanın üstündə.
www.vivo-book.com
654
– Sizin yazı masanız yoxdur? Mən düĢünürdüm ki,
bütün yazıçıların yazı masaları olur.
– Bəzi yazarların heç mətbəx masaları da olmur.
– Siz evli olmusunuzmu?
– Bir dəfə.
– Bəs nə baĢ verdi?
– Biz bir-birimizə nifrət eləməyə baĢlamıĢdıq.
– Mən dörd dəfə ərdə olmuĢam. Hələ də öz keçmiĢ
ərlərim ilə görüĢürəm. Biz dostluğumuzu davam etdiririk.
– Hə, içkinizi için.
– Bir az əsəbi görünürsünüz, – Valensiya dedi.
– Mən qaydasındayam.
Valensiya öz içkisini bitirdi, sonra isə divana uzandı və
baĢını düzlərimin üstünə qoydu. Mən onun saçlarını
sığallamağa baĢladım. Ona bir qədəh də içki süzəndən sonra
yenə onun saçlarını sığallamağa davam etdim. Mən onun
koftasının yaxalığından döĢlərini görə bilirdim. Onun
üzərinə əyildim və dodaqlarımı ağzına dayayaraq ona çox
uzun bir öpüĢ bəxĢ etdim. Onun dili oynamağa baĢladı, gah
ağzıma girir, gah da çıxırdı. Ondan zəhləm gedirdi. Sikim
www.vivo-book.com
655
yavaĢ-yavaĢ qalxmağa baĢladı. Biz yenə öpüĢdük və mən öz
əlimi onun koftasının yaxasına uzatdım.
– Sizinlə nə vaxtsa görüĢəcəyimizi bilirdim, – o dedi.
Onu bir də öpdüm, amma bu dəfə vəhĢi kimi.
Valensiya mənim bərkimiĢ Ģeyimin baĢına dirəndiyini hiss
etdi.
– Ey! –dedi.
– BoĢ Ģeydi, fikir vermə, – mən söylədim.
– Yaman da boĢ Ģeydi, – o dedi. – Sən neyləmək
fikrindəsən?
– Bilmirəm...
– Mən isə bilirəm.
Valensiya divandan duraraq vanna otağına getdi.
Vanna otağından geri qayıdanda, artıq onun əynində
paltarları yox idi. Odeyalın altına girdi. Mən bir qədəh də
içib əynimi soyundum və çarpayıya girdim. Onun üstündən
odeyalı aĢağı çəkdim. Necə də nəhəng döĢlər idi. Elə bil
onun bədəninin yarısı ancaq döĢlərdən ibarət idi. Mən əlimlə
bu döĢlərdən birisini tutaraq var gücümlə sıxdım və onun
məməsini əmməyə baĢladım. Məmə bərkimirdi. Sonra o
Dostları ilə paylaş: |