Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

göstərməlidirlər  (



Karpenko   Rusiyaya  qarşı

,  § 62; 



Damir  Sibqatulin  Rusiyaya  qarşı

,  § 51; 



Pello Estoniyaya qarşı

, § 35; 


Bonev Bolqarıstana qarşı

, § 43). 

309.  Lakin,  impossibilium  nulla  est  obligatio  (mümkün  olmayan  öhdəlik  hesab  oluna 

bilməz)  prinsipinə  uyğun  olaraq,  hakimiyyət  orqanlarının  təqsirləndirilən  şəxsə  sözügedən 

şahidləri dindirmək imkanı yaratmaq üçün lazımi səy nümayiş etdirməməkdə günahlandırıla 

bilmədiyi  hallarda,  şahidlərin  əlçatan  olmaması  öz-özlüyündə  cinayət  təqibinin 

dayandırılmasını  zəruri  etmir  (

Qossa  Polşaya  qarşı

,  §  55; 



Haas  Almaniyaya  qarşı

  (qər.); 



Kalabro  İtaliya və Almaniyaya qarşı

 (qər.); 



Ubak Mortes Andorraya qarşı

 (qər.)). 



(3) Şahidin dinlənilməsindən imtinanın səbəblərinin göstərilməsi vəzifəsi 

310.  Təqdim  olunan  sübutun  müvafiqliyi  haqqında  rəy  bildirmək  Məhkəmənin 

funksiyasına  daxil  olmasa  da,  şahidin  dindirilməsindən  və  ya  çağırılmasından  imtinanın 

əsaslandırılmaması müdafiə hüquqlarının məhdudlaşdırılmasına bərabər tutula bilər ki, bu da 

ədalətli məhkəmə araşdırması təminatlarına ziddir (bax: 

Popov Rusiyaya qarşı

, § 188; 



Bokos-

Kuesta Niderlanda qarşı

, § 72; 


Vierzbiki Polşaya qarşı

, § 45; 


Vidal Belçikaya qarşı

, § 34). 



(4) Məhkəmədə təqdim olunmamış şahid ifadələrinə istinad 

311.  Müəyyən  hallarda  istintaq  mərhələsində  verilmiş  şahid  ifadələrinə  istinad  etmək 

zəruri ola bilər (

Luka İtaliyaya qarşı

, § 40), məsələn, şahid vəfat etdikdə (



Mika İsveçə qarşı

 

(qər.),  §  37; 



Ferrantelli  və  Santangelo  İtaliyaya  qarşı

,  §  52),  yaxud  susmaq  hüququndan 

istifadə  etdikdə  (

Vidgen  Niderlanda  qarşı

,  §  47; 



Sofri  və  başqaları  İtaliyaya  qarşı

  (qər.); 



Kraksi  İtaliyaya  qarşı  (№  1)

§  86),  yaxud  hakimiyyət  orqanlarının  şahidin  iştirakını  təmin 

etmək üçün sərf etdiyi ağlabatan səylər nəticə vermədikdə (

Mirilaşvili Rusiyaya qarşı

, § 217). 

312.  Şahidin məhkəmədə iştirak etməməsinin müdafiə hüququna nə dərəcədə mənfi təsir 

etdiyi  nəzərə  alınmaqla,  şahid  məhkəmə  icraatının  hər  hansı  əvvəlki  mərhələsində 

dindirilməyibsə, canlı ifadənin əvəzinə yazılı şahid ifadəsinin qəbuluna icazənin verilməsinə 

sonuncu  tədbir  kimi  müraciət  olunmalıdır  (



Əl-Kavaya  və  Taheri  Birləşmiş  Krallığa  qarşı

 

[BP], § 125). 



313. Müdafiə  hüquqlarına  Konvensiyanın  bir  qayda  olaraq  tələb  etdiyi  dərəcədə  təminat 

verilə bilmədiyi şəraitdə əldə edilmiş şahid ifadələri ehtiyatla nəzərdən keçirilməlidir  (



S.N. 

İsveçə qarşı

, § 53; 


Dorson Niderlanda qarşı

, § 76). 

314.  Şahid  üzrlü  səbəbdən  hər  iki  tərəfin  dindirməsi  üçün  əlçatan  olmadıqda,  milli 

məhkəmə  başqa  sübutlarla  təsdiq  olunması  şərtilə  məhkəmədən  əvvəlki  mərhələdə  verilmiş 

ifadəni  nəzərə  ala  bilər  (

Mirilaşvili  Rusiyaya  qarşı

,  §  217; 



Şeper  Niderlanda  qarşı

  (qər.); 



Kalabro İtaliya və Almaniyaya qarşı

 (qər.); 



Ferrantelli və Santangelo İtaliyaya qarşı

, § 52). 

315.  6-cı Maddənin 3 (d) yarımbəndi məhkəmədən əvvəl ifadə verilmiş şahidlərin çarpaz 

dindirilməsi  imkanının  təmin  edilməsini  yalnız  o  zaman    tələb  edir  ki,  bu  ifadə  ittihamın 

müəyyən olunmasında  yeganə və  ya həlledici rola malik olsun (bax: 

Kok Niderlanda qarşı

 

(qər.); 



Krasniki Çex Respublikasına qarşı

, § 79). 

316.  Təqsirləndirilən  şəxsə  qarşı  yeganə  və  ya  həlledici  sübut  başqasının  sözlərinə 

əsaslanan  ifadədən  ibarət  olsa  belə,  onun  sübut  kimi  qəbul  olunması  avtomatik  olaraq  6-cı 

Maddənin  1-ci  bəndinin  pozulması  ilə  nəticələnmir.  Lakin,  ittihamın  yeganə  və  həlledici 

dərəcədə  məhkəmədə  iştirak  etməyən  şahidin  ifadəsinə  əsaslanması  faktı  ölçülüb-biçilməli 

olan və yetərli balanslaşdırma, o cümlədən güclü prosessual təminatlarin mövcudluğunu tələb 

edən  çox  mühüm  amildir.  Hər  bir  məhkəmə  işində  sual  bundan  ibarət  olur  ki,  yetəri  qədər 

balanslaşdırıcı amil, o cümlədən sübutun etibarlılığını düzgün və ədalətli qiymətləndirməyə 

imkan  verən  tədbirlər  mövcud  olubmu.  İttihamın  belə  sübuta  əsaslanmasına,  məhkəmə  işi 

üçün  əhəmiyyəti  nəzərə  alınan  həmin  sübut  kifayət  qədər  etibarlı  olduqda  icazə  verilir  (

Əl 

Kavaya və Taheri Birləşmiş Krallığa qarşı

[BP], § 147). 

(5) Anonim şahidlər 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

51 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

317.  Şahidlərin  anonimliyinin  qorunması  və  ya  iştirak  etməməsi  zamanı  yaranan 



problemlər  fərqli  olsa  da,  bu  iki  vəziyyət  də  təqsirləndirilən  şəxsi  potensial  olaraq  qeyri-

əlverişli mövqeyə məhkum etdiyindən aralarında prinsipial fərq yoxdur. Əsas prinsip bundan 

ibarətdir ki, cinayət işi üzrə məhkəmə icraatında təqsirləndirilən şəxs ona qarşı təqdim edilmiş 

sübutlara  səmərəli  şəkildə  etiraz  etmək  imkanına  malik  olmalıdır  (



Əl  Kavaya  və  Tahiri 

Birləşmiş Krallığa qarşı

 [BP], §127). 

318.  Anonim şahidlərin ifadələrinin ittiham hökmü üçün əsas kimi istifadə olunması heç 

də  bütün  hallarda  Konvensiyanın  müddəalarının  pozulmasına  gətirib  çıxarmır  (



Dorson 

Niderlanda  qarşı

,  §  69; 



Van  Mexelen  və  başqaları  Niderlanda  qarşı

,  §  52; 



Krasniki  Çex 

Respublikasına qarşı

, §76). 


319.  6-cı Maddə şahidlərin maraqlarının nəzərə alınmasını aydın şəkildə tələb etməsə də, 

onların  həyatı,  azadlığı  və  ya  şəxsi  təhlükəsizliyi,  eləcə  də  Konvensiyanın  8-ci  Maddəsinin 

tətbiq dairəsinə daxil olan maraqları təhlükə altında ola bilər. İştirakçı Dövlətlər cinayət işləri 

üzrə məhkəmə icraatlarını şahidlərin maraqlarını yersiz təhlükəyə məruz qoymayacaq şəkildə 

təşkil  etməlidirlər.  Beləliklə,  ədalətli  məhkəmə  icraatı  prinsipləri  tələb  edir  ki,  müvafiq 

hallarda ifadə vermək üçün çağırılmış müdafiə tərəfinin və şahidlərin və ya zərərçəkənlərin 

maraqlarının tarazlığı gözlənilsin (

Dorson Niderlanda qarşı

, § 70; 


Van Mexelen və başqaları 

Niderlanda qarşı

, § 53). 

320.  Milli  hakimiyyət  orqanları  bəzi  şahidlərin  şəxsiyyətinin  gizli  saxlanılmasının 

zəruriliyini əsaslandırmalıdırlar (



Dorson Niderlanda qarşı

, § 71; 


Visser Niderlanda qarşı

, § 


47; 

Sapunaresku  Almaniyaya qarşı

 (qər.); 



Celili Almaniyaya  Almaniyaya qarşı

 (qər.)). 

321.  İttiham tərəfinin şahidlərinin anonimliyi qorunduğu halda, müdafiə tərəfi, bir qayda 

olaraq  cinayət  işləri  üzrə  məhkəmə  icraatlarında  meydana  çıxmayan  çətinliklərlə  üzləşir. 

Müdafiə  tərəfi  üçün  belə  çətinliklər  meydana  çıxdıqda,  məhkəmə  orqanları  onları  müvafiq 

prosedurlarla  kompensasiya  etməlidir  (



Dorson  Niderlanda  qarşı

,  §  72; 



Van  Mexelen  və 

başqaları Niderlanda qarşı

, § 54; 


Haas Almaniyaya qarşı

 (qər.)). 

322.  Xüsusilə,  ərizəçiyə  anonim  şahidlərin  etibarlılığının  yoxlanılması  qadağan 

edilməməlidir  (



Birutis  və  başqaları   Litvaya  qarşı

,  § 29; 



Van  Mexelen  və  başqaları 

Niderlanda qarşı

, §§ 59 və 62; 



Kostovski Niderlanda qarşı

, § 42). 

323.  Bundan  əlavə,  anonim  şahidlərin  dindirilməsi  prosedurunun  təqdim  etdiyi 

təminatların yetərliliyinin qiymətləndirilməsi zamanı müdafiə tərəfinə yaradılmış çətinliklərin 

tarazlaşdırılması  üçün  anonim  şahidlərin  ifadələrinin  ərizəçinin  ittihamı  üçün  nə  dərəcədə 

həlledici əhəmiyyətə malik olduğu lazımi qaydada nəzərə alınmalıdır. Bu şahid ifadələri heç 

bir dərəcədə həlledici olmadıqda, müdafiə tərəfi  daha az çətinliklə üzləşir (

Kok Niderlanda 

qarşı

 (qər.); 



Krasniki Çex Respublikasına qarşı

, § 79). 



(6) Cinsi xarakterli işlər üzrə şahidlər 

324.  Cinsi  zəmində  cinayətlər  ilə  bağlı  işlər  üzrə  məhkəmə  icraatları  adətən  zərərçəkən 

üçün, xüsusilə o, təqsirləndirilən şəxslə üzləşmək məcburiyyətində qaldıqda ağır sınaq hesab 

edilir. Bu xüsusiyyətlər yetkinlik yaşına çatmayan şəxslərin cəlb olunduğu işlərdə daha çox 

nəzərə çarpır. Təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə icraatının baş tutması məsələsi 

qiymətləndirilərkən  iddia  edilən  zərərçəkənin  şəxsi  həyatına  hörmət  hüququ  nəzərə 

alınmalıdır. Bu səbəbdən, cinsi istismar ilə bağlı işlər üzrə məhkəmə icraatlarında zərərçəkmiş 

şəxsin  müdafiəsi  məqsədilə  müəyyən  tədbirlər  görülə  bilər,  bir  şərtlə  ki,  bu  cür  tədbirlər 

müdafiə tərəfinin hüquqlarını lazımi şəkildə və səmərəli həyata keçirməsi üçün tarazlaşdırıla 

bilsin.  Müdafiə  tərəfinin  hüquqlarının  təmin  edilməsi  zamanı  məhkəmə  orqanlarından 

müdafiə  tərəfinin  üzləşdiyi  çətinlikləri  tarazlaşdıran  tədbirlərin  görülməsi  tələb  oluna  bilər 

(

Aiqner  Avstriyaya  qarşı

,  §  37; 

D.  Finlandiyaya  qarşı

,  § 43; 



F.  və  M.  Finlandiyaya  qarşı

§ 58; 



Akkardi  və  başqaları  . İtaliyaya  qarşı

  (qər.); 



S.N.  İsveçə  qarşı

,  § 47; 



Vronçenko 

Estoniyaya qarşı

, § 56). 

325.  Cinsi zəmində cinayətlər ilə bağlı işlər üzrə məhkəmə icraatlarının xüsusiyyətlərini 

nəzərə almaqla, 6-cı Maddənin 3-cü bəndinin (d) yarımbəndinin bütün  təqsirləndirilən şəxsin 

52

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə