Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   2   3   4   5   6   7   8   9   ...   45

10
köçürülən İrəvan Pedaqoji Məktəbi də məqsədli siyasə tin 
qurbanı oldu. Bütün bunlar onu təsdiq edir ki, Ermənistan 
SSRİ-də  yaşamış  yerli,  aborigen  azərbaycanlıların  təh-
sil  tarixinin  araşdırılmasına  bir  zərurət  vardır.  Məhz 
Cəlal Allahverdiyevin və Cəfər Cəfərovun tədqiqatı bu 
zərurətin  tələbləri  ilə  bağlıdır.  Onların  bu  tədqiqatının 
dəyəri və faydası əvəzsizdir.
Kitabda  İrəvan  Pedaqoji  Məktəbinin  görkəmli  mə-
zun larından bir qisminin yığcam həyat və fəaliyyəti də 
öz əksini tapmışdır. Bu da oxucu üçün çox maraqlıdır. 
Ona görə ki, oxucu həmin məzunların kimliyini bilməklə 
bir daha İrəvan Pedaqoji Məktəbi barədə məlumatlarını 
dərinləşdirə  biləcəkdir.  Həmin  məzunlardan  akademik 
Budaq  Budaqov,  AMEA-nın  müxbir  üzvü  Zərifə 
Budaqova,  prof.Əli  Fərəcov,  prof.Yusif  Yusifov,  prof.
Abbas  İsmayılov,  prof.  Nəriman  Əliyev,  prof.  Fər had 
Fərhadov,  prof.Cəfər  Cəfərov,  prof.  Süleyman  Məm-
mədov, hüquq elmləri namizədi Nəriman Yusifov, fəlsəfə 
elmləri namizədi, dosent Sabir Səfərov, pedaqoji elmlər 
namizədi,  dosent  Nəriman  Kazımov,  fizika-riyaziyyat 
elmləri  namizədi,  dosent  Qasım  Mustafayev,  əməkdar 
rəssam Cabbar Quliyev, professor Kövsər Tarverdiyeva, 
filologiya  elmləri  namizədi  Zəhra  Əliyeva,  Tapdıq 
Əmiraslanov,  professor  Nəzər  Paşayev,  Əməkdar  mü-
əllim, filologiya elmləri namizədi, dosent Nəcəf Nəcəfov 
və digərlərinin adlarını çəkmək olar. 
İrəvan  Pedaqoji  Məktəbinin  məzunlarının  bir  çoxu 
dünyasını  dəyişmişdir.  Məzunlar  sırasında  hal-hazırda 


11
yaşayanlar  da  vardır.  Çox  istərdik  ki,  İrəvan  Pedaqoji 
Məktəbinin  məzunlarının  hal-hazırda  yaşayanları  bu 
təhsil  ocağı  barədə  məqalələr,  xatirələr  yazsınlar.  On-
ların  bu  təhsil  ocağı  barədə  yazacaqlarının  hər  biri 
təhsil  tariximizin  şanlı  səhifələrindən  olacaqdır.  İrəvan 
Pedaqoji Məktəbi barədə çox az yazılmışdır. Müqayisə 
üçün  qeyd  edək  ki,  Qori  Müəllimlər  seminariyası  və 
onun Qazax filialı barədə məqalələr, xatirələr vardır. Hə-
min  məqalələrin,  xatirələrin  hər  biri  Qori  Müəllimlər 
seminariyası, eləcə də onun Qazax filialı barədə məlumat 
almaq baxımından əvəzsizdir. Bu mənada İrəvan Pedaqoji 
Məktəbinin məzunları təhsil aldıqları bu müəssisə barədə 
məqalələr,  xatirələr  yazmaqla  əvəzsiz  bir  iş  görmüş 
olarlar. 
Cəlal Allahverdiyevin və Cəfər Cəfərovun bu kitabı 
təhsil  tariximizdə  böyük  rol  oynamış  İrəvan  Pedaqoji 
Mək təbinin tədqiq edilməsində ilk qaranquşlardan biridir. 
Bu istiqamətdə gələcəkdə də tədqiqatların aparılacağına 
inanırıq. 
Buludxan Xəlilov, 
    filologiya üzrə elmlər doktoru, professor


12
İRƏVAN  PEDAQOJİ MƏKTƏBİ
1920-ci il noyabr ayının 29-da Ermənistanda sovet 
hakimiyyəti  qurulduqdan  sonra  başqa    respublikalarda 
olduğu  kimi  burada  da  məktəb  və  maarif  probleminə 
münasibət dəyişir. Ermənistan İnqilab Komitəsi 6 dekabr 
1920-ci ildə bütün məktəblərin  dövlət ixtiyarına keçməsi 
haqqında  dekret imzalayır. 1921-ci il dekabr ayının 17-də 
“Ermənistan” Xalq Maarif Komissarlığının verdiyi əmrə 
əsasən  köhnə tipli mək təb lər ləğv olunaraq, məzmunca  
yeni  tipli sovet məktəblərinin  təşkilinə başlandı.
Yeni  tipli  məktəblərin  təşkili  ilə  əlaqədar  olaraq 
1921-ci il aprel ayının 23-də  EXMK-nın verdiyi əmrdə  
göstərilirdi ki, respublikada yaşayan azərbaycanlılar öz 
ana dilində təhsil almalıdırlar. (23)
Beləliklə Azərbaycan məktəblərinin yeni məzmunda 
təşkili  istiqamətində ilk  addımlar atılaraq birillik, ikillik 
və  xüsusi  məktəblər  ləğv  edildi.  Yeni  tipli    yeddiillik, 
səkkizillik və tam orta məktəblər təşkil olunaraq fəaliy-
yətə başladı. Yeni tipli məktəblər təşkil edildikdən sonra  
İrəvanda    və  eləcə  də  azərbaycanlılar  yaşayan  bütün 
böl gələrdə doğma dilimizdə təh sil ocaqları şəbəkəsinin  
genişlənməsi  orada təhsil alan şa girdlərin sayının sürətlə 
artmasına təkan verdi. Azərbaycanlı  şa girdlərinin sayının  
sürətlə    artmasının    əsas  səbəblərindən  biri  də,  1918-
1920-ci illərdə erməni daşnaklarının zülmü nəti cəsində 
ən qəddar üsullarla qətlə yetirilməkdən xilas olmaq üçün 


13
doğma    yurdlarını  tərk  etmiş    soydaşlarımızın  “Ermə-
nistan”da  sovet  hakimiyyəti  qurulduqdan    sonra  bir 
qisminin yenidən öz  vətənlərinə geri dönməsi ilə bağlı 
idi.
Milli dilimizdə təhsil ocaqları şəbəkəsinin  genişlən-
məsi  və  idarə  edilməsi  orada  təhsil  alan  şagirdlərin  
sayının sürətlə artması müəllim  kadrlarına olan tələbatı 
daha da artırırdı.
Azərbaycanlı ziyalılar tərəfindən azərbaycanlı mək-
təb liləri  üçün  pedaqoji  kadrlar  hazırlayan  tədris  müəs-
sisəsinin yaradılması ideyası 30 yanvar 1922-ci ildə EKP-
nin  birinci  qurultayında  qaldırılsada  onların  tələblərinə 
məhəl qoyulma mışdı.
Amma buna baxmayaraq Azərbaycan məktəbləri üç-
ün müəllim çatışmazlığı problemini həll etmək məsələsi 
yenə  də  əvvəlki  kimi  gündəlikdə  qalırdı. Azərbaycanlı 
məktəbləri  üçün  pedaqoji  kadırların  hazırlanması  mə-
sələsi Ermənistan Komu nist Partiyasının 1923-il martın 
29-da keçirilən ikinci qurultayında yenidən qaldırılsa da, 
yenə də öz həllini tapmamışdı. Qurultayda  Ermənistanın 
şovinist  dairə ləri  və  eləcə  də  Xalq  Maarif  Komissarı 
A.Mravyan  Azərbaycan  məktəblərini  müəllim  kadrları 
ilə təmin  etmək üçün Azərbay candan peda qoji kadrların 
dəvət  olunmasını  daha  məqsədəuy ğun  hesab  edirdilər. 
Ermənistanın  şovinist dairələri azərbay canlı məktəb ləri 
üçün  yerli  kadrların  hazırlanması  məsələsini    müxtəlif 
vasitələrlə  əngəlləyirdilər. Burada  bol şevik cildinə  bü-
rünmüş  erməni daşnaklarının  ən iyrənc məq səd ləri  azər-


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə