CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə70/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   66   67   68   69   70   71   72   73   ...   85

 
 
221 
Bundan sonra daha müəmmalı hadisələr baş verir. Məşhur tarixçi 
Mirzə  Camalın  (İbrahimxəlil  xan  Şuşaya  qayıtdıqdan  sonra  Vaqifin 
yerini məhz o tutmuşdur) yazdığına əsasən, Vaqifi səhərə yaxın saraya 
gətirirlər  və  Ağa  Məhəmməd  şah  tapşırır  ki,  səhərisi  gün  onu  edam 
etsinlər.  Ən  qəribəsi  budur  ki,  Mirzə  Camalın  yazdığına  əsasən,  elə 
həmin axşam o, hansısa günahlarına görə, dan yeri söküləndə özünün 
də  üç  xidmətçisini  edam  etmək  tapşırığı  veribmiş.  Ancaq  Ağa 
Məhəmməd şah özü səhərə sağ çıxmır. Onun edam edəcəyi həmin üç 
xidmətçi maneəsiz olaraq, şahın yatağına girərək, onu qətlə yetirirlər. 
İran  şahının  qətlindən  dərhal  sonra  Qarabağ  xanlığının  başına 
İbrahimxəlil  xanın  yaxın  qohumlarından  olan  Məhəmməd  bəy 
Cavanşir keçir. Belə görünür ki, Vaqif xilas ola bilər. Lakin belə olmur 
və baş  vəzirin azad edilməsindən az sonra Məhəmməd bəy Cavanşir 
onu  və  oğlu  Əli  bəyi  edam  etdirir.  Böyük  sənətkarın  edam  olunma 
səbəbləri tarixçilər arasında müxtəlif cür yozulur. 
Danışırlar ki, qətl günü fərraşlar onları xanın yanına aparmağa 
gəldiklərini söyləyirlər. Yolda Əli bəy atasından soruşur ki, xan yuxa-
rıda  otura-otura  bizi  aşağı  niyə  aparırlar?  Vaqif  cavabında  söyləyir: 
"Bizi  çoxlarını  göndərdiyimiz  yerə  aparırlar".  Vaqifi  Şuşada  böyük 
şərəflə  dəfn  edirlər.  Hətta  məzarının  üstündə  kiçik  bir  məqbərə  də 
tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir. 
Ölümündən sonra Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. 
Şairin  şeirlər  "Divan"ı  da  bu  səbəbdən  bizə  gəlib  çatmamışdır.  İndi 
kitablarda  nəşr  olunan  şeirlər  isə  şairin  yaradıcılığının  pərəstişkarları 
tərəfindən  bircə-bircə  toplanmışdır.  Onun  şeirləri  aşıqların  dilindən 
düşmürdü,  xalq  arasında  əzbər  deyilirdi.  Bundan  başqa  şairin  şeirləri 
bəzi adamlar tərəfindən yazıya da alınmışdı. Lakin bütün bunları bir yerə 
toplamaq, yazıya alıb, nəşr etdirmək heç də asan iş deyildi. Və ilk dəfə 
bu  işi  Mirzə  Yusif  Nersesov  görür.  1856-cı  ildə  Teymurxanşurada 
Vaqifin ilk kitabı çap olunur. Sonra estafet Mirzə Fətəli Axundova keçir. 
O, çox zəngin bir material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə 
verir. Berje isə bunları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Eyni 
zamanda  Vaqifin irsi ilə  Azərbaycan poeziyası nümunələrindən iri bir 
antologiya tərtib etmiş Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov da 


 
 
222 
maraqlanır. Hüseyn Əfəndi həm də Vidadinin uzaq qohumu idi. O öz 
əlyazmalarını dərc etdirməsə də, bir çox ədəbiyyatşünaslar həmin əsərə 
tez-tez etmişlər. Nəhayət, inqilabdan qabaqkı dövrdə Vaqifin əsərlərinin 
son  nəşri  "Yeni  həyat"  qəzetinin  redaktoru  Haşım  bəy  Vəzirov 
tərəfindən  həyata  keçirilib.  İnqilabdan  sonrakı  dövrdə  Vaqifin 
əsərlərinin  toplanması  və  nəşri  sahəsində  Salman  Mümtazın  böyük 
xidmətləri olmuşdur. 
Vaqifin şerini ilk dəfə rus dilinə XIX əsrin 40-cı illərində 
polyak 
şairi və tərcüməçisi Tadeuş Zabloski 
 tərcümə etmişdir.
 
https://pl.wikipedia.org/wiki/Tadeusz_Łada-Zabłocki 
Vaqif  yaradıcılığı  təkcə  azərbaycanlılar  arasında  deyil,  həm  də 
gürcü və erməni mühitində məşhur olmuşdur. Məlumdur ki, uzun müd-
dət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur 
və elə buna görə də, Vaqifin şeirləri yalnız Azərbaycan əlifbası ilə deyil, 
həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır. 
Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. 
O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və 
mərsiyələr  yazıb.  Ancaq  onun  yaradıcılığının  böyük  bir  qismi,  aşıq 
poeziyasından  götürülmüş  qoşma  növündə  yazılmış  şeirlər  təşkil  edir. 
Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və 
fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir. 
Vaqif aşıq mühitində böyümüşdü və kütlənin zövq və təlabatını 
yaxşı bilirdi. Onun yaradıcılığında  qoşmanın böyük  yer tutmasını da 
elə bununla bağlamaq olar. Məsələyə başqa tərəfdən yanaşanda ehti-
mal  etmək  olar  ki,  "Divan"ı  itdikdən  sonra  şairin  yalnız  xalqın  hafi-
zəsində qalan şeirləri yazıya alınıb. Bunlar isə əsas etibarilə qoşmalar 
ola  bilərdi.  Orası  da  qeyd  olunmalıdır  ki,  qoşmaya  aludəliyi  Vaqifin 
klassik şeir növlərində yazdığı əsərlərin dilinə və üslubuna da müsbət 
təsir göstərmişdir. 
Vaqifin  əsərlərindəki  məhəbbət  orta  əsrlərdə  yaşayıb-yaratmış 
Azərbaycan  şairlərinin  böyük  əksəriyyətinin  şeirlərinə  xas  olan  sufi-
mistik rəmzlərdən tamamilə azaddır. Vaqif öz əsərlərində həyat eşqini, 
məşuqəsinin  gözəlliyini,  hicranın  acısını  və  vüsalın  şirinliyini  inan-
dırıcı bir tərzdə tərənnüm edir. 


 
 
223 
Şair öz əsərlərinin bütöv bir qismini Azərbaycan gözəllərinin təs-
virinə həsr edib. Vaqif az qala bütün şeirlərində məşuqənin gözlərini, 
qaşlarını, saçlarını, yanaqlarını, əllərini, ayaqlarını, qədd-qamətini, can 
alan baxışlarını təsvir edir. Bəlkə də bu şeirlər bizə bir qədər yekrəng 
görünə  bilər.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  şairin  müasirləri  bu 
əsərləri  tamamilə  başqa  cür  qəbul  etmişlər.  Kişinin  qadının  sifətini 
görmək  və  onunla  sərbəst  şəkildə  ünsiyyətə  girmək  imkanı  olmayan 
müsəlman  cəmiyyətində  qadın  gözəlliyi  daha  tez  və  həssaslıqla 
anlaşılırdı. Bu mənada qadının gözəllik əlamətlərini sadəcə sadalayan 
şeirlər belə o zaman oxuculara aşkarda görülməsi mümkün olmayan 
obrazları tam təsəvvür etmək imkanı verirdi. O dövrün auditoriyasının 
emosionallıq  dərəcəsi  də  qat-qat  yüksək  idi.  Bu  fikri  bir  çox 
ədəbiyyatlarda təsvir olunan sufi məclisləri də sübut edə bilər. Belə ki, 
həmin  məclislərdə  oxunan  adi  sevgi  şeirləri  də  bəzən  dinləyiciləri 
bayıltmaq qüdrətinə malik olurmuş. 
O dövrün kişi auditoriyası tərəfindən qadın gözəlliyinin belə həs-
saslıqla  qəbul  edilməsi  Vaqifin  şeirlərini  dinləyənlərə  ləzzət  verirdi. 
Çünki  onlar  şairin  sənətkarlıq  xüsusiyyətləri  sayəsində  öz  tə-
səvvürlərində bir-birinə bənzəməyən nazlı-qəmzəli, qədd-qamətli, iri, 
badamı gözlü, ağbuxaqlı, alyanaqlı, od baxışlı və mütləq ağıllı- 
kamallı Azərbaycan gözəllərini canlandıra bilirdilər. Vaqif də öz 
poeziyasının məqsədini elə bunda görürdü. Onun şerləri oxucuda obra-
zın  həm  xarici  görünüşünün,  həm  də  daxili  dünyasının  canlı 
təsəvvürünü yaradır. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1982-ci 
ildə Azərbaycanın qədim Şuşa şəhərində Molla Pənah Vaqifə ucaltdığı 
böyük  məqbərə  bu  ölməz  sənətkarın  ədəbiyyatımızın  inkişafı 
sahəsindəki  xidmətlərinə  və  ictimai-siyasi  fəaliyyətinə  dövlət  sə-
viyyəsində  verilmiş  yüksək  qiymətin  parlaq  ifadəsidir.  Ermənistan 
silahlı  birləşmələrinin  Dağlıq  Qarabağı  işğal  edərkən  Vaqifin  məq-
bərəsini  dağıtması  bu  təcavüzkar  ölkənin  mədəniyyətdən  uzaq  olan 
mənəviyyatsız simasını əks etdirir. 
Görkəmli Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqi-
fin  anadan  olmasının  300  illik  yubileyinin  doğma  ölkəsi  ilə  birlikdə 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə