CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə60/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

 
 
188 
Fürsətdən istifadə edərək, IV İslam Həmrəyliyi Oyunlarının ha-
zırlanmasında  xüsusi  rol  oynayan  Təşkilat  Komitəsinə,  onun  bütün 
üzvlərinə  və  Komitənin  sədri  Mehriban  Əliyevaya  da  təşəkkürümü 
bildirmək istəyirəm. 
Bir  aydan  bir  qədər  sonra  57  ölkəni  təmsil  edən  3  mindən çox 
idmançı  Azərbaycanda  yarışacaq.  Biz  bütün  qonaqları  qəbul  etməyə 
hazırıq, onları səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlar-
da 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində 
bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi 
nümayəndə,  qonaq  ölkəmizə  gələcək.  Əminəm  ki,  qonaqların  ölkə-
mizlə, onun reallıqları ilə, bizim  qədim tariximizlə tanış olmaq üçün 
imkanları olacaqdır. 
Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir dövlətdir. 
Bizim  mədəniyyətimiz,  tariximiz  qürur  mənbəyimizdir,  milli  sər-
vətimizdir. Qədim tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut 
edir  ki,  Azərbaycan  xalqı  qədim  xalqdır  və  ta  qədim  dövrlərdən  bu 
diyarda  yaşayıb,  qurub-yaradıb.  Azərbaycan  qədim  müsəlman 
diyarıdır.  Biz  fəxr  edirik  ki,  dünyanın  ən  qədim  məscidlərindən  biri 
olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir. Bu məscid bir neçə 
il bundan əvvəl əsaslı bərpa edilmiş və qapılarını Azərbaycan xalqının 
üzünə açmışdır. Əminəm ki, qonaqlar Bakının və digər bölgələrimizin 
tarixi yerləri ilə tanış olacaqlar. 
Oyunların keçirilməsində könüllülərin rolu xüsusi əhəmiyyət da-
şıyır.  Şadam  ki,  bu  Oyunların  keçirilməsində  8  mindən  çox  könüllü 
iştirak edəcək. Onlarsız bu Oyunları keçirmək qeyri-mümkündür. 
Qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil 
dövlət kimi yaşayır. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 
25  illiyini  qeyd  etmişik.  Bu  illər  inkişaf,  quruculuq  illəri  olmuşdur. 
Hesab  edirəm  ki,  Azərbaycan  tarixdə  heç  vaxt  indiki  qədər  güclü 
olmamışdır.  Azərbaycan  beynəlxalq  aləmdə  böyük  nüfuza  malikdir. 
Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə 
dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına 
üzv olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin 
təzahürüdür. 


 
 
189 
Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. İşsizlik beş 
faiz  səviyyəsindədir.  Son  13  il  ərzində  iqtisadiyyatımız  üç  dəfə  art-
mışdır. Savadlılıq 100 faiz səviyyəsindədir. Bütün bunlar bu gün ölkə-
mizin  sürətli  inkişafını  əks  etdirir.  Bizim  şəhərlərimiz  gözəlləşir, 
abadlaşır.  Bakı  şəhəri  dünyanın  ən  gözəl  şəhərlərindən  birinə  çev-
rilmişdir.  Biz  İslam  həmrəyliyi  üçün  çox  böyük  işlər  görürük. 
Ölkəmizdə  İslam  Əməkdaşlıq  Təşkilatının  xətti  ilə  bir  çox  mötəbər 
tədbirlər həyata keçirilmişdir. Biz İslam mədəniyyətini dünyada təbliğ 
etmək  üçün  çoxsaylı  tədbirlər,  təqdimatlar,  sərgilər  keçiririk.  Biz 
istəyirik ki, bütün dünya bilsin və görsün ki, İslam sülh dinidir, mərhə-
mət dinidir. Bizim qədim mədəniyyətimiz var və biz mədəniyyətimizlə 
fəxr edirik. 
Bu il  Azərbaycanda  "İslam Həmrəyliyi  İli" elan edilmişdir.  Bu 
da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün 
tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman 
ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn 
ay  keçiriləcək  Oyunlar  həm  böyük  idman  bayramı  olacaq,  həm  də 
bizim dostluğumuzu  əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün 
ərzində  Bakıda  öz  təmsilçiləri  vasitəsilə  bir-biri  ilə  sıx  əlaqələr 
quracaq,  bir-birinin  əlini  sıxacaqlar.  Biz  Bakıda  bütün  dünyaya 
nümayiş etdirəcəyik ki,  İslam  aləmi birdir və bizim birliyimiz bizim 
gücümüzü artırır. 
Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib. Bizim 
müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı  
keçirməyə imkan yaradır. Bakıda ən müasir idman qurğuları isti-
fadəyə verilib. Eyni zamanda, bizim digər şəhərlərdə 40-dan çox müa-
sir  Olimpiya  İdman  kompleksi  fəaliyyət  göstərir  və  bu,  özlüyündə 
idmana  olan  marağı  artırır.  Gənc  nəsil,  uşaqlar,  yeniyetmələr  idman 
bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Biz görkəmli idman-
çılarımızla fəxr edirik. 
Bizim artıq bir çox Olimpiya çempionumuz var. Azərbaycan mö-
təbər beynəlxalq idman yarışlarında daim yüksək nəticələr göstərir. İki 
il  əvvəl  Bakıda  keçirilmiş  birinci  Avropa  Oyunlarında  Azərbaycan 
idmançıları 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə 


 
 
190 
layiq görülmüşlər. Təsəvvür edin, bütün Avropa ölkələrinin iştirakı ilə 
keçirilmiş  Oyunlarda  Azərbaycan  komandası  ikinci  yerə  layiq 
görülmüşdür. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri göstərdi ki, 
bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan 18 
medal  qazanmışdır  və  medalların  sayına  görə  biz  dünya  miqyasında 
14-cü  yerdəyik.  Baxın,  cəmi  25  il  müstəqil  ölkə  kimi  yaşayan 
Azərbaycan  medalların  sayına  görə  iki  yüz  ölkə  arasında  14-cü  yerə 
layiq görülmüşdür. Avropa ölkələri arasında isə biz yeddinci yerə layiq 
görüldük. Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri 
arasında birinci yerdə idi. Bu, bizi sevindirir və ruhlandırır. Bu, gənc, 
müstəqil 
Azərbaycan 
dövlətinin 
gücünü, 
idmançılarımızın 
vətənpərvərliyini göstərir. Hər dəfə bayrağımız beynəlxalq yarışlarda 
qaldırılanda  hər  bir  vətənpərvər  Azərbaycan  vətəndaşı  haqlı  olaraq 
qürur hissi keçirir. 
Əziz dostlar, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat 
deməkdir.  Təbiət  və  insan  susuz  yaşaya  bilməz.  Azərbaycan  füsunkar 
təbiətə  malik  bir  ölkədir.  Gözəl  göllərimiz,  çaylarımız,  bulaqlarımız, 
şəlalələrimiz,  gözəl  Xəzər  dənizimiz  bizim  təbii  sərvətimizdir.  Bu  gün 
Xəzərin  sahilindən  ölkəmizin  müxtəlif  istiqamətlərinə  böyük  səyahət 
başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab 
edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz 
su kimi aydın, niyyətimiz su kimi təmiz olsun. 
                                                            Milli.Az
 
 
 
 
İslam Hərəyliyi Oyunlarının loqosu 
 
Bakıda  2017-ci  ildə  keçiriləcək  İslam  Həmrəyliyi  Oyunlarının 
loqosu  İslam  dövlətlərinin  tarixini,  irsini  və  mədəniyyətini  özündə 
birləşdirir. 
Brenddə  isə  islam  dünyasının  sənətkarlığını,  mədəniyyətini  və 
çoxəsrlik ənənələrini əks etdirən qalın rəng palitrasından istifadə olun-
muşdur.  Xalça  kombinasiyasındakı  elementlər  Azərbaycan  irsini 
simvolizə edir. Bu elementlərUNESCO-nun ümumdünya irs siyahısına 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə