Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə21/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

1.  Maddə 6 § 3(a) 



Maddə 6 § 3 (a) 

"Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: 

 

(a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında başa düşdüyü dildə dərhal və ətraflı 

məlumatlandırılmaq;" 

 

(



A

)

 

Ümumi 

232.  6-cı  Maddənin  3-cü  bəndinin  (a)  yarımbəndi  Konvensiyanın  6-cı  Maddəsinin  1-ci 

bəndi  ilə  zəmanət  verilən  daha  ümumi  ədalətli  məhkəmə  araşdırması  hüququ  nəzərə 

alınmaqla  qiymətləndirilməlidir.  Cinayət  işlərində  təqsirləndirilən  şəxsə  qarşı  irəli  sürülən 

ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ 

xarakteristika  haqqında  tam  və  ətraflı  məlumatın  verilməsi  cinayət  mühakimə  icraatının 

ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (

Pelissye və Sassi Fransaya qarşı

 

[BP], § 52; 



Seydoviç İtaliyaya qarşı

 [BP], § 90). 

233.  6-cı  maddənin  3-cü  bəndinin  (a)  və  (b)  yarımbəndləri  arasında  bağlılıq  bundan 

ibarətdir  ki,  ittihamın  xarakteri  və  səbəbi  haqqında  məlumatlandırılmaq  hüququ 

təqsirləndirilən  şəxsin  müdafiəsini  hazırlamaq  hüququ  kontekstində  qiymətləndirilməlidir 

(

Pelissye və Sassi Fransaya qarşı

 [BP], § 54; 

Dallos Macarıstana qarşı

, § 47). 

 

(

B

)

 

İttiham haqqında məlumat 

234.  6-cı  Maddənin  3(a)  yarımbəndi  təqsirləndirilən  şəxsin  "ittiham"  barədə 

məlumatlandırılmasına  xüsusi  diqqətin  yetirilməsinə  ehtiyac  olduğuna  işarə  edir.  Cinayətin 

təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi 

andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı 

rəsmi  bildiriş  verilir  (



Kamasinski  Avstriyaya  qarşı

,  §  79; 



Pelissye  və  Sassi  Fransaya  qarşı

 

[BP], §51). 



235.  6-cı Maddənin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni 

törətməkdə  şübhəli  bilindiyi  və  ittihamın  əsaslandığı  hərəkətlər  haqqında  deyil,  həm  də 

ittihamın  "xarakteri",  yəni  bu  hərəkətlərin  hüquqi  xarakteristikası  haqqında  məlumat  təmin 

edir (


Mattoçia İtaliyaya qarşı

, § 59; 


Penev Bolqarıstana qarşı

, §§ 33 və 42, 7 yanvar 2010-cu 

il). 

236.  Bu  məlumatda  ittihamın  əsaslandığı  sübuta  istinad  edilməsi  mütləq  deyil  (



X. 

Belçikaya qarşı

, (qər.) 



Kollozza və Rubinat İtaliyaya qarşı

). 


237.  6-cı  Maddənin  3(a)  yarımbəndi  təqsirləndirilən  şəxsin  ona  qarşı  irəli  sürülən 

ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılma qaydası haqqında hər hansı xüsusi 

formal tələb nəzərdə tutmur (

Pelissye və Sassi Fransaya qarşı, 

[BP],§ 53; 



Drassiç İtaliyaya 

qarşı

, § 34; 


Qiosakis Yunanıstana qarşı (№ 3)

, § 29). 

238.  Təqsirləndirilən şəxsin məlumatlandırılması tamamilə ittiham tərəfinin öhdəliyidir və 

məlumat  müdafiə  tərəfinin  diqqətinə  çatdırılmadan  passiv  surətdə  məlumatın  əlçatanlığının 

təmin edilməsi ilə həyata keçirilə bilməz (

Mottaçia İtaliyaya qarşı

, § 65; 


Çiçilian və Ekindyan 

Fransaya qarşı

, § 71). 

239.  Məlumat  faktiki  olaraq  təqsirləndirilən  şəxs  tərəfindən  alınmalıdır;  məlumatın 

alınması barədə hüquqi prezumpsiya kifayət deyil (



C.  İtaliyaya qarşı

 (qər.)). 

240.  Şikayət olunan vəziyyət təqsirləndirilən şəxsin öz davranışının nəticəsidirsə, bu halda 

o, müdafiə hüquqlarının pozulması barədə iddia irəli sürə bilməz (



Erdoğan Türkiyəyə qarşı

 

(qər.); 



Kempbell və Fell Birləşmiş Krallığa qarşı

, § 96). 

241.  Təqsirləndirilən  şəxsin  əqli  çətlinikləri  varsa,  hakimiyyət  orqanlarından  onun 

əleyhinə  irəli  sürülmüş  ittihamın  təfərrüatları,  xarakteri  və  əsasları  haqqında 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

41 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

məlumatlandırılması imkanı verən əlavə addımlar atmaq tələb olunur (



Vodel  Fransaya qarşı

§ 65). 



 

(

C

)

 

İttihamın yenidən təsnifatı 

242.  Təqsirləndirilən  şəxs  ittihamda  hər  hansı  dəyişiklik,  o  cümlədən  onun  "işindəki" 

dəyişiklik  haqqında  lazımi  qaydada  və  tam  məlumatlandırılmalı  və  onlara  münasibət 

bildirmək,  eləcə  də  yeni  məlumat  və  ya  ittiham  əsasında  müdafiəsini  təşkil  etmək  üçün 

adekvat  vaxt  və  vasitələrlə  təmin  edilməlidir  (

Mattoçia  İtaliyaya  qarşı

,  §  61; 



Bekstrom  və 

Andersson İsveçə qarşı

 (qər.)). 

243.  İrəli  sürülən  ittihamlar,  o  cümlədən  məhkəmənin  məsələ  ilə  bağlı  hansı  hüquqi 

qiymətləndirməni  verə  biləcəyi  haqqında  məlumat  ya  məhkəmə  iclasından  əvvəl  ittiham 

aktında,  ya  da  ən  azı  məhkəmə  icraatının  gedişində  ittihamın  rəsmi  və  ya  nəzərdə  tutulan 

əlavəsi  kimi  təqdim  edilə  bilər.  Aydındır  ki,  məhkəmənin  cinayət  əməli  ilə  bağlı  ittiham 

tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyil (

İ.H. Avstriyaya 

qarşı

, § 34). 

244.  Məhkəmə  icraatı  müddətində  faktların  yenidən  qiymətləndirilməsi  halında, 

təqsirləndirilən  şəxsə  müdafiə  hüququnu  praktik  və  effektiv  qaydada,  vaxtında  həyata 

keçirmək imkanı verilməlidir (

Pelissye və Fransaya qarşı

 [BP], § 62; 



Blok Macarıstana qarşı

§ 24). 



245.  İttiham  üçün  mühüm  olan  elementlərlə  əlaqədar  olarsa,  cinayətin  təsnifatının 

dəyişdirilməsi təqsirləndirilən şəxs üçün yetəri qədər proqnozlaşdırıla bilən hesab olunur (



De 

Salvador Torres İspaniyaya qarşı

, § 33; 


Sadak və başqaları Türkiyəyə qarşı (№ 1)

, §§ 52 və 

56; 

Yuha Nuutinen Finlandiyaya qarşı

, § 32). 

246.  Təqsirləndirilən  şəxs  daha  yuxarı  instansiya  məhkəməsi  qarşısında  özünü  müdafiə 

etmək və ittihamın bütün müvafiq hüquqi və faktiki aspektlərinə etiraz etmək imkanına malik 

olduqda,  ittiham  barədə  natamam  məlumat  apellyasiya  icraatında  düzəldilə  bilər  (

Dallos 

Macarıstana qarşı

, §§ 49-52; 



Sipaviçius Litvaya qarşı

, §§ 30-33; 



Jupnik Ukraynaya qarşı

, §§ 


39-43; 

İ.H. və başqaları Avstriyaya qarşı

, §§ 36-38; 



Yuha Nuutinen Finlandiyaya qarşı

, § 33). 

 

(

D

)  Ətraflı məlumat 

247.  Məlumatın  "ətraflılıq"  dərəcəsi  hər  işin  xüsusi  hallarından  asılıdır,  lakin 

təqsirləndirilən  şəxs  adekvat  müdafiə  hazırlamaq  üçün  ən  azı  özünə  qarşı  yönəldilmiş 

ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. 

248.  Bununla əlaqədar olaraq məlumatın adekvatlığı müdafiəyə hazırlıq üçün adekvat vaxt 

və  vasitə  hüququnu  təmin  edən  6-cı  Maddənin  3  (b)  yarımbəndinə  uyğun  olaraq  və  6-cı 

Maddənin 1-ci bəndində nəzərdə tutulan ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə 

alınmaqla  qiymətləndirilməlidir  (



Mottaçia  İtaliyaya  qarşı

,  §  60; 



Bekstrom  və  Andersson 

İsveçə qarşı

 (qər.)). 

 

(

E

)

 

Dərhal 

249.  Məlumat  müdafiəyə  hazırlığa  imkan  vermək  məqsədilə  təqsirləndirilən  şəxsə 

vaxtında  verilməlidir  və  bu,  6-cı  Maddənin  3(a)  yarımbəndinin  məğzini  təşkil  edən  başlıca 

məqsədidir (



C.  İtaliyaya qarşı

 (qər.), təqsirləndirilən şəxsin ittihamlar barədə məhkəmədən 

dörd  ay  əvvəl  məlumatlandırılması  məqbul  hesab  edilməlidir;  əksi  üçün  bax: 

Borisova 

Bolqarıstana  qarşı

,  §§  43-45,  bu  işdə  ərizəçinin  öz  müdafiəsini  vəkilsiz  hazırlamaq  üçün 

yalnız bir neçə saat vaxtı var idi). 

250.  6-cı Maddənin 3(a) yarımbəndinə uyğunluğun yoxlanması zamanı Məhkəmə formal 

deyil, obyektiv vəziyyətə istinad edilməklə təfsir edilməli olan "ittiham olunan" və "cinayət 

ittihamı"  sözlərinin  müstəqil  mənasını  nəzərə  alır  (

Padin  Gestoso  İspaniyaya  qarşı

  (qər.); 



Kass Lüksemburqa qarşı

, § 71). 

42

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə