Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

əvvəl, işin prokurora ötürüldüyü haqqında məlumatlandırılmağı gözləyirdi). 



197.  Ərizəçi  öz  ölkəsində  ədalət  mühakiməsindən  qaçıb  gizləndiyi  müddətə  istinad  edə 

bilməz. Təqsirləndirilən şəxs hüququn aliliyi prinsipinə riayət edən Dövlətdən qaçırsa, hesab 

oluna bilər ki, qaçdıqdan sonra onun məhkəmə icraatının müddətinin ağlabatan olmamasından 

şikayət etmək hüququ yoxdur, lakin onun bu prezumpsiyaya qarşı yetərli səbəb göstərdiyi hal 

istisna təşkil edir (

Vayiç Türkiyəyə qarşı

§ 44). 


198.  Müvafiq  hakimiyyət  orqanlarının  davranışı. 6-cı  Maddənin  1-ci  bəndi  İştirakçı 

Dövlətlər üzərinə məhkəmə sistemlərini bu maddənin tələblərinə cavab verə biləcəyi şəkildə 

təşkil etmək vəzifəsi qoyur (

Abdoella Niderlanda qarşı

, § 24; 


Dobbertin Fransaya qarşı

, § 


44). 

199.  Müvəqqəti  olaraq  çoxsaylı  həll  edilməmiş  işin  toplanması,  bu  müstəsna  vəziyyətin 

tənzimlənməsi  üçün  zəruri  operativliklə  düzəliş  tədbirləri  görmüş  olduğu  halda  İştirakçı 

Dövlətlərin məsuliyyətini yaratmasa da (



Milasi İtaliyaya qarşı

, § 18; 


Baggeta İtaliyaya qarşı

§  23),  Məhkəmə  hakimiyyət  orqanları  tərəfindən  istinad  edilən  ağır  iş  yükünü  və  bu 



məsələnin həll olunması üçün görülən müxtəlif tədbirləri nadir hallarda həlledici əhəmiyyətli 

hesab edir (



Ekle Almaniyaya qarşı

, § 92). 

200.  Məhkəmə  icraatının  müddətinin  ağlabatanlığı  qiymətləndirilən  zaman  ərizəçi 

üçün hansı nəticədən söhbət getdiyi nəzərə alınmalıdır. Məsələn, ilkin istintaq müddətində 

həbs  olunma  halında  bu  amil  ittihamın  ağlabatan  müddətdə  irəli  sürülüb-sürülmədiyinin 

qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır (

Abdoella Niderlanda qarşı

, § 24: bu məhkəmə 

işində  sənədlərin  Ali  Məhkəməyə  göndərilməsi  üçün  tələb  olunan  vaxt  iki  halda  məhkəmə 

işinin baxılmasına sərf olunan əlli iki ayın iyirmi birini əhatə etmişdir. Məhkəmə qət etmişdir 

ki,  xüsusən  təqsirləndirilən  şəxs  həbsdədirsə,  belə  uzun  qeyri-fəallıq  müddətləri  qəbul 

edilməzdir).  

 

(

C

)

 

Bir neçə nümunə 

1.  Ağlabatan müddət aşılıb 

–  cəlb  olunmuş  şəxslərin  sayı  (35)  xaricində  hər  hansı  xüsusi  mürəkkəblik  olmadan, 

hakimiyyət  orqanları  tərəfindən  iğtişaş  dövründən  sonra  məhkəmənin  müstəsna  iş 

yükünün tənzimlənməsi üçün görülən tədbirlərə baxmayaraq 9 il 7 ay (



Milasi İtaliyaya 

qarşı

, §§ 14-20). 

–  regionda siyasi problemlər zamanı və məhkəmələrin ifrat iş yükü şəraitində 13 il və 4 

ay,  Dövlət  məhkəmələrin  iş  şəraitinin  təkmilləşdirilməsi  üçün  problemlərin 

yaranmasından illər sonra səy göstərmişdir (

Baggetta İtaliyaya qarşı

, §§ 20-25). 

–  hökmün verilməsi və onun tam mətninin hakim tərəfindən hazırlanması arasındakı 33 

ay daxil olmaqla və heç bir adekvat intizam tədbiri görülmədən 5 il 5 ay və 18 gün (



B. 

Avstriyaya qarşı

, §§ 48-55). 

–  5 il və 11 ay, dindirilməli olan şəxslərin sayı, ağırlaşdırıcı hallarla mənimsəmə işində 

yoxlanmalı olan sənədlərin texniki xarakteri ilə bağlı mürəkkəbliyə malik iş, lakin bu, 

istintaqın  beş  il  iki  ay  çəkməsinə  bəraət  qazandıra  bilməzdi;  həmçinin  hakimiyyət 

orqanlarının  təqsiri  ucbatından  bir  neçə  qeyri-fəallıq  dövrü  olmuşdur.  Beləliklə, 

məhkəmə  icraatının  müddəti  ağlabatan  görünsə  də,  istintaqın  lazımi  ciddi-cəhdlə 

aparıldığını demək olmaz (



Ruy Fransaya qarşı

, § 29). 

–  12  il,  7  ay  və  10  gün,  xüsusi  mürəkkəblik  və  ya  ərizəçi  tərəfindən  icraatın 

yubadılmasına  hesablanmış  taktika  olmadan,  lakin  inzibati  məhkəməyə  şikayətin 

təqdim  olunması  ilə  vergi  orqanlarının  ilkin  bəyanatının  alınması  arasında  iki  il 

doqquz aydan artıq müddət daxil olmaqla (



Clinique Mozart SARL Fransaya qarşı

, §§ 


34-36). 

2.  Ağlabatan müddət aşılmayıb 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

35 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

–  5  il  və  2  ay,  bir-birilə  əlaqəli  fırıldaqçılıq  və  saxta  müflislik  işləri  ilə  əlaqədar 



mürəkkəblik, ərizəçinin yalnız azadlığa buraxılmaq üçün deyil, həm də əksər aidiyyəti 

hakimlərdən imtina və məhkəmə icraatının başqa yursidiksiyalara ötürülməsi məqsədi 

ilə ünvanladığı saysız sorğu və şikayətlər (

Rinqeysen Avstriyaya qarşı

, § 110). 

–  7  il  və  4  ay:  ittihamın  irəli  sürülməsindən  sonra  bəraət  və  ya  ittiham  hökmü 

verilmədən  yeddi  ildən  çox  müddətin  keçməsi  faktı,  sözsüz  ki,  müstəsna  dərəcədə 

uzun  müddətdən  xəbər  verirdi  və  əksər  hallarda  ağlabatan  müddəti  aşmış  hesab 

olunmalı  idi;  bundan  əlavə,  15  ay  hakim  çoxsaylı  təqsirləndirilən  şəxsdən  və  ya 

şahiddən heç birini dindirməmiş, yaxud hər hansı başqa vəzifəni yerinə yetirməmişdi; 

lakin  məhkəmə  işi  xüsusi  ilə  mürəkkəb  idi  (cəlb  olunmuş  şəxslərin  və  ittihamların 

sayı, xaricdən hüquqi yardımın alınması sorğularının yerinə yetirilməsi ilə bağlı xüsusi 

çətinliklər yaradan beynəlxalq aspekt) (



Neymester Avstriyaya qarşı

, § 21). 

 

III.  XÜSUSİ TƏMİNATLAR 

A. Təqsirsizlik presumpsiyası 

Maddə 6 § 2 

"Cinayət törətməkdə ittiham olunan hər kəs təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir." 

 

(1) Sübutetmə yükü 

201.  Təqsirsizlik  prezumpsiyası  prinsipi  o  cümlədən,  məhkəmə  üzvlərindən  vəzifələrini 

yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön 

mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər 

hansı  şübhə  təqsirləndirilən  şəxsin  xeyrinə  həll  edilməlidir.  Təqsirləndirilən  şəxsin 

müdafiəsini  müvafiq  qaydada  hazırlaması  və  təqdim  edə  bilməsi  üçün  ittiham  tərəfi  onu 

məhkəmə  işi  barədə  məlumatlandırmalı  və  onun  mühakimı  olunması  üçün  yetərli  sübut 

təqdim  etməlidir  (

Barbera,  Messegi  və  Cabardo  İspaniyaya  qarşı

,  §  77; 



Yanoseviç  İsveçə 

qarşı

,  §  97).  Sübutetmə  yükünün  ittiham  tərəfindən  müdafiə  tərəfinə  ötürülməsi  halında 

təqsirsizlik prezumpsiyası pozulur (

Telfner Avstriyaya 

qarşı, § 15). Sübütetmə yükü məhkəmə 

işinə xitam verilməsi barədə yekun qərardan sonra zərərin ödənməsi üzrə məhkəmə işində də 

tərsinə çevrilə bilməz (



Kapo  Belçikaya qarşı

, § 25). 

202.  Cinayət məsuliyyətindən azad olunma eyni faktlar əsasında kompensasiya ödənişi ilə 

bağlı  mülki  məsuliyyətin  müəyyən  olunmasında  daha  yüngül  sübutetmə  yükünün  tətbiqinə 

mane olmur (

Rinqvold  Norveçə qarşı

, § 38; 


Y  Norveçə qarşı

, § 41; 


Lundkvist İsveçə qarşı

 

(qər.)). 



 

(2) Fakt və hüquq prezumpsiyaları 

203.  Hər hansı şəxsin cinayət işində təqsirsizlik prezumpsiyası və ittiham tərəfindən ona 

qarşı  irəli  sürülmüş  ittihamları  sübut  etmə  yükünü  daşımasını  tələb  etmək  hüququ  mütləq 

deyil, belə ki, fakt və hüquq prezumpsiyası hər bir cinayət hüququ sistemində keçərlidir və 

prinsip  etibarilə  Konvensiya  tərəfindən  qadağan  olunmur  (

Falk  Niderlanda  qarşı

  (qər.) 

avtomobilin  qeydiyyatda  olan  sahibi  üzərinə,  yol  hərəkəti  qaydasının  pozulması  zamanı 

faktiki  olaraq  avtomobili  idarə  etməsə  də,  cərimənin  təyin  edilməsi).  Xüsusən  İştirakçı 

Dövlətlər müəyyən şərtlər daxilində cinayətkar niyyət və ya ehtiyatsızlıqdan irəli gəlməsindən 

asılı  olmayaraq  adi  və  ya  obyektiv  fakta  görə  cəza  təyin  edə  bilərlər  (



Salabiaku  Fransaya 

qarşı

, § 27, narkotik maddələrin saxlanması ilə bağlı qaçaqmalçılığa görə cinayət məsuliyyəti 

36

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə