CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə64/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   60   61   62   63   64   65   66   67   ...   85
    Bu səhifədəki naviqasiya:
  • Ümüd

 
 
200 
məhz  ilk  dəfə  keçirilən  2015  Avropa  olimpiya  oyunlarında  və 
Azərbaycanda  olacaq.  Ölkəyə  xeyli  sayda  turist  gələcək.  Bakı  2015 
Avropa Olimpiya oyunları Azərbaycanın tarixində, turizm sahəsində, 
idman sahəsində böyük rol oynayacaq. 
Azərbaycanda  idman  sürətli  inkişaf  mərhələsindədir.  Beynəlxalq 
arenada ölkəmizi daha çox idmanın hansı növünə görə tanıyırlar? 
Demək  olar  ki,  Azərbaycanda  idmanın  çox  növü  inkişaf  edib. 
Amma ən çox təknövçülük idman növü inkişaf edib. Xüsusilə, karate, 
taekvando, güləş, cüdo, boks, kiqboks, qaydasız döyüş və s. bu kimi 
növləri  misal  göstərmək  olar.  Məhz  İdman  Nazirliyinin  və  Milli 
Olimpiya  Komitəsinin  Avropa  və  dünya  ölkələri  ilə  sıx  beynəlxalq 
əlaqələri  sayəsində  bir  çox  dünya  və  Avropa  oyunlarının  və  digər 
beynəlxalq  mötəbər  yarışların  Azərbaycanda  keçirilməsinə  şərait 
yaranıb. 
Cənubi Qafqazda regional idman yarışları, turnirlər keçirilirmi? 
Bəli, kifayət qədər yarışlar keçirilir. Amma yenə də Azərbaycan-
da  daha  çox müxtəlif  idman  növləri  üzrə  beynəlxalq  yarışlar  və  tur-
nelərin keçirilməsi diqqəti çəkir. 
Buna səbəblərdən biri də ölkəmizin, demək olar ki, hər bölgəsin-
də dünya standartlarına cavab verən olimpiya komplekslərinin mövcud 
olmasıdır. Bu da bir çox idman yarışlarının keçirilməsinə imkan verir. 
Dünyada  sırf  Azərbaycanın  adına  bağlı  olan,  beynəlxalq  icti-
maiyyət tərəfindən bizimki kimi qəbul edilən və bizim brendimiz sa-
yılan idman yarışı varmı? 
İnanıram ki, məhz Bakı 2015 Olimpiya oyunları Azərbaycanın 
adı ilə bağlı olaraq tarixdə ilkə imza atacaq. 
Və son olaraq, qarşımızdakı dövrdə Azərbaycanda başqa hansısa 
beynəlxalq idman tədbirlərinin keçirilməsi planlaşdırılırmı? 
Bəli, irəlidə bizi möhtəşəm idman yarışları gözləyir. 2017-ci ildə 
İslam həmrəyliyi yarışları, 2020-ci ildə Futbol üzrə Avropa oyunlarının 
bir  neçəsi,  eynilə  bir  neçə  idman  növü  üzrə  Avropa  və  dünya 
çempionatları Azərbaycanda keçiriləcək. 
 
                                                         Ümüd 


 
 
201 
                                                                 Bizim yol 1/12/2014 
 
23.04.2017-ci il Dənizkənarı Parkda İslam Həmrəyliyi oyunları 
Əməliyyat komitəsi, oyunların könüllüləri, eyni  zamanda ulduz səfir 
Hacı Nuran və Bakı 2017 simvolları-İncə və Cəsur ilə birgə möhtəşəm 
bir tədbir qeyd etdilər. 
Tədbirə “sağlam həyat tərzi” ismarıcını çatdıran peşəkar məşqçinin 
rəhbərliyi  ilə  açıq  havada  idman  sessiyası  ilə  start  verildi.  Bu  idman 
sessiyasını iştirakçılar böyük maraqla qarşılayıb, ona qatıldılar. 
Ulduz  Səfir  Hacı  Nuran  tədbir  haqqında  təəssüratını  belə 
bölüşdü: “Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının Ulduz səfiri 
olmaqdan və burdakı gəncləri dəstəkləməkdən qürur hissi duyuram. Bu 
gün biz Oyunların Açılış mərasiminə az bir zaman qalmasını bayram 
edirik. Vaxt qısaldıqca, həyacan da artır. Ümid edirəm ki, Azərbaycan 
bayrağı altında ölkəmizi təmsil edəcək idmançılarımız böyük uğurlar 
qazanacaq və xalqımızı sevindirəcəklər. Mən hamını Bakı 2017 4-cü 
İslam  Həmrəyliyi  Oyunlarına  gəlməyə  və  idmançılarımızı 
dəstəkləməyə çağırıram”. 
Dənizkənarı Parkda keçirilən tədbir zamanı, İdman sessiyası ilə 
bərabər, Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaş 
və  dəstəkçi  şirkətləri  olan  Kapital  Bank,  iTicket,  AZAL,  Red  Bull, 
Fresco, BonAqua, və Milla-nı təmsil edən nümayəndələrin iştirakı da 
tədbirə yüksək əhval-ruhiyyə gətirdi. Tədbir zamanı iştirakçılara Red 
Bull  enerji  içkiləri,  BonAqua  suları  və  Milla-nın  süd  məhsulları 
paylandı. 
Bakı  2017  4-cü  İslam  Həmrəyliyi  Oyunlarına  biletlərin  satışı, 
eləcə  də  idman  sessiyaları,  Açılış  və  Bağlanış  mərasimləri  haqqnda 
təfsilatlı məlumat iTicket lövhəsində əks etdirilmişdi. 
Tədbirdə həyata keçirilən müsabiqələr də iştirakçılara həyəcanlı 
anlar yaşatdı və mübarizədə qalib gələnlərə hədiyyələr verildi. 
Tədbirin sonunda bir qrup gənclər Oyunlarla bağlı fleşmob təq-
dim  etdi.  Fleşmobda  50-dən  artıq  gənc  iştirakçı,  Oyunlarda  iştirak 
edəcək ölkələrin bayraqları ilə səhnəyə çıxdılar və “Bakı sizi gözləyir” 
ismarıcını verdilər. 


 
 
202 
                                                  https://www.baku2017.com/az 
 
İslam Həmrəylik Oyunlarının açılış mərasimi mayın 12-si Bakı 
Olimpiya Stadionunda olacaqdır. 
İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6000-ə yaxın 
idmançısının mübarizə aparacağı nəzərdə tutulmuşdur. 
İslam  Həmrəylik  Oyunlarında  yarışların  keçiriləcəyi  idman 
növləri və yerləri aşağıdakılardır: 
Atletika və Para Atletika Bakı Olimpiya Stadionu – 
(Kişilər və Qadınlar 
Su idman növləri Suya tullanma- Bakı Akvatika Mərkəzi – 
(Kişilər və Qadınlar) 
Su idman növləri Üzgüçülük - Bakı Akvatika Mərkəzi – 
(Kişilər və Qadınlar) 
Su idman növləri Vaterpolo Arenası- (Kişilər) 
Basketbol 3x3 Bakcell Arena- ( Kişilər və Qadınlar) 
Futbol AZA/BAY/TBS/DAL (Kişilər) 
Bədii gimnastik Milli Gimnastika Arenası ( Kişilər və Qadınlar) 
İdman gimnastikası Milli Gimnastika Arenası- (Qadınlar) 
Uşu Milli Gimnastika Arenası- (Kişilər) 
Stolüstü tennis Bakı İdman Zalı- ( Kişilər və Qadınlar) 
Həndbol Bakı İdman Zalı- ( Kişilər və Qadınlar) 
Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo 
Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar) 
Yunan-Roma güləşi Heydər Əliyev Arenası- (Kişilər) 
Sərbəst güləş Heydər Əliyev Arenası- ( Kişilər və Qadınlar) 
Atıcılıq Bakı Atıcılıq Mərkəzi ( Kişilər və Qadınlar) 
Tennis Bakı Tennis Akademiyası-( Kişilər və Qadınlar) 
Voleybol Kristal Holl 1- ( Kişilər və Qadınlar) 
Boks Kristal Holl 2- (Kişilər) 
Zorxana Kristal Holl 2- (Kişilər) 
Karate Sərhədçi İdman Kompleksi- 
(Kişilər və Qadınlar) 
Taekvondo Sərhədçi İdman Kompleksi- 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə