CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə59/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

 
 
184 

 
Yusifqızı,  Reyhan.  Zamanın  ə  Lindqren,  Astrid.  Damda  yaşayan 
Karlson  /  A.  Lindqren  ;  tərc.  Ə.  Əhmədova. -  Bakı  :  Çaşıoğlu-Multimedia, 
2010. - 152 s. 
 
 
 
İnternet resursları 
 
 
https://az.trend.az/azerbaijan/interestingly/2098949.html 
https://yle.fi/aihe/artikkeli/2016/04/18/kuka-hans-christian-
andersenin-satuhahmo-olet 
http://search.monstercrawler.com/monster32/search/web?q=han+chri
stian+andersen 
http://search.monstercrawler.com/monster32/search/web?aid=0f2466
9d-3790-45b9-a909-
1eb556b5783d&ridx=1&q=hans%20christian%20andersen%20dvd&
fcoid=1498&fcop=right&om_nextpage=True&fpid=2&qlnk=True&s
s=t
 (
Hans Christian Andersen - Drama DVD) 
https://www.google.az/search?q=https://yle.fi/aihe/artikkeli/2016/04/
18/kuka-hans-christian-andersenin-satuhahmo-
olet&client=opera&hs=XL6&tbm=isch&tbo=u&source=univ&sa=X
&ved=0ahUKEwiB6ZTt5bHZAhUFDuwKHQZoBjEQ7AkIPw&biw
=1370&bih=636 
 
 
İstifadə edilən ədəbiyyat 
 
1.
 
C.Cabbarlı  adınaRespublika  Gənclər  kitabxanasının  elektron 
kataloqu 
2.
 
İnternet resursları 
 
         Beynəlxalq uşaq kitabı günü / tərt. Y. Z. Sadıqlı. - Bakı : 
C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanası,  2017.  –  9  s.  - 
ryl.az@mail.ru. 
 


 
 
185 
İSLAM HƏMRƏYLİYİ 
OYUNLARI 
2017-ci ilin Azərbaycan Respublikasında 
“İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 
 
Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mər-
kəzlərindən  biri  olmuşdur.  O,  İslam  dininin  yayılmasında  və  eyni  za-
manda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamış-
dır.  Bütün  bunlar  Azərbaycan  ərazisində  ilk  vaxtlardan  İslam  dininin 
maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır. 743-cü 
ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan 
qədim əlyazmalar bunun bariz nümunəsidir. 
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbay-
canında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 
2000-i ötüb keçmişdir. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni 
abidə  kimi  qorunur.  Azərbaycan  dövlətinin  İslam  dini  dəyərlərinə 
qayğısı  sayəsində  son  illər  ərzində  İslam  mədəniyyətinin  qiymətli 
abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri 
və  Gəncə  şəhərindəki  “İmamzadə”  kompleksi  əsaslı  şəkildə  yenidən 
qurularaq  təmir  olunmuş,  ölkəmizin  paytaxtında  Cənubi  Qafqazın  ən 
möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir. 
Azərbaycan  Respublikası  İslam  Əməkdaşlıq  Təşkilatının, 
İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər 
qurumların  üzvü  seçilərək  İslam  aləmi  ilə  qarşılıqlı  faydalı  mü-
nasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forum-
ların təşkilatçısı kimi çıxış etmişdir. 
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikultu-
ralizmin,  mədəniyyətlərarası  və  sivilizasiyalararası  dialoqun  qurulma-
sına,  islam  dəyərlərinin  dünyada  təbliğinə  böyük  töhfələr  vermişdir. 
Azərbaycanın  İslam  aləmində  qazandığı  nüfuz  2009-cu  ildə  Bakı  və 
2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan 


 
 
186 
olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 
2017-ci  ildə  Bakı  şəhərində  keçirilməsi  ilə  bağlı  qərar  isə  ölkəmizin 
İslam  həmrəylinin  möhkəmləndirilməsi  sahəsində  növbəti  əməli 
addımlar atması üçün əlverişli şərait yaradır. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddə-sinin 
32-ci bəndini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar olmasında 
Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin 
etmək məqsədi ilə qərara alıram: 
1. 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” 
elan edilsin. 
2.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  2017-ci  ilin 
Azərbaycan  Respublikasında  “İslam  Həmrəyliyi  İli”  elan  edilməsinə 
dair  tədbirlər  planını  bir  ay  müddətində  hazırlayıb  Azərbaycan  Res-
publikasının Prezidentinə təqdim etsin. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 10 yanvar 2017-ci il 
 
«Bakı-2017"  IV  İslam  Həmrəyliyi  Oyunları  həm  böyük 
idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək» 
                                                                      İlham Əliyev 
                                                Azərbaycan Respublikası Prezidenti  
http://ru.president.az 
    « IV İslam Həmrəyliyi Oyunları tarixi qələbəmizdir»                                         
                                                                   Mehriban Əliyeva                                          
                           Azərbaycan Respublikasının Birinci vitse-prezidenti 
                                                http://www.mehriban-aliyeva.az/ru/ 
2017-ci il aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində 
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su 
səyahətinə start verilmişdir. 


 
 
187 
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respub-
likasının  Prezidenti  İlham  Əliyev,  "Bakı-2017"  İslam  Həmrəyliyi 
Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə 
üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi 
İdman  Federasiyasının  prezidenti  və  Səudiyyə  Ərəbistanı  Milli 
Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz 
Əl Səud mərasimdə iştirak ediblər. 
Bu il mayın 12-dən 22-dək  Bakıda keçiriləcək IV  İslam  Həm-
rəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mö-
təbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi 
Azərbaycanda döyünəcək. 
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan 
su səyahətinə həsr olunan mərasim Azərbaycan rəqsləri ilə başladı. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə 
çıxış etdi. 
 
Prezident İlham Əliyevin çıxışı 
 
Hörmətli xanımlar və cənablar. 
Gələn ay Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını qəbul edə-
cək. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox 
əlamətdar  hadisədir.  İlk  növbədə,  İslam  Həmrəyliyi  İdman  Fe-
derasiyasına və onun prezidenti cənab Abdullah bin Mosaad bin Əb-
düləzizə və Federasiyanın bütün üzvlərinə IV İslam Həmrəyliyi Oyun-
larının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərara görə 
dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz cənab prezident, Sizin 
və rəhbərlik etdiyiniz Federasiyanın dəstəyini həmişə hiss etmişik və 
şadam ki, Siz bizimlə bərabər bugünkü mərasimdə iştirak edirsiniz. 
IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük 
şərəfdir. Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və 
inamının  təzahürü  kimi  qəbul edirik. Eyni  zamanda,  bu,  bizim  üçün 
böyük məsuliyyətdir və demək olar ki, bütün hazırlıq işləri başa çatıb. 
Biz Oyunları qəbul etmək üçün tam hazırıq. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə