Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   2   3   4   5   6   7   8   9   ...   45

23
32 nəfər olmuşdur ki, onlardan da 4 nəfəri gənc qızlar idi. 
37 nəfər isə bir illik müəllimlər kursuna daxil olmuşdu. 
Beləliklə,  Texni kumun  fədakar  kollektivinin  və  onun 
direktoru  M.Kazımovun  fədakar  fəaliyyəti  sayəsində 
tədris  prosesinə  hazırlıq  işləri  ye kunlaşdıqdan  sonra 
1925-ci il noyabr ayının 17-də texnikumda ilk dərs günü 
elan edildi. (14)
Amma texnikumun müstəqil bina ilə təmin  edilmə-
məsi  bir  sıra  fənnlər  üzrə  müəllimlərin  çatışmamazlığı 
tədrisi lazımi səviyyədə qurmağa  imkan  vermirdi. Audi-
toriya  çatışma mazlığı  səbəbindən  dərslər  iki  növbədə 
keçirilirdi.  Buna  görə  də  çox  vaxt  dərslər  cədvəldə 
nəzərdə tutulmuş ardıcıllıqla təşkil olunmurdu. 69 nəfər 
tələbənin dərs keçməsi üçün cəmi bir sinif otağı var idi. 
Sinif otağının darısqal olması səbəbindən bəzən tələbələr 
dəhlizdə  dərs  keçməyə  məcbur  olurdular.  Texniku-
mun tələbələri üçün ayrılmış yataqxana heç bir sanitar-
gigiyena tələblərinə cavab vermədiyindən  orada yaşayan 
tələbələrin səhhəti üçün çox ciddi fəsadlar yaradırdı. Hətta 
mənbələrdə  Əlirza  Yusifov  və  digər  tələbələr  arasında 
ölüm hallarının mövcud olması barədə məlumatlara da 
rast gəlinir. Texnikuma qəbul olunmuş tələbələrin bəziləri 
isə belə bir dözülməz şərait də yaşamağa dözə bilməyib,  
təhsilini yarımçıq qoyub geri qayıtmağa məcbur olurdu.
Bütün  ciddi  maneələrə  baxmayaraq  yeni  yaranmış 
texni kumun fəaliyyətinin canlandırılması tədrisin təşkili, 
müəllim və tələbə kollektivinin formalaşdırılması və s. 
həlli  vacib  olan  məsələlər  “Azsaylı  xalqlar  şöbəsi”nin 


24
müdiri  B.Əfəndiyevin  təşəbbüsü  və  səyi  sayəsində 
Azərbaycan  Xalq  Maarif  Ko missarlığına  etdiyi  mü-
raciət  əsasında  ana  dilində  müxtəlif  adda  kitabların, 
tədris  proqramlarının  dərslik  və  dərs  vəsaitlərinin  əldə 
olunmasına  nail  olunmuşdur.  Texnikumun  fədakar 
kollek tivi bu tədris ocağının mədəni quruculuq qüvvəsinə 
çevrilməsi üçün milli iradə nümayiş etdirirdilər.
Texnikumun ilkin fəaliyyət dövrünə nəzər saldıqda 
pedaqoji heyətin, tədrisin təşkili və 
s.  sahələrdə  müəyyən  irəliləyişin 
olduğu  məlum  olur.  Qısa  zaman 
ərzində  bu  maarif  ocağının  ətra-
fına  Ələşrəf Bayramov, Əsgər Əs-
gər  zadə,  Bülbül  Kazımova,  Mir-
yusif  Mirbabayev,  Məhəmməd 
Əzim zadə,  İs mayıl  Babayev  kimi 
zi yalılar  toplaşmağa  başladı.  Onu 
da  qeyd  etmək  lazımdır  ki,  dünya 
şöhrətli  alim,  akademik  Yusif 
Məm   mədəliyev  ilk  əmək  fəaliyyətinə  bu  texnikumda 
başlamışdır.  O,  1926-27-ci  illərdə  bu  təhsil  ocağında 
kimya-biologiya fənnini tədris etmişdir.
Onu da qeyd etmək lazımdır ki, pedaqoji məktəbin ilk 
müəl limlərindən biri də  Azərbaycanda böyük müəllim 
nüfu zuna,  hörmətə  malik,  ömrünün  50  ildən  artıq  bir 
hissəsini  təhsi limizin  inkişafına,  xüsusən  coğrafiya  el-
minin tədrisinə həsr edən Ələşrəf Bayramovdur. Ələşrəf 
Hüseyn oğlu Bayramov 1902-ci ildə İrəvan quberniyası 
Bülbül Kazımova


25
Sürməli  qəzasının  Aralıq  Başkənd  mahalında    savadlı 
bir  ailədə  dünyaya  gəlmişdir.  O,  1908-1914-cü  ildə 
Başkənddə  rus-tatar  məktəbinə  daxil  olub  və  1913-cü 
ildə oranı bitirmişdir. İrəvan müəllimlər Seminari yasına 
daxil olan Ələşrəf Bayramov üçüncü kursda oxuyarkən 
müəyyən səbəblərə görə “Seminariyanı Şimali-Qafqaza-
Ar mavir  şəhərinə  köçürürlər”.(10)  Amma  valideynləri 
onun Ar mavir şəhərində təhsilini davam etdirməyə icazə 
vermirlər.  Müəllimlik  arzusu  isə  Ə.Bayramovun  ən 
böyük arzularından biri idi.
1920-ci  illərdə  yeni  tipli  sovet  məktəblərində  dərs 
demək üçün müəllim kadrlarına  böyük ehtiyac  yaran-
mışdı. Həmin ehtiyacı ödəmək üçün İrəvanda və bölgələr-
Ələşrəf Bayramov


26
də də kurslar təşkil edilirdi. İrəvanda yay pedaqoji kursu-
nu bitirən Əşrəf Bay ramov yenidən Qəmərliyə qayıdır. 
O, erməni orta mək təbinin nəzdin də ibtidai Azərbaycan 
məktəbinə müdir və müəllim təyin edilir.
1927-28-ci illərdə Ə.Bayramov İrəvandakı S.M.Ki-
rov adına doqquzillik orta məktəb də  çalışmağa başlayır.
O,  həm  də  yay  aylarında  “Ermənistanın  bir  sıra 
rayon larında müəllimləri təkmilləşdirmə kurslarında pe-
daqogika və metodikadan dərs deyir”. (10)
Ə.Bayramov  həm  də  İrəvanda  Azərbaycan  ədəbi-
mədəni mühitin inkişafında fəal iştirak edirdi. O, 1927-
ci  ildə  “Ermə nistan”  Proletar  Yazıçılar  Cəmiyyətinin 
nəzdində yara dılmış azərbaycanlı bölməsinin gənc yazıçı 
kimi ən fəal üzv lərindən biri idi. O, yazıçı kimi 1928- ci 
ildə Tiflisdə keçirilən Zaqaf qaziya Proletar Yazıçılarının 
toplantısında nümayəndə kimi iştirak etmişdi.
“Lakin  Ə.Bayramov  təhsilini  davam  etdirməyi  də 
unut mur.  O,  1941-ci  ildə  Ermənistan  Dövlət  Pedaqoji 
İns  ti  tutunun  coğrafiya  fakültəsini müvəffəqiyyətlə bi-
tirir. Yenə müxtəlif məktəblərin ünvanlarına yönəlir, yenə 
də necə zəhmətkeşin övladına savad öyrədir, onları işıqlı 
yola çıxarır”.(10)
Ə.Bayramov  “Ermənistan”da  azərbaycanlılar  yaşa-
yan  müxtəlif  bölgələrdə  -  Dərəçiçəkdə,  Basarkeçərdə, 
Gümrüdə və digər yerlərdə məktəblərdə müəllim kimi fə-
aliy yət göstərmiş, yay kurslarında yüzlərlə azərbaycanlı 
pedaqoji kadrların hazır lanmsında böyük rol oynamışdır. 
1943-45-ci  illərdə  Kalinino  rayonu  Soyuqbulaq  kənd 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə