Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə119/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   115   116   117   118   119   120   121   122   ...   136

www.vivo-book.com 

 

630 



idi.  Sonra  tuflini  yenə  yerə  qoydum.  Ayris  üzündə  həmin 

təbəssümlə hamamxanadan çıxanda, Ģeyim boĢaldı. 



 

 

96 

Bundan  sonra  onun  mənim  evimdə  qonaq  qaldığı  vaxt 

ərzində elə də çox Ģey baĢ vermədi. Biz yedik, içdik, bir də 

sikiĢdik.  Aramızda  mübahisələr  heç  olmadı.  Biz  dəniz 

kənarında  maĢınla  uzun-uzadı  gəzintilərə  çıxır,  oradakı 

kafelərdə  dəniz  məhsullarından  hazırlanan  yeməklər 

yeyirdik. Yazılarım haqqında heç narahat olmurdum. Bəzən 

elə  anlar  olur  ki,  yazı  makinasından  uzaq  dursan  yaxĢıdır. 

YaxĢı  yazıçı  nə  vaxt  yazmamalı  olduğunu  çox  gözəl  bilir. 

Makinada  hamı  nəsə  çap  edə  bilər.  Mən  heç  də  yaxĢı 

makinaçı  olduğumu  iddia  eləmirəm;  üstəlik  nə  sözlərin 

düzgün  yazılıĢını,  nə  də  qrammatikanı  bilirəm.  Amma  nə 

zaman  yazmağı  dayandırmalı  olduğumu  yaxĢı  bilirəm.  Bu 

da  sikiĢmək  kimi  bir  Ģeydir.  Ara-sıra  Tanrıya  da  istirahət 

verməlisən. VaxtaĢırı mənə məktublar yazan Cimmi ġannon 

adında  köhnə  bir  dostum  vardı.  O  ildə  6  roman  yazırdı, 




www.vivo-book.com 

 

631 



hamısı  da  insest  haqqında.  Onun  ac  qalmasında  təəccüblü 

heç nə yox idi. Mənim də problemim vardı: öz sikimə, yazı 

makinamın tanrısına verdiyim kimi, istirahət verə bilmirdim. 

Bunun  səbəbi  qadınların  sənin  yanına sürü  ilə  gəlmələrində 

idi.  Və  ona  görə  də,  baĢqa  birisinin  tanrısı  iĢə  qarıĢana 

qədər,  onlardan,  mümkün  olduqca,  daha  çox  istifadə 

etməliydin.  Məncə,  on  il  ərzində  öz  yazılarıma  ara 

verməyim  həyatımda  baĢıma  gələn  ən  xoĢbəxt  hadisələrdən 

bir idi (DüĢünürəm ki, bəzi tənqidçilər isə bunun oxucuların 

həyatımda onların baĢıma gələn ən xoĢbəxt hadisə olduğunu 

da  iddia  edə  bilərdilər).  Hər  iki  tərəf  üçün  on  illik  bir 

istirahət.  Görəsən  içkini  on  il  müddətinə  atsaydım,  nə  baĢ 

verərdi?  

Ayris  Düartı  yenidən  təyyarəyə  mindirməyin  vaxtı 

gəlib çatdı. Bu, səhər reysi olduğundan, mənim üçün bir az 

çətinlik  yaradırdı.  Mən  yuxudan  günortalar  ayılmağa  adət 

etmiĢdim: bu, içki xumarlığına qarĢı yaxĢı əlac idi və mənim 

ömrümə  beĢ  il  də  əlavə  edə  bilərdi.  Onu  Los-Anceles 

Beynəlxalq Hava Limanına apararkən içimdə qətiyyən kədər 

hiss  etmirdim.  Seks  əla  idi;  bir  az  da  gülüb  əylənmiĢdik. 




www.vivo-book.com 

 

632 



Bundan  daha  mədəni  vaxt  keçirdiyimi  xatırlaya  bilmirdim, 

Heç birimiz heç nə tələb etməsək də, bununla belə, aramızda 

səmimiyyət 

və 


mehribanlıq  vardı.  BaĢ  verənlərdə 

duyğularımız  da  yox  deyildi,  bir  ölü  ət  o  biri  ölü  ət  ilə 

cütləĢirdi.  Mən  belə  münasibətlərə  nifrət  edirdim  –  seksin 

Los-Anceles, Hollivud, Bel  Eyer, Malibu,  Laquna  Biç kimi 

növlərinə. GörüĢəndə də, ayrılanda da bir-birinə yad olmaq 

–  bir-birini  tanımadan  masturbasiya  edən  bədənlərlə  dolu 

idman  zalları.  Mənəviyyatı  olmayan  insanlar  çox  vaxt 

özlərini daha azad hesab edirdilər. Amma onların əksəriyyəti 

duyğulanmaq  və  ya  sevgi  hissini  yaĢamaq  qabiliyyətindən 

məhrum  varlıqlardılar.  Ona  görə  də  onlar  svingerlərə 

çevrilirdilər. Bir ölü baĢqa bir ölünü sikir. Onların oyununda 

nə bir ehtiras, nə də yumor var – sadəcə, bir cəsəd baĢqa bir 

cəsədi  sikirdi.  Mənəviyyat  insanları  bəzi  Ģeyləri  etməkdən 

çəkindirir. Çünki o, həqiqətən əsrlərdən bəri toplanmıĢ insan 

təcrübəsinə  əsaslanır.  Bəzi  əxlaqı  dəyərlər  insanları 

fabriklərdə  və  kilsələrdə  qul  olmağa,  bəziləri  isə  dövlətə 

sədaqətli  olmağa  sövq  edir.  Digər  mənəvi  dəyərlərdə  isə 

müdrik mənalar mövcuddur. Zəhərli və yeməli meyvələr ilə 




www.vivo-book.com 

 

633 



dolu  olan  bir  baxça  kimi.  Onlardan  hansının  yeməli, 

hansınınsa  boĢ  buraxılmalı  olduğunu  necə  seçməyin 

yollarını bilmək lazımdır. 

Mənim  Ayris  ilə  yaĢadığım  təcrübə  valehedici  və 

məmnunedici  olmuĢdu.  Baxmayaraq  ki,  nə  mən  ona  aĢıq 

idim,  nə  də  o  mənə.  Bir  insanın  qayğısına  qalmaq  onun 

qayğısına  qalmamaqdan  daha  asandır.  Mən  insanların 

qayğısına  qalırdım.  Biz  maĢın  duracağının  yuxarı 

rampasında folksvagenin içində oturmuĢduq. Bizim hələ bir 

az boĢ vaxtımız vardı. Radionu qoĢdum. Brams. 

–  Səni  bir  də  görə  biləcəyəmmi?  –  deyə  ondan 

soruĢdum. 

– Məncə, yox. 

– Barda nəsə içmək istiyirsənmi? 

– Sən məni lap əyyaĢ eləmisən, Henk. Elə zəifləmiĢəm, 

güclə yeriyirəm.  

– Bunun səbəbi yalnız spirtli içkidirmi? 

– Yox. 


– Onda gedək içməyə. 


www.vivo-book.com 

 

634 



–  Ġçmək,  içmək,  içmək!  DüĢünə  bildiyin  Ģey  yalnız 

budurmu? 

– Yox, amma indikinə bənzər məkanlardan rahat keçə 

bilmək üçün bu yaxĢı üsuldur. 

– Sən qarĢına çıxan Ģeylərlə üzləĢə bilmirsənmi? 

– Bilirəm, amma üzləĢməməyə üstünlük verirəm. 

– Buna eskapizm

10

 deyirlər. 



–  Hər  Ģey  eskapizmdir:  qolf  oynamaq,  yatmaq,  qida 

qəbul  eləmək,  piyada  gəzmək,  mübahisə  eləmək,  qaçmaq, 

nəfəs almaq, sikiĢmək... 

– SikiĢmək? 

– Bax, əzizim, biz lap məktəbli uĢaqlar kimi danıĢırıq. 

YaxĢısı budur, gəl səni təyyarəyə mindirək. 

Söhbətimiz  yaxĢı  alınmırdı.  Onu  öpmək  istəsəm  da, 

özünü  təmkinlə  aparmasını  hiss  etdim.  Elə  bil  divar  idi. 

Məncə, Ayris özünü yaxĢı hiss etmirdi, elə mən özüm də. 

–  Hə,  yaxĢı,  –  o  dedi,  biz  indi  qeydiyyatdan  keçərik, 

sən  gedib  öz  içkimi  içərsən.  Sonra  isə  mən  həmiĢəlik  uçub 

                                                 

10

Həyat reallıqlarından qaçmaq



 


Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə