CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə61/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

 
 
191 
daxil edilmiş Qobustan Milli Parkındakı qaya üzərində tarixi təsvirlərə 
ehtiram  əlaməti  olaraq,  idman  növləri  ilə  eleqant  şəkildə 
birləşdirilmişdir. 
 
İslam Həmrəyliyi Oyunları 
 
2017 İslam Həmrəyli Oyunları 2017-ci ildə Azərbaycanın paytaxtı 
Bakı  şəhərində  12-22  may  tarixləri  arasında  baş  tutması  nəzərdə 
tutulmuşdur.  İdman  oyunlarında  21  idman  növü  üzrə  57  dövlətin               
6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulmuşdur. 
2014-cü ildə 24 iyul tarixində Səudiyyə Ərəbistanın Ciddə şə-hə-
rində  İslam  Həmrəyliyi  İdman  Federasiyasının  8-ci  Baş  Assambleyası 
baş  tutdu.  Assambleyada  Azərbaycan  Respublikası  Milli  Olimpiya 
Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı 2017 İslam Həm-
rəyliyi Oyunlarının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurul-
layeva  və  İslam  Həmrəyliyi  Oyunlarının işçi  qrupunun üzvü Mehman 
Kərimov  Bakı  şəhərinin  təqdimatı  ilə  çıxış  etdi.  Assambleya 
çərçivəsində  "Bakı  2017"  namizədlik  kitabının  təqdimatı  olub.  Daha 
sonra assambleyda səs vermə baş tutdu və tam yekdilliklə Azərbaycan 
2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını ev sahibliyi etmək hüququ 
qazandı. 
 
Təşkilat məsələləri 
 
2015-ci  ildə  7  aprel  tarixində  IV-cü  İslam  Həmrəyliyi  Oyunları 
barəsində müqavilə imzalandı. Azərbaycan Milli Olimpiya Komitəsinin 
vitse-prezidenti Çingiz Hüseynzadə və şahzadə Abdullah Bin Mosaad Bin 
Abdulaziz Alsaud imzaladığı müqaviləyə əsasən IV-cü İslam Həmrəyliyi 
Oyunlarının proqramına 20 idman növü, o cümlədən Azərbaycanın milli 
idman növü olan zorxana əlavə olundu. 
2015-ci ildə 2 noyabr tarixində Azərbaycanın Bakı şəhərində İslam 
Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının iclası 


 
 
192 
baş  tutdu.  Nihat  Ustanın  sədrliyi  ilə  keçirilən  Əlaqələndirmə  Ko-
missiyasının  iclasında  Azərbaycan  adından  Azad  Rəhimov,  Çingiz 
Hüseynzadə Könül Nurullayeva və digər nümayəndələr qatıldı. 
2016-cı  ildə  13  may  tarixində  Bakı  2017  İslam  Həmrəyliyi 
Oyunları Milli Olimpiya Komitəsiləri üçün Açıq Gün baş tutdu. IV-cü 
İslam  Həmrəyliyi  Oyunlarına  hazırlıq  işlərinin  davamı  olaraq  Azər-
baycan  İslam  Həmrəyliyi  Oyunlarının  Əməliyyat  Komitəsi  39  İslam 
dövlətinin Milli Olimpiya Komitəsinin üzvlərini qəbul etdi. 
IV İslam Həmrəyliyi Oyunlarına İslam Həmrəyliyi İdman Fede-
rasiyasına üzv olan 57 dövlətin qatılması nəzərdə tutulur. 
 
Mehriban Əliyeva: 
 
"IV  İslam  Həmrəylik  Oyunları  da  müstəqil  Azərbaycanınin 
növbəti qələbə kimi daxil olacaq" 
 
2017-ci  ildə  Bakıda  keçiriləcək  IV  İslam  Həmrəylik  Oyunlarının 
Təşkilat  Komitəsinin  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası keçirilmişdir. 
Azərbaycanın  birinci  xanımı,  Təşkilat  Komitəsinin  sədri 
Mehriban Əliyeva çıxış etmişdir: 
Hörmətli cənab Prezident. 
Hörmətli iclas iştirakçıları. 
İlk növbədə, cənab Prezident, bizə göstərdiyiniz yüksək etimada 
görə  Təşkilat  Komitəsinin  bütün  üzvləri  adından  Sizə  dərin  min-
nətdarlığımı  çatdırıram.  Sizi  əmin  edirəm  ki,  Təşkilat  Komitəsi  IV 
İslam  Həmrəylik  Oyunlarının  ən  yüksək  səviyyədə  hazırlanıb  ke-
çirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Biz çalışacağıq ki, Sizin 
və  Azərbaycan  xalqının  yüksək  etimadını  doğruldaq  və  Oyunlar  ən 
yüksək səviyyədə keçirilsin. 
Bu günə qədər ölkəmizdə bir çox böyük miqyaslı beynəlxalq təd-
birlər keçirilib. O cümlədən, əlbəttə, bu il böyük uğurla keçirilən birinci 
Avropa  Oyunlarını  qeyd  etmək  istəyirəm.  Bütün  bu  tədbirlər  Azər-
baycanın  gücünü,  potensialını  və  təşkilatçılıq  qabiliyyətini  göstərdi. 


 
 
193 
Həm  Siz,  həm  Azərbaycan  xalqı,  həm  Oyunlarda  iştirak  edən  id-
mançılar, həm də qonaqlar Oyunların çox yüksək səviyyədə hazırlan-
masını  qeyd  etdilər.  Ümumi  fikrə  görə,  bu  Oyunlar  Yay  Olimpiya 
Oyunları səviyyəsində hazırlanmışdı. Əminəm ki, IV İslam Həmrəylik 
Oyunları  da  eyni  səviyyədə  hazırlanıb  keçiriləcək  və  müstəqil 
Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. 
Əlbəttə, Təşkilat Komitəsi birinci Avropa Oyunlarının hazırlan-
ması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəylik 
Oyunlarının  da  hazırlığında  biz  həmin  prinsiplərlə  çalışacağıq, 
işləyəcəyik.  Biz  çalışacağıq  ki,  ilk  növbədə  Azərbaycan  xalqı  üçün 
növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq 
ki,  ölkəmizə  gələn,  Oyunlarda  iştirak  edən  hər  bir  idmançı,  hər  bir 
qonaq özünü çox rahat, öz evindəki kimi hiss etsin. 
Bildiyiniz kimi, 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının 
Ciddə  şəhərində  İslam  Həmrəyliyi  İdman  Federasiyasının  VIII  Baş 
Assambleyasında  səsvermə  zamanı  Azərbaycanın  2017-ci  ildə  IV 
İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul 
edilmişdir.  Səsvermədə  57  üzv  ölkənin  nümayəndələri  iştirak  et-
mişdilər. Qərar yekdilliklə qəbul edilmişdir. Assambleyanın qərarı bir 
daha göstərdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman 
ölkələri sırasında öz layiqli yerini tutmuşdur. 
İndi isə icazənizlə IV İslam Həmrəylik Oyunlarının Bakıda ke-
çirilməsi  ilə  bağlı  hazırlıq  işləri  haqqında  Sizə  məlumat  verim.  Əv-
vəlcədən deməliyəm ki, Oyunların keçirilməsinə müəyyən vaxtın oldu-
ğunu  və  bir  çox  danışıqların  davam  etdiyini  nəzərə  alaraq,  bu  gün 
səsləndirilən göstəricilər dəyişə bilər. 
IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin may ayında keçiril-
məsi  nəzərdə  tutulur.  Bu  Oyunlarda  57  İslam  ölkəsinin  nümayəndə-
lərinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə 
yarışların aparılması planlaşdırılır. Yarışlara 5 mindən çox idmançının 
qatılacağı nəzərdə tutulmuşdur. Oyunlar çərçivəsində paralimpiya üzrə 
paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, 
bu  Oyunları  fərqləndirən  digər  cəhətlərdən  biri  qeyri-ənənəvi  idman 
növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq. Bu 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə