6-
CI MADDƏ ÜZRƏ TƏLIMAT
-
ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU
(
CINAYƏT HÜQUQU ASPEKTI
)
təqsirləndirilən şəxsin vəkili və ya şifahi bəyanat vasitəsilə bu haqda şərh verə bilməsinin
qarşısını almamalıdır (
Öcalan Türkiyəyə qarşı
[BP], § 140).
270. Təqsirləndirilən şəxsə öz müdafiəsini həyata keçirməyə icazə verilirsə, onun iş
materiallarına çıxışının rədd edilməsi müdafiə hüquqlarının pozulmasına bərabərdir (
Fuçer
Fransaya qarşı
, §§ 33-36).
271. Müdafiə işinin asanlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin iş materiallarından
müvafiq sənədlərin surətlərini əldə etməsinə və aparılmış qeydlərdən istifadə etməsinə mane
olunmamalıdır (
Rasmussen Polşaya qarşı
, §§ 48-49;
Moiseev Rusiyaya qarşı
, §§ 213-218;
Matişek Polşaya qarşı
, § 59;
Seleznev Rusiyaya qarşı
, §§ 64-69).
272. İş materiallarına çatımlılıq hüququ mütləq səciyyəli deyil. Bəzi hallarda başqa şəxsin
fundamental hüquqlarının qorunması və ya milli təhlükəsizlik, yaxud şahidlərin qorunması və
ya polisin cinayət istintaqı metodlarına təminat kimi vacib ictimai marağın mühafizəsi
məqsədilə müəyyən sübutun müdafiə tərəfinə verilməməsi zəruri ola bilər. Lakin 6-cı
Maddənin 1-ci bəndinə əsasən yalnız son dərəcə zəruri hallarda müdafiə tərəfinin hüquqlarını
məhdudlaşdıran belə tədbirlərə icazə verilir. Məhkəmə çəkişməli məhkəmə icraatı və
tərəflərin bərabərliyi tələblərinin mümkün dərəcədə ödəndiyini və təqsirləndirilən şəxsin
maraqlarının qorunması üçün adekvat təminatların verildiyini yəqin etmək məqsədilə belə
qərarın qəbulu prosedurunu diqqət yoxlayır (
Natunen Finlandiyaya qarşı
, §§ 40-41;
Dousett
Birləşmiş Krallığa qarşı
, §§ 42-43;
Miraşvili Rusiyaya qarşı
, §§ 203-209).
273. Təqsirləndirilən şəxsə özünə bəraət qazandırmaq və ya cəzasını azaltmaq imkanı verə
biləcək elementlərin daxil olduğu maddi sübutun müdafiə tərəfinə açıqlanmaması müdafiənin
hazırlanması üçün zəruri vasitələrin təmin edilməsinin rədd edilməsi və beləliklə,
Konvensiyanın 6-cı Maddəsinin 3(b) yarımbəndində zəmanət verilən hüququn pozulması
deməkdir. Lakin təqsirləndirilən şəxsdən vəsatlandırmaq tələb oluna bilər və milli
məhkəmələrin bu səbəblərin əsaslılığını yoxlamaq hüququ var (
Natunen Finlandiyaya qarşı
, §
43;
S.G.P.Niderlanda qarşı
(qər)).
(2) Vəkillə məsləhətləşmə
274. Təqsirləndirilən şəxsə təmin edilən "imkana" vəkillə məsləhətləşmə imkanı da
daxildir (
Kempbell və Fell Birləşmiş Krallığa qarşı
, § 99;
Qoddi İtaliyaya qarşı
, § 31).
Təqsirləndirilən şəxsə vəkili ilə məsləhətləşmək imkanın verilməsi müdafiənin hazırlanması
üçün fundamental əhəmiyyət daşıyır (
Bonzi İsveçrəyə qarşı
(qər);
Kan Avstriyaya qarşı
, §
52).
275. 6-cı Maddənin 3(b) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 3(c) yarımbəndi
çərçivəsində hüquqi yardım hüququ ilə üst-üstə düşür (məsələn, bax:
Lanz Avstriyaya qarşı
,
§§ 50-53;
Öcalan Türkiyəyə qarşı
[BP], § 148;
Trepaşkin Rusiyaya qarşı (№ 2)
,
§§ 159-168).
3. Maddə 6 § 3(c): şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü
müdafiə etmək hüququ
Maddə 6 § 3(c)
"Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini
ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə
müdafiədən pulsuz istifadə etmək;"
276. 6-cı Maddənin 3(c) yarımbəndi 6-cı Maddənin 1-ci bəndi çərçivəsində ədalətli
məhkəmə araşdırılması hüququnun müəyyən aspektlərini əhatə edir (
Korreya de Matos
Portuqaliyaya qarşı
(qər.);
Fuçer Fransaya qarşı
, § 30). Bu yarımbənd təqsirləndirilən şəxsə
qarşı məhkəmə icraatının müdafiə hüququ adekvat şəkildə təmin edilmədən keçirilməsinin
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014
45
6-
CI MADDƏ ÜZRƏ TƏLIMAT
-
ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU
(
CINAYƏT HÜQUQU ASPEKTI
)
qarşısını alır (
Pakelli Almaniyaya qarşı
, § 84). O, üç ayrıca hüququ ehtiva edir: özünü şəxsən
müdafiə etmək, özünü seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə etmək və müəyyən şərtlər
çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməsi (
Pakelli Almaniyaya qarşı
, § 31).
(
A
)
Tətbiq dairəsi
277. Cinayət törətməkdə ittiham olunan hər hansı şəxs məhkəmə icraatının hər
mərhələsində 6-cı Maddənin 3(c) yarımbəndi ilə qorunmalıdır (
İmbrioskia İsveçrəyə qarşı
, §
37). Beləliklə, bu müdafiə hətta iş məhkəməyə göndərilməzdən əvvəl vacib ola bilər, belə ki,
bu mərhələdə 6-cı Maddənin müddəalarına riayət edilməməsi nəticəsində ədalətli məhkəmə
araşdırması əsaslı surətdə pozula bilər (
Öcalan Türkiyəyə qarşı
[BP], § 131;
İmbrioskia
İsveçrəyə qarşı
, § 36;
Magi Birləşmiş Krallığa qarşı
, § 41).
278. 6-cı Maddənin 3(b) yarımbəndi məhkəməyə hazırlıqla əlaqədar məqamlarla bağlı
olsa da, 6-cı Maddənin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə daha ümumi yardım hüququ və
bütün icraat müddətində hüquqşünas dəstəyi təmin edir (
Kan Avstriyaya qarşı
, § 54).
279. 6-cı Maddənin 3(c) yarımbəndinin məhkəmədən əvvəlki mərhələdə, başqa sözlə ilkin
istintaq müddətində tətbiq edilmə qaydası məhkəmə icraatının xüsusiyyətlərindən və
məhkəmə işinin hallarından asılıdır (
Brennan Birləşmiş Krallığa qarşı
, § 45;
Berlinski
Polşaya qarşı,
§ 75). 6-cı Maddə adətən təqsirləndirilən şəxsə polis tərəfindən dindirilmənin
ilkin mərhələsindən etibarən hüquqşünas yardımından yararlanmağa icazə verilməsini tələb
edir (
Con Murrey Birləşmiş Krallığa qarşı
, § 63;
Öcalan Türkiyəyə qarşı
[BP], § 131;
Salduz
Türkiyəyə qarşı
[BP], § 54;
Averill Birləşmiş Krallığa qarşı
, § 59;
Brennan Birləşmiş Krallığa
qarşı
, § 45;
Dayanan Türkiyəyə qarşı
,
§ 31). Lakin bu hüquq ciddi səbəblər olduqda
məhdudlaşdırıla bilər (
Con Murrey Birləşmiş Krallığa qarşı
, § 63;
Magi Birləşmiş Krallığa
qarşı,
§ 41). Hər bir məhkəmə işində sual bundan ibarət olur ki, məhkəmə icraatına
bütövlükdə baxıldıqda, məhdudiyyət təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırmasından
məhrum edibmi (
Con Murrey Birləşmiş Krallığa qarşı
, § 63;
Brennan Birləşmiş Krallığa
qarşı
, § 45). Hətta ciddi səbəblər hüquqşünasa çıxış imkanının rədd edilməsinə müstəsna hal
kimi bəraət qazandırdıqda belə, bu məhdudiyyət təqsirləndirilən şəxsin 6-cı maddə
çərçivəsindəki hüquqlarına gərəksiz xələl gətirməməlidir (
Salduz Türkiyəyə qarşı
[BP], § 55).
280. Bənzər şəkildə 6-cı Maddənin 3(c) yarımbəndinin apellyasiya və ya kassasiya
məhkəmələri ilə əlaqədar tətbiq edilmə qaydası məhkəmə icraatının xüsusiyyətlərindən
asılıdır (
Pakelli Almaniyaya qarşı
, § 29; və müvafiq dəyişikliklərlə
Meftah və başqaları
Fransaya qarşı,
[BP], § 41). Milli hüquq sistemində həyata keçirilmiş məhkəmə icraatı,
apellyasiya və ya kassasiya məhkəməsinin icraatdakı rolu bütövlükdə nəzərə alınmalıdır
(
Monnel və Morris Birləşmiş Krallığa qarşı
,
§ 56; və müvafiq dəyişikliklərlə
Meftah və
başqaları Fransaya qarşı
[BP], § 41). Bütövlükdə cinayət ittihamı kontekstində apellyasiyaya
icazə prosedurunun xarakteri və onun əhəmiyyəti, apellyasiya məhkəməsinin səlahiyyət
dairəsi və ərizəçinin maraqlarının apellyasiya məhkəməsi qarşısında faktiki olaraq təqdim
edilmə və müdafiə olunma qaydası kimi məsələlərin nəzərə alınması zəruridir (
Monnel və
Morris Birləşmiş Krallığa qarşı
,
§ 56).
(
B
)
Şəxsən müdafiə
281. Konvensiyanın 6-cı Maddəsi, bütövlükdə götürüldükdə, cinayət törətməkdə ittiham
olunan şəxsin dinləmədə iştirak hüququnun olduğunu nümayiş etdirir
(Zana Türkiyəyə qarşı,
[BP], § 68;
Monnel və Morris Birləşmiş Krallığa qarşı,
§ 58). 6-cı Maddənin bu hüquqla sıx
əlaqəli olan § 3(c) bəndi təqsirləndirilən şəxsə özünü şəxsən müdafiə etmək imkanı təklif edir.
Buna görə də ədalət mühakiməsinin maraqları əksini tələb etmədikdə, təqsirləndirilən şəxs
özünü öz iradəsi ilə təmsil etdiyi təqdirdə, o, bir qayda olaraq, 6-cı Maddənin tələblərini
pozmur (
Qalstyan Ermənistana qarşı,
§ 91).
282. Bununla belə, özünü şəxsən müdafiə etmək hüququ mütləq səciyyəli deyil.
Təqsirləndirilən şəxsin özünü müdafiə etməsinə icazə verilməsi və ya onun üçün vəkilin təyin
46
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014