11
yaşayanlar da vardır. Çox istərdik ki, İrəvan Pedaqoji
Məktəbinin məzunlarının hal-hazırda yaşayanları bu
təhsil ocağı barədə məqalələr, xatirələr yazsınlar. On-
ların bu təhsil ocağı barədə yazacaqlarının hər biri
təhsil tariximizin şanlı səhifələrindən olacaqdır. İrəvan
Pedaqoji Məktəbi barədə çox az yazılmışdır. Müqayisə
üçün qeyd edək ki, Qori Müəllimlər seminariyası və
onun Qazax filialı barədə məqalələr, xatirələr vardır. Hə-
min məqalələrin, xatirələrin hər biri Qori Müəllimlər
seminariyası, eləcə də onun Qazax filialı barədə məlumat
almaq baxımından əvəzsizdir. Bu mənada İrəvan Pedaqoji
Məktəbinin məzunları təhsil aldıqları bu müəssisə barədə
məqalələr, xatirələr yazmaqla əvəzsiz bir iş görmüş
olarlar.
Cəlal Allahverdiyevin və Cəfər Cəfərovun bu kitabı
təhsil tariximizdə böyük rol oynamış İrəvan Pedaqoji
Mək təbinin tədqiq edilməsində ilk qaranquşlardan biridir.
Bu istiqamətdə gələcəkdə də tədqiqatların aparılacağına
inanırıq.
Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor