CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə69/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

 
 
218 
Vaqif  iki  dəfə  evlənmişdir.  Birinci  xanımının  adı  Qızxanım, 
digərininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaş-
larında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında 
onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, 
iki  qızı  olub.  Onların  hamısı  Mədinə  xanımdan  olmuş  uşaqlardır. 
Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şeirlər yazmış və yetkin 
çağlarında qətlə yetirilmişdi. 
Vaqif Molla Vəli Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri 
kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, 
həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif 
öz  qızlarını  Vidadinin  oğlanlarına  ərə  vermişdir.  Onların  müşairəsi 
(şeirləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur. 
Vaqifin yaxın dostlarından biri – Hüseyn xan Müştaq 22 il Şəki 
xanı olmuşdu, Vaqifin onunla da şeirləşdiyi bəllidir. 
Vaqif saraya düşdükdən sonra özü sünni olsa da, xanın inandığı 
şiə məzhəbini qəbul edir. Birinci vəzir olduqdan sonra xanlığın xarici 
siyasətinə rəhbərlik edir. O vaxt Azərbaycanda vəziyyət çox gərgin və 
mürəkkəb idi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra 
Azərbaycanda  müstəqil  xanlıqlar  yaranmışdı.  Lakin  bu  xanlıqların 
müəyyən iqtisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların başı 
üzərində  hər  an  öz  müstəqilliklərini  itirmək  təhlükəsi  dolaşırdı. 
Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya, İran  və Osmanlı 
mübarizə aparırdı. Qonşu xanlıqlar və hətta Gürcüstan da müstəqillik 
üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü 
qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın 
xanlıqlarla dil taparaq, aparıcı dövlətlərdən dəstək alsın. İbrahim xan 
Gürcüstanla ittifaqa girir və onlar birlikdə Rusiyadan dəstək istəyirlər. 
1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif 
bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması 
mərasimlərində  iştirak  edir.  Tiflisdə  olduğu  zaman  Vaqif  şəhərin 
tərifinə,  gürcü  gözəllərinə  və  İraklinin  oğlu  şahzadə  Eulona  həsr 
olunmuş şeirlər yazır. 
1783-cü  ildə  İbrahimxəlil  xan  II  Yekaterinaya  məktub  yazaraq, 
ondan xahiş edir ki, Qarabağ xanlığını Rusiya təbəəliyinə qəbul etsinlər. 


 
 
219 
İbrahim xan çətin bir seçim qarşısında qalmışdı: o ya Rusiyanı, ya da 
İranda  hakimiyyətə  gəlmiş  Ağa  Məhəmməd  şah  Qacarı  seçməli  idi. 
İbrahimxəlil xan çox düşünmədən Rusiyaya üstünlük verir. Məsələ onda 
idi ki, hələ qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla 
məskunlaşdırılmış  və  200  il  ərzində  burada  qacarların  Ziyadoğlular 
boyundan  olan  şəxslər  hökmranlıq  etmişdi.  Ağa  Məhəmməd  şah 
Qarabağ  xanlığını  tutmaq  istəyərkən  bunu  müəyyən  qədər  qacarların 
pozulmuş  hüquqlarının  bərpası  ilə  motivləndirmək  fikrinə  düşmüşdü. 
Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahimxəlil xan II İrakli 
ilə daha artıq yaxınlaşmağa başlayır. 
Vaqif Ağa  Məhəmməd şaha qarşı birləşmək üçün İbrahimxəlil 
xanın,  II  İraklinin,  İrəvan  hakimi  Məhəmməd  xanın  və  Talış  hakimi 
Mir Mustafa xanın danışıqlarında iştirak edir. 
Qarabağ  üzərinə  yürüşə  hazırlaşarkən  Ağa  Məhəmməd  şah 
İbrahimxəlil  xandan  ona  tabe  olmasını  və  bunun  rəmzi  kimi  oğlunu 
onun yanına girov göndərməsini tələb edir. İbrahimxəlil xan buna razı 
olmur.  1795-ci  ildə  Ağa  Məhəmməd  şahın  qoşunları  Araz  çayını 
keçərək, Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şuşalılar Vaqifin 
başçılığı  altında  müdafiə  olunmaq  üçün  hazırlıq  görürlər.  Şuşanın 
mühasirəsi uzanır və Ağa Məhəmməd şah İbrahimxəlil xanı qorxutmaq 
məqsədilə öz saray şairinə tapşırır ki, ona bir məktub yazsın. Məktub 
bu məzmunda olur: "Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni 
daş icərisində də salamat saxlar." 
Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb olur və o, 
top atəşlərini davam etdirmək əmrini verir. Lakin yenə heç nə alınmır. 
Şuşanın 33 günlük mühasirəsi qalanın müdafiəçilərini sarsıtmır və şah 
məcbur  olub,  mühasirəni  dayandıraraq,  Gürcüstana  yola  düşür. 
Qalanın  müdafiəsində  Vaqif  özü  də  şəxsən  iştirak  etmişdi.  Şairin 
atıcılıq məharəti xalq arasında hətta rəvayətlər də yaradıb. Deyirlər ki
bir erməni toyunda atıcılıq yarışı keçirilir və bu yarışdan da Vaqif qalib 
çıxır. 
1796-cı  ildə  qraf  Valerian  Zubovun  başçılıq  etdiyi  rus  qoşunları 
Şamaxıdan  keçərək,  Qarabağ  sərhədlərinə gəlirlər.  İbrahimxəlil  xan  öz 


 
 
220 
oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyətə 
Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları da daxil olurlar. 
Səfarət  geri  dönərkən  İbrahimxəlil  xanla  birlikdə  Vaqifə  də  II 
Yekaterinanın adından qiymətli hədiyyələr verilir. Vaqifə bahalı daş-
qaşla  bəzədilmiş  əsa  düşür.  İbrahimxəlil  xan  bu  müddətdə  II  Yeka-
terina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının 
mətnini  Vaqif  yazırdı  və  imperator  tezliklə  onun  güclü  yazı 
qabiliyyətini  müəyyənləşdirir.  1784-cü  ildə  Q.A.Potyomkinə  yazdığı 
məktubunda  Yekaterina  qeyd  edirdi  ki,  İbrahim  xanın  məktubları 
özünün  ədəbiliyi  və  zərifliyi  ilə  İrandan  və  Türkiyədən  gələn  bütün 
məktubları  üstələyir.  Rusiya  hökmdarı  öz  favoritindən  həmin  mək-
tubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onun səhhəti ilə 
maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat edir. Yeni 
imperator  I  Pavel  Qafqazdakı  rus  qoşunlarını  geri  çağırır.  Ağa 
Məhəmməd şah bundan istifadə edərək, onun üzünə ağ olmuş xanları 
cəzalandırmaq istəyir. Elə həmin il o, yeni yürüşə çıxır və bu yürüşünü 
Şuşadan başlayır. Bu dəfə İbrahimxəlil xan qalanı döyüşsüz təslim edir 
və  öz  qohumları,  yaxın  adamları  və  kiçik  dəstəsi  ilə  Azərbaycanın 
şimalına  qaçır.  Lakin  məlumdur  ki,  Vaqif,  o  vaxt  xanın  özü  ilə 
götürdüyü  adamların  içində  olmayıb.  İran  qoşunlarının  Şuşaya 
girməsindən  bir  həftə  sonra  onu  tutub  İbrahimxəlil  xanın  qardaşı 
Məhəmmədhəsən  bəyin  sarayına  gətirirlər.  Ağa  Məhəmməd  şah 
burada yerləşmişdi. 
Şairin şimala gedən xanın dəstəsinə daxil olmamasını, bir neçə 
cür izah edirlər. Yozumlardan birinə görə, guya Vaqif Cəmil ağa adlı 
bir şəxslə Tiflisə gedibmiş və geri qayıdanda Ağa Məhəmməd şahın 
adamları onu həbs edirlər. Başqa bir izaha görə, guya o, şahdan qaçıb 
canını  qurtarır,  ancaq  Cavad  xan  tərəfindən  tutulub,  Qacara  təhvil 
verilir. 
Başqa bir ehtimal da var ki, guya şəhər hələ Qacara qədər İbra-
himxəlil  xanın  düşmənləri  tərəfindən  tutulubmuş  və  Vaqif  də  şah 
gəlməmişdən  əvvəl  həbs  olunubmuş.  Qalanın  döyüşsüz  təslim  edil-
məsini də bununla izah etmək olar. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə