CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə68/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

 
 
215 
mayın  8-də  Ermənistanın  silahlı  quldur  dəstələri  işğala  məruz 
qoyduqları  Şuşada  bütün  beynəlxalq  hüquq  normalarını  pozaraq 
mədəniyyət  nümunələrinə  qarşı  vandalizm  aktları  törətmiş  və  600-ə 
yaxın  tarixi-memarlıq  abidəsini  talayıb  məhv  etmiş,  o  cümlədən 
Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini 
və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar. 
Vaqif  irsinin  azərbaycançılıq  məfkurəsi  işığında  daha  dərindən 
araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini göz-
ləyən mühüm məsələlərdəndir. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin 
32-ci  bəndini  rəhbər  tutaraq,  böyük  Azərbaycan  şairi  Molla  Pənah 
Vaqifin  300  illik  yubileyinin  layiqincə  keçirilməsini  təmin  etmək 
məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 
Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  və  Azərbaycan  Milli 
Elmlər  Akademiyası  ilə  birlikdə,  Azərbaycan  Yazıçılar  Birliyinin 
təkliflərini nəzərə almaqla, Molla Pənah Vaqifin 300 illik yubileyinə 
həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərən-
camdan irəli gələn məsələləri həll etsin. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 12 yanvar 2017-ci il 
                                             
                                                     http://president.az 
 
 
 
 
 
 
 
 


 
 
216 
 
Molla Pənah Vaqif  
(1717-1797) 
                                         
                                      Həyatı 
Vaqif XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, 
Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuşdur. 
Molla  Pənah  Vaqif  Azərbaycan  xalqının  orta  əsrlər  ənənələri 
ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yaz-
mış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək 
inkişafına böyük təsir göstərmişdir. 
Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan 
olmuşdur. Belə bir fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin 
də mənsub olduğu Bayat tayfasından olub. Onun valideynləri haqqında 
çox az şey məlumdur. Bəllidir ki, onun babası Süleyman, atası Mehdi, 
anası isə Ağqız adını daşımışlar. 
Molla Pənah Vaqif yaxşı təhsil almışdır. O, fars və ərəb dillərin-
də yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş 
biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin 
yanında  oxumuşdu.  Bəzi  salnaməçilər  belə  hesab  edirlər  ki,  sonrakı 
təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da məlumdur ki, Vaqif 
təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda 
məscid  nəzdində  fəaliyyət  göstərən  mədrəsədə  dərs  demiş  və  elə 
burada  da  Molla  Pənah  adını  almışdır.  Bu  zaman  onun  alimliyi 
haqqında  xəbərlər  Molla  Pənahın  vətəninin  hüdudlarından  çox-çox 
uzaqlara  yayılır.  Hətta xalq arasında belə bir məsəl də  yaranır:  "Hər 
oxuyan Molla Pənah olmaz". 
XVIII  əsrin  ortalarında  Gürcüstan  sərhəddində  gərginlik  yaranır 
və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin 
ailəsi  də  köçkünlərin  arasında  idi.  Bu  ailə  Qarabağın  Tərtərbasar 
kəndində  sığınacaq  tapır.  Vaqif  burada  da  müəllimliklə  məşğul  olur. 
Kiçik  bir  kəndin  mollasının  aldığı  cüzi  maaş  böyük  ailənin  maddi 
ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır. 


 
 
217 
Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya kö-
çür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında 
həm  gözəl  müəllim,  həm  də  istedadlı  şair  kimi  tanınmağa  başlayır. 
Şairin  şöhrəti  Qarabağ  hakimi  İbrahimxəlil  xana  çatır  və  onu  saraya 
dəvət edirlər. 
Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bun-
lardan  birinə  əsasən,  Vaqif  ayın  tutulması  və  zəlzələ  olacağı  haqda 
əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahimxəlil 
xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir. Vaqifin dərin ağıl və 
zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir. 
Başqa  bir  rəvayətə  görə,  hələ  Gəncədə  ikən  Vaqif  Gəncə  xanı 
Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı 
o qədər valeh edir ki, o, Molla 
Pənahı sarayına gətirdir. Lakin İbrahimxəlil xanın təkidli xahişi 
ilə şairin Qarabağa qayıtmasına icazə verir. 
Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlum-
dur. O, əvvəlcə eşik ağası, yəni, daxili işlər naziri, daha sonra isə baş 
vəzir kimi fəaliyyət göstərmişdir. 
Özünün  yüksək  savadı  və  elmi  biliyi  ilə  o,  burada  da  hamının 
rəğbətini qazanır. 
Görünür, Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki 
biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər 
təbii  hadisələrin  müəyyənləşdirilməsi  üçün  istifadə  edir,  astroloji 
biliklərini  isə  sarayda  özünün  münəccim  məsləhətləri  ilə  nümayiş 
etdirirdi.  Ehtimal  etmək  mümkündür  ki,  Vaqif  tətbiqi  riyaziyyatı  da 
yaxşı  bilib.  Belə  ki,  onun  xan  sarayının,  yaşayış  evlərinin,  Şuşa  qa-
lasının divarlarının tikintisində dəqiq hesablamalar aparması da bəlli-
dir.  Vaqifin  zəngin  kitabxanası  vardı  və  o,  daim  öz  biliklərini  artır-
maqla  məşğul  olurdu.  Saray  əyanları  və  şəhər  ziyalıları  içərisində 
seçilib-sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif ("hər şeyi 
bilən") adını doğrultduğunu göstərir. 
Vaqif  yaradıcılığının  tədqiqatçısı  Əziz  Şərifin  də  qeyd  etdiyi 
kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət 
xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə