CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə63/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

 
 
197 
Olimpiya  çempionu  adına  layiq  görülmüşdülər.  1992-ci  ildə  Milli 
Olimpiya Komitəsinin (MOK) yaradılması və onun BOK-un tərəfindən 
tanınması ilə ölkənin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. 
Artıq Azərbaycan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya 
Hərəkatına  (BOH)  qoşularaq,  öz  idman  potensialını  tam  nümayiş 
etdirmək imkanı  əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996-cı il At-
lanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası 
ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış 
etdi.  197  ölkənin  iştirak  etdiyi  bu  oyunlarda  gənc  Azərbaycan 
Respublikasının  61-ci  yeri  tutması  idmanımızın  uğuru  sayıla  bilər. 
Sərbəst  üsulla  güləşən  N.  Abdullayevin  həmin  yarışlarda  qazandığı 
gümüş  medal  isə  Azərbaycan  Respublikasının  Milli  Olimpiya 
komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır. 
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev komitənin 
fəaliyyətində  müsbət  istiqamətdə  əsaslı  dönüş  yarada  bilmiş,  ölkə-
mizdə  Olimpiya  Hərəkatının  sürətli  inkişafına  təkan  vermiş  və  onun 
Beynəlxalq  Oyunlarının  Hərəkatına  fəal  qoşulmasını  təmin  etmişdir. 
Azərbaycan  MOK-u  ölkədə  Olimpiya  Hərəkatının  və  idmanının 
inkişafı  ilə  bağlı  məqsədyönlü,  ardıcıl  fəaliyyət  göstərərək,  qısa 
müddət ərzində uğurlu göstəricilər əldə etmişdir. 
İdmançıları  Sidney  şəhərində  keçirilən  XXVII  Yay  Olimpiya 
Oyunlarına yüksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlar-
da  iştirakını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan  Respublikası  Pre-
zidentinin yanvar 1998-ci il 20 yanvar tarixli sərəncamı MOK-un daha 
məqsədyönlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq 
işlərinin  vaxtında  və  dövlət  səviyyəsində  aparılması  nəticəsində 
Azərbaycan idmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVII Yay 
Olimpiya Oyunlarında (YYO) iştirak etdi (2000). 
Avstraliyanın Sidney şəhərində keçirilən XXVIII YOO Azərbay-
can  idmançıları  yüksək  nəticələr  göstərdilər  (15.IX.2000).  Z.Mef-
tahəddinova  (stend  atıcılığı)  və  N.Abdullayev  (sərbəst  güləş)  qızıl, 
V.Ələkbərov  (boks)  bürünc  medal  qazandılar.  199  ölkənin  iştirak 
etdiyi Sidney Olimpiadasında Azərbaycan 34-cü yeri, Avropa ölkələri 
arasında  isə  23-cü  yeri  tutması  idmançılarımızın  böyük  qələbəsi  idi. 


 
 
198 
Azərbaycan  idmançılarının  XXVIII  Yay  Olimpiya  Oyunlarına 
hazırlığının  daha  yüksək  səviyyədə,  mütəşəkkil  formada  təşkil  və 
təmin  edilməsinə  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyevin  imzaladığı  "XXVIII  Yay  Olimpiya  Oyunlarına  hazırlıq 
haqqında" sərəncamı əsas zəmin yaratmış oldu (05.VI.2003). 
XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idman-
çıdan  38  nəfəri  oyunlarda  iştirak  etmək  şərəfinə  nail  ola  bilmişdir. 
Onlardan 36 nəfəri lisenziya, iki nəfəri isə üzgüçülük idman növü üzrə 
Beynəlxalq  Federasiyanın  qərarı  ilə  xüsusi  buraxılışla  (vayld-kart) 
oyunlarda iştirak etmək hüququ qazanmışlar. Respublika XXVIII Yay 
Olimpiya  Oyunlarında  idmanın  12  növü  üzrə  38  idmançı  ilə  təmsil 
olundu.  XXVII  Sidney  Olimpiya  Oyunları  ilə  müqayisədə  bu 
oyunlarda  ölkə  3  yeni  idman  növü  -  bədii  gimnastika,  taekvondo, 
qılıncoynatma  və  daha  çox  idmançı  ilə  yarışlara  qatılmışdı.  XXVIII 
Yay Olimpiya Oyunlarında Azərbaycanın milli olimpiya komandası 1 
qızıl  və  4  bürünc  medal  qazanaraq  202  iştirakçı  dövlət  arasında 
medalların sayına görə 37, keyfiyyətinə görə 50-ci yeri tuta bilmişdir. 
XXVIII Yay Olimpiya Oyunlarında (1952-2004) 140 idmançı işti-
rak etmişdir. 15 qızıl, 12 gümüş, 13 bürünc medal qazanılmışdır. Müstəqil 
Azərbaycan idmançıları Yay Olimpiya Oyunlarında 9 medal qazanmışlar 
(o cümlədən 3 qızıl, 1 gümüş, 5 bürünc). 2007-ci ildə respublikamızda 36 
beynəlxalq  yarış  təşkil  olunmuşdur.  Cari  ilin  7  ayı  ərzində  isə  artıq  18 
beynəlxalq  yarış  keçirilmişdir.  Müstəqillik  dövründə  respublikada 
fəaliyyət  göstərən  idman  qurğuları  və  bədən  tərbiyəsi  sağlamlıq 
komplekslərinin  sayı  9  mini  ötmüşdür.  Müstə-qillik  qazandıqdan  sonra 
Azərbaycan idmançıları Avropa, dünya və kubok yarışlarında 2615 medal 
qazanmışlar: (897 qızıl, 705 gümüş, 1013 bürünc). 
Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbay-
can həm də bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Azərbaycanda 
keçirilən  Avropa,  dünya  çempionatları  silsilə  xarakter  daşıyır.  Hər  il 
ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. bu 
kimi  idman  növləri  üzrə  dünya  və  qitə  çempionatları,  Olimpiya 
Oyunlarının  lisenziya  turnirləri  keçirilir.  Ümumilikdə  son  10  ildə 
Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilmişdir. 


 
 
199 
Beləliklə, bu dəfəki müsahibimiz peşəkar idmançı, taekvando id-
man  növü  üzrə  milli  hakim Təranə  Xudabəxşiyevadır.  Onunla  Azər-
baycanın  dünyada  idman  ölkəsi  kimi  tanınması,  idman  sahəsində 
beynəlxalq əməkdaşlıq və digər mövzulardan danışdıq. 
Azərbaycanın  idman  tarixini  və  onun  dünya  tərəfindən  qəbul 
edilməsi prosesini hansı mərhələlərə bölmək olar? 
Azərbaycanın  ən  yaxın  idman  tarixini  2  hissəyə  bölmək  olar. 
Müstəqilliyə  kimi  SSRİ-nin  tərkibində  olan  Azərbaycan  idmanı  və 
müstəqillik əldə edəndən sonra olan Azərbaycan idmanı. Azərbaycan 
idmançıları  SSRİ  tərkibində  də  kifayət  qədər  uğurlu  idmançılarla 
dünyada uğurlar qazanıb, amma müstəqillik əldə etdikdən və ulu öndər 
Heydər  Əliyev  hakimiyyətə  gəldikdən  sonra  idmana  və  idmançılara 
xüsusi  diqqət  və  qayğısı  sayəsində,  eyni  zamanda  Prezident  İlham 
Əliyevin  hal-hazırda  uğurlu  siyasəti  nəticəsində  Azərbaycan  qısa  bir 
zamanda bütün dünyaya idman ölkəsi kimi tanındı. 
İlk Avropa Oyunlarının köklü Avropa ölkələrindən birinin deyil, 
məhz gənc bir dövlətin paytaxtında keçirilməsi əksər müşahidəçilərin 
təəccübünə səbəb oldu. Sizcə, avropalıların belə bir qərara gəlməsinə 
hansı amillər rəvac verdi? 
Əslində birinci belə möhtəşəm oyunların keçirilməsi üçün hər bir 
Avropa ölkəsi mübarizə aparırdı. Dediyim kimi, qısa zamanda Azər-
baycanın idman ölkəsi kimi dünyada tanınması 2015-ci il ilk Avropa 
Olimpiya  oyunlarının  Azərbaydanda  keçirilməsinə  şərait  yaratdı. 
Başqa  Avropa  ölkələrinin  narazı  qalmasına  gəldikdə  isə,  bu  normal 
haldır.  Açıq  mübarizədə  belə  bir  tarixi  şansı  qaçırdıqları  üçün 
məyusluqla şikayət edirlər. 
Ümumiyyətlə, "Bakı-2015" Azərbaycana nə qazandıracaq? 
Bir faktı deyim. Dünyada əsrlərlə məşhur olan, 4 ildən bir keçi-
rilən olimpiya oyunları haqqında danışılanda Yunanıstan, Afina yada 
düşür. Və Yunanıstanda ilk qaydaları necə qoymuşdularsa, əsrlərlə bu 
qaydalar  davam  edir.  Azərbaycan  dünya  idman  tarixinə  ilk  Avropa 
olimpiya  oyunlarının  ev  sahibi  kimi  düşəcək.  Biz  bu  olimpiya 
oyunlarını  necə  keçirəcəyiksə,  növbəti  illərdə  digər  ölkələr  həmin 
qaydalara riayət edəcək. Digər tərəfdən bir daha bütün dünyanın nəzəri 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə