Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   25   26   27   28   29   30   31   32   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

342.  Nəticədə təqdim edilmiş tərcüməçi köməyi təqsirləndirilən şəxsin ona qarşı açılmış iş 



barədə  məlumatlı  olmasına  və  məhkəmədə  hadisələri  öz  versiyası  ilə  təqdim  etmək  imkanı 

qazanmaqla özünü müdafiə etməsinə şərait yaratmalıdır (



Kamasinski  Avstriyaya qarşı

, § 74; 


Ermi İtaliyaya qarşı

 [BP], § 70; 



Güngör Almaniyaya qarşı

 (qər.); 



Protopapa Türkiyəyə qarşı

§ 80). 



 

(c) "P

ULSUZ

"

 YARDIM

 

343.  "Pulsuz" köməyin təmin edilməsi öhdəliyi təqsirləndirilən şəxsin vəsaitlərindən asılı 

deyil;  təqsirləndirilən  şəxslər  üçün  tərcüməçi  xidmətləri  Dövlətdən  cinayət  mühakiməsi  

sisteminin  təşkili  üçün  tələb  edilən  vəsaitin  bir  hissəsini  təşkil  edir.  Bununla  belə, 

təqsirləndirilən şəxsdən gəlmədiyi iclasda təmin edilən tərcüməçi xidməti üçün ödəniş alına 

bilər (


Fedel Almaniyaya qarşı

 (qər.)). 

344.  Tərcüməçi  xidmətinin  xərcləri  sonradan  təqsirləndirilən  şəxsdən  tutula  bilməz 

(

Ludike,  Belkasem  və  Koç  Almaniyaya  qarşı

,  §  46).  6-cı  maddənin  3  (e)  bəndinin  milli 

məhkəmələrin  belə  xərcləri  məhkum  olunmuş  şəxsdən  tutmağa  icazə  verən  müddəa  kimi 

oxunması,  bu  hüququn  qeyd  olunan  Maddəyə  müvafiq  olaraq  tətbiq  müddətinin 

məhdudlaşdırılmasına gətirib çıxara bilər (



Ludike, Belkasem və Koç Almaniyaya qarşı

, § 42; 


İşyar Bolqarıstana qarşı

, § 45; 


Öztürk Almaniyaya qarşı

, § 58). 

 

(d) Ş

IFAHI TƏRCÜMƏNIN ŞƏRTLƏRI

 

345. Təqsirləndirilən şəxslərə kömək etmək üçün tərcüməçilərə təqdim edilən üsulla bağlı 

6-cı maddənin 3-cü bəndinin (e) yarımbəndi çərçivəsində hər hansı ətraflı şərtlərin müəyyən 

edilməsi məqsədəuyğun deyil. 6-cı maddənin 1-ci bəndinə əsasən tərcüməçi məhkəmə və ya 

tribunalın tərkib hissəsi deyil və ona qarşı formal müstəqillik və ya bitərəflik tələbi yoxdur. 

Tərcüməçi xidmətləri səmərəli müdafiəyə kömək etməlidir, tərcüməçinin davranışı isə ədalətli 

məhkəmə araşdırmasına mane olmamalıdır (

Usak Birləşmiş Krallığa qarşı

). 


 

(e) P

OZITIV ÖHDƏLIKLƏR

 

346.  Hakim  xüsusilə  vəkildən  ərizəçi  ilə  ünsiyyət  zamanı  yaranan  çətinliklər  barədə 

məlumat  daxil  olduqda,  ərizəçinin  həqiqətən  tərcüməçi  xidmətinə  ehtiyacı  olub-olmadığını 

müəyyənləşdirməlidir. Hakim əmin olmalıdır ki, tərcüməçinin olmaması ərizəçinin iclası tam 

olaraq  başa  düşməsinə  və  iclasda  iştirakına  zərər  vurmayacaq  (

Kuskani  Birləşmiş  Krallığa 

qarşı

, § 38). 

347.  Müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun vəkili tərəfindən həyata 

keçirilməsinə  baxmayaraq  (



Kamasinski  Avstriyaya  qarşı

,  §  65; 



Stenford  Birləşmiş  Krallığa 

qarşı

§ 28), məhkəmənin ədalətliliyinin əsas təminatçısı qismində (digər aspektlərlə yanaşı, 

əcnəbi ərizəçi üçün yazılı və ya şifahi tərcümənin təmin edilməməsi də daxil olmaqla) milli 

məhkəmələr çıxış edirlər (



Kuskani Birləşmiş Krallığa qarşı

, § 39; 


Ermi İtaliyaya qarşı

 [BP], 


§ 72; 

Katriç Fransaya qarşı

, § 44).  

348.  Təqsirləndirilən şəxsin dil bilikləri çox əhəmiyyətli olduğundan, məhkəmə həmçinin 

məhkəmə  iclası  zamanı  istifadə  edilən  dili  kifayət  qədər  yüksək  səviyyədə  bilmənin 

zəruriliyinə münasibətdə, şəxsin ittiham olunduğu cinayətin mahiyyətini və milli hakimiyyət 

orqanlarının  təqsirləndirilən  şəxsə  ünvanladığı    müraciətləri  araşdırmalıdır  (



Ermi  İtaliyaya 

qarşı

  [BP],  §  71; 



Katriç  Fransaya  qarşı

,  §41; 


Şaman  Türkiyəyə  qarşı

,  §30;  müvafiq 



dəyişikliklərlə 

Güngör Almaniyaya qarşı

 (qər.)). 

349.  6-cı  maddənin  3-cü  bəndinin  (e)  yarımbəndinin  təmin  etdiyi  hüququn  səmərəli  və 

praktiki  şəkildə  həyata  keçirilməsi  üçün  səlahiyyətli  orqanlar  təkcə  tərcüməçinin  təyin 

edilməsi ilə kifayətlənməməli, həmçinin müvafiq xəbərdarlıq halında tərcümənin keyfiyyətini 

yoxlamalıdırlar  (



Kamasinski  Avstriyaya  qarşı

,  §  74; 



Ermi  İtaliyaya  qarşı

  [BP]  §70; 



Protopapa Türkiyəyə qarşı

, § 80). 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

55 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

IV.  6-CI MADDƏNİN EKSTRATERRİTORİAL TƏSİR DAİRƏSİ 



350.  Konvensiya İştirakçı Dövlətlərdən öz standartlarını üçüncü dövlətlərə və ya ərazilərə 

tətbiq etməsini tələb etmir (



Drozd və Yanusek Fransaya və İspaniyaya qarşı

, §110). İştirakçı 

Dövlətlər  ekstradisiyadan  sonra  üçüncü  ölkədə  həyata  keçiriləcək  məhkəmə  icraatının  6-cı 

maddənin bütün tələblərinə uyğun olub-olmadığını yoxlamaq öhdəliyi daşımırlar. 



(1) Ədalət mühakiməsindən kobud imtina 

351.  Lakin  Məhkəmənin  presedent  hüququna  əsasən,  müstəsna  hallarda  şəxsin  sorğu 

göndərən  ölkədə  ədalətli  məhkəmə  araşdırmasından  kobud  şəkildə  imtinaya,  yəni  ədalət 

mühakiməsindən kobud şəkildə imtina təhlükəsinə məruz qaldığı şərtlərdə ekstradisiya və ya 

digər ölkədən çıxarılma forması barədə qərar nəticəsində 6-cı maddəyə uyğun olaraq məsələ 

yarana bilər. Bu prinsip ilk dəfə 



Sörinq Birləşmiş Krallığa qarşı

 işdə müəyyənləşdirilmişdir 

(§113)  və  daha  sonra  Məhkəmə  tərəfindən  bir  sıra  işlərdə  təsdiq  edilmişdir  (məsələn  bax: 

Mamatkulov  və  Askarov  Türkiyəyə  qarşı

  [BP],  §§  90-91; 



Əl-Səədun  və  Müfdi  Birləşmiş 

Krallığa  qarşı

,  §  149; 



Ahorugeze   İsveçə  qarşı

§ 115; 



Otman  (Əbu  Qatada)  Birləşmiş 

Krallığa qarşı

, § 258). 

352.  "Ədalət  mühakiməsindən  kobud  imtina"  termini  aşkar  şəkildə  6-cı  maddənin 

müddəaları  və  ya  orada  əks  edilmiş  prinsiplər  ilə  ziddiyyət  təşkil  edən  məhkəmə  icraatının 

sinonimi kimi istifadə edilir (digər mənbələrlə yanaşı, bax: 

Seydoviç İtaliyaya qarşı

 [BP], § 

84; 

Stoiçkov  Bolqarıstana  qarşı

,  §  56; 



Drozd  və  Yanusek  Fransaya  və  İspaniyaya  qarşı

,  § 


110).  Bu  terminə  daha  dəqiq  xarakteristika  vermək  tələb  olunmasa  da,  Məhkəmə  müəyyən 

pozuntu formalarının ədalət mühakiməsi prinsiplərinin pozulması hesab edilə biləcəyini qeyd 

etmişdir. Bura daxildir: 

–  ittihama  daha  sonra  mahiyyəti  üzrə  yenidən  baxılması  imkanı  olmadan  in  absentia 

məhkum edilmə (

Eynhorn Fransaya qarşı

 (qər.), § 33; 



Seydoviç İtaliyaya qarşı

 [BP], 


§ 84; 

Stoiçkov Bolqarıstana qarşı

§ 56); 


–  sadələşdirilmiş qaydada və müdafiə olunmaq hüququ tamamilə heçə sayılmaqla həyata 

keçirilmiş məhkəmə icraatı (



Bader və Kanbor İsveçə qarşı

, § 47). 

–  həbsdə saxlanılmanın qanuniliyinə yenidən baxılması məqsədilə müstəqil və qərəzsiz 

məhkəməyə çatım olmadan həbsdə saxlanılma (



Əl-Moyad Almaniyaya qarşı

 (qər.), § 

101); 

–  xüsusilə  xarici  ölkədə  həbsdə  saxlanılan  şəxsin  vəkilə  çatımlılığının  bilərəkdən  və 



sistemli şəkildə rədd edilməsi (eyni mənbə); 

–  cinayət işi ilə bağlı məhkəmə icraatının gedişatında şübhəli bilinən və ya başqa şəxslə 

3-cü  maddənin  müddəalarını  pozan  rəftar  nəticəsində  əldə  edilmiş  bəyanatların 

istifadəsi (



Otman (Əbu Qatada) Birləşmiş Krallığa qarşı

, § 267; 



El-Haski Belçikaya 

qarşı

, §85). 


353.  2012-ci  ildə  Məhkəmə 

Otman  (Abu  Qatada)  Birləşmiş  Krallığa  qarşı

  işini 


araşdırarkən  ilk  dəfə  ekstradisiya  və  ya  ölkədən  çıxarılmanın  6-cı  maddənin  pozulmasına 

gətirib  çıxaracağı  nəticəsinə  gəldiyi  zaman 



Sörinq  (Soering) 

işi  üzrə

 

qərarın  qəbulundan 



iyirmi  ildən  artıq  vaxt  keçmişdi.  Bu  nümunə,  eynilə  daha  əvvəlki  paraqrafdakı  nümunələr 

kimi  "ədalət  mühakiməsindən  kobud  imtina"  meyarının  nə  qədər  ciddi  olduğunu  göstərir. 

Ədalət  mühakiməsindən  kobud  imtina,  İştirakçı  Dövlətlərin  ərazisində  baş  verdikdə,  6-cı 

maddənin müddəalarının pozulmasına gətirib çıxaran adi pozuntular və ya ədalətli məhkəmə 

araşdırması təminatlarının çatışmazlığı çərçivəsini aşır. Tələb olunan 6-cı Maddə ilə zəmanət 

verilən ədalətli məhkəmə araşdırması prinsiplərinin elə pozulmasıdır ki, bu həmin Maddədə 

zəmanət  verilən  hüququnun  məğzinin  alt-üst  olmasına,  heç  sayılmasına  bərabər  tutulacaq 

qədər  fundamental  səciyyəlidir  (



Ahorugeze  İsveçə  qarşı

,  §  115; 



Otman  (Əbu  Qatada) 

Birləşmiş Krallığa qarşı

, § 260). 

56

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə