CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə62/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

 
 
194 
idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır 
atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, 
voleybol, futbol, karate və sair daxildir. 
IV İslam Həmrəylik Oyunlarına hazırlığın ilkin mərhələsində ya-
rışların keçirilmə yerləri müəyyən edilmişdir. Yarışlar ölkəmizdə möv-
cud  olan  idman  obyektlərində  keçiriləcək.  Bunlar  Bakı  Olimpiya  Sta-
dionu,  Tofiq  Bəhramov  adına  Respublika  Stadionu,  Bakı  Su  İdmanı 
Sarayı,  Bakı  İdman  Sarayı,  "Baku  Crystall  Hall",  Bakı  Tennis 
Akademiyası,  Heydər  Əliyev  adına  İdman  Arenası,  "Bakcell  Arena", 
Bakı  Atıcılıq  Mərkəzi,  Bakı  Ekspo  Mərkəzidir.  Beləliklə,  ilk  Avropa 
Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən 
bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin 
tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur. 
IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış məra-
simləri Olimpiya Stadionunda keçiriləcəkdir. 
Müxtəlif  idman  növləri  üzrə  yarışların  keçiriləcəyi  idman 
obyektləri haqqında ilkin təklifləri diqqətinizə çatdırmaq istərdim. Belə 
ki, güləş və cüdo  Heydər Əliyev adına İdman Arenasında, voleybol, 
boks, taekvondo, karate "Baku Crystall Hall"da, üzgüçülük Su İdmanı 
Sarayında, stolüstü tennis Bakı İdman Sarayında, tennis Bakı Tennis 
Akademiyasında,  atıcılıq  Bakı  Atıcılıq  Mərkəzində,  basketbol, 
həndbol, ağır atletika Bakı Ekspo Mərkəzində, futbol yarışlarının isə 
Olimpiya Stadionunda və "Bakcell Arena"da keçirilməsi planlaşdırılır. 
Oyunlarda  iştirak  edəcək  idmançıların  Atletlər  Kəndində 
yerləşdirilməsi  nəzərdə  tutulur.  Media  Kəndində  kütləvi  informasiya 
vasitələrinin  nümayəndələri  yerləşdiriləcək.  Bir  daha  qeyd  etmək 
istəyirəm,  birinci  Avropa  Oyunları  zamanı  əldə  etdiyimiz  təcrübə 
göstərir  ki,  yeni  yaradılmış  Atletlər  Kəndi  ən  yüksək  səviyyədə 
çalışırdı  və  orada  yaşayan  hər  bir  idmançı  çox  yüksək  rəylə  bütün 
hazırlığı qeyd etmişdir. 
Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda du-
ran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq Oyunlar haq-
qında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanacaqdır. 


 
 
195 
Dünya  mediasında  İslam  Həmrəylik  Oyunlarının  keçirilməsi  barədə 
informasiya yayılması nəzərdə tutulur. 
Hörmətli cənab Prezident, birinci Avropa Oyunlarının ölkəmizdə 
keçirilməsi  bizə  əvəzedilməz  təcrübə  qazandırdı  və  növbəti  tədbirlər 
üçün idarəetmə, təşkilati  və logistika  işləri, kommunikasiya, informa-
siya, şəffaflıq və sair sahələrdə çox yüksək tələbləri formalaşdırdı. Av-
ropa  Oyunlarının irsi  IV  İslam  Həmrəylik  Oyunlarının keçirilməsi ilə 
bağlı  qarşıda  duran  təhlükəsizlik,  nəqliyyat  təminatı,  digər  texniki  tə-
minat  və  təşkilati  məsələlərin  həllinin  zəminini  yaratmışdır.  Odur  ki, 
əsas  məqsəd  bu  zəmində  yarışlara  yüksək  səviyyədə  hazırlaşmaqdan, 
bütün  mövcud  idman  obyektlərini  yarışmalar  üçün  tam  şəkildə  ha-
zırlamaqdan  və  milli  yığma  komandanın  Oyunlara  hazırlığından  iba-
rətdir. Qeyd etmək lazımdır ki, qarşıda duran məsələlərdən biri də qısa 
müddət  ərzində  açılış  və  bağlanış  mərasimlərinin  ideyasının  forma-
laşdırılması,  texniki  məsələlərin  həlli,  o  cümlədən  medalların  və  lo-
qotipin eskiz layihələrinin və dizaynının hazırlanması işlərinin başlan-
masıdır. Bu mötəbər idman yarışlarının yayımı xüsusi əhəmiyyət kəsb 
edir.  Tədbirin  yayım  hüququnun  verilməsi  ilə  bağlı  hazırda  müvafiq 
təşkilatlarla  danışıqlar  aparılır.  Beynəlxalq  və  yerli  sponsorların  cəlb 
edilməsi istiqamətində də işlər görülür. Oyunlar keçiriləcəyi müddətdə 
Azərbaycana  gələcək  çoxsaylı  idmançıların,  rəsmi  nümayəndə 
heyətlərinin,  turistlərin  və  qonaqların  yerləşdirilməsi  üçün  Bakıda  və 
Abşeronda mövcud olan otellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Bu 
sahədə heç bir problem gözlənilmir. 
İslam  Həmrəylik  Oyunlarında  gənclərin  könüllü  qismində  cəlb 
edilməsi geniş yer tutacaq. Cənab Prezident, Siz qeyd etdiniz ki, birinci 
Avropa  Oyunları  zamanı  Azərbaycan  gəncləri,  könüllüləri  öz  ba-
carıqlarını  çox  yüksək  səviyyədə  nümayiş  etdirdilər.  Bütün  qonaqlar 
dəfələrlə  bizim  gənclərin  peşəkarlığı,  vətənsevərliyi  haqqında  danı-
şırdılar.  Əlbəttə,  İslam  Həmrəylik  Oyunlarının  təşkilati  işlərində  kö-
nüllülərin  aktiv  fəaliyyəti  nəzərdə  tutulur.  İlkin  hesablamalara  görə, 
Oyunlara təxminən 10 min nəfər könüllü cəlb ediləcəkdir. 
Oyunların yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq qu-
rumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Hazırda 


 
 
196 
yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir 
qurumun vəzifəsini müəyyənləşdirən geniş Tədbirlər Planı hazırlanır. 
Həmin  Tədbirlər  Planı  qısa  müddət  ərzində  Sizin  diqqətinizə  təqdim 
olunacaqdır. 
Cənab  Prezident,  sonda  bir  daha  bizə  göstərdiyiniz  yüksək  eti-
mada  görə  Sizə  dərin  minnətdarlığımı  bildirirəm.  Fürsətdən  istifadə 
edərək, Sizi və bütün Azərbaycan xalqını müqəddəs Qurban bayramı 
münasibətilə təbrik edirəm. Çox sağ olun 
                                    
 
     “Bakıda İslam həmrəyliyi yarışları keçiriləcək” 
                                                       Təranə Xudabəxşiyeva 
“Azərbaycanın qısa zamanda dünyada idman ölkəsi kimi tanın-
ması  ilk  Avropa  Olimpiya  oyunlarının  məhz  Bakıda  keçirilməsini 
şərtləndirdi” 
Azərbaycan Olimpiya oyunlarının  tarixini şərti olaraq dörd dövrə 
bölmək olar:  
1)  Azərbaycan  idmançılarının  SSRİ  yığma  komandası  tərkibində 
Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952-1988); 
2) Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibin-
də iştirak etdiyi dövr (1988-1992); 
3) Azərbaycan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərə-
katına (BOH) qoşulduğu dövr (1992-1997); 
4)  Olimpiya  hərəkatının  canlanma  dövrü  -  yeni  dövr  (1997-
2011). 
Azərbaycan idmançıları SSRİ Olimpiya komandasının tərkibində 
Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gü-
müş  və  7  bürünc  medal  qazanmışlar.  Sərbəst  üsulla  güləşçi  R.Məm-
mədbəyovun  1952-ci  il  Helsinki  Olimpiadasında  qazandığı  gümüş 
medal  Azərbaycan  idmançılarının  Olimpiya  Oyun-larında  ilk  uğuru 
kimi  qiymətləndirilməlidir.  1992-ci  il  Barselona  Olimpiadasında 
Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) yığma komandasında 
cəmi  5  nəfər  idmançı  ilə  təmsil  olunsa  da,  idmançılarımızdan  ikisi 
N.Hüseynov  (cüdo),  V.Belinki  (gimnast)  yüksək  nəticələr  göstərərək 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə