Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

56
1936-cı  ildə  texnikumda  tələbələrin  ideya-siyasi 
səviy yəsini yüksəltmək, onların istedad və bacarıqlarını, 
yaradıcılıq  qabiliyyətlərini  inkişaf  etdirmək,  onları 
cəmiyyətin  fəal  qurucularına  çevirmək  məqsədi  ilə  tar, 
foto, alman dili, rus dili, coğrafiya, xor, rəqs və s. dərnəklər 
yaradılmış  və  bu  dərnəklərə  xeyli  sayda  tələbə  cəlb 
edilmişdir.  Bu  dərnəklərə  texnikumun  direktoru  Mehdi 
Kazımov,  müəllimlərdən  Əziz  Əzizov,  Nəzər  Paşayev, 
İsmayıl Şükürzadə, tələbələrdən 3-cü kurs tələbəsi Əsəd 
Mamedov, 4-cü kurs tələbəsi Məsim Əkbərov rəhbərlik 
edirdilər.  (20)  Mənbələrin  verdiyi  məlumatlarda  həmin 
dərnəklərdə  öz  bilik  səviyyələrini  yüksəltmək  üçün 
müntəzəm  iştirak  edən  tələbələrdən  Bulud  Zeynalov, 
Qurban İsmayılov, Qasım Əsgərov, Əhəd Rəcəbov, Tapdıq 
Əmiraslanov, Səməd Qarayev, Pərviz Tağızadə, Əbülfət 
İsmayılov, Cabbar Quliyev, Teymur Haqverdiyev, Cabbar 
Həsənov, Ələsgər Əbdilov, Möhsün İbrahimov, Məsmə 
Məmmədova, Foqiyə Əsgərova, Möhsün Abbasov, Abbas 
Ağayev,  Hüseyn  Mamedov,  Əsgər  Rzayev,  Müzəffər 
Namazov,  Bəhram  Rzayev,  Zübeydə  Həsənova,Əhməd 
Kələşov,  Gəncəli  Quliyev,  Hidayət  Hacıyev,  Ələsgər 
Mustafayev və başqalarının adlarına rast gəlinir.
Onu da qeyd etmək lazımdır ki, pedaqoji məktəbin 
bir sıra uğurlara nail olmasında adlarını yuxarıda qeyd 
etdiyimiz  və  etmədiyimiz  fəal  tələbələrin  də  müəyyən 
rolu vardır. Həmin tələbələr gözəl oxumaqla yanaşı həm 
İrəvanda və eləcə yerlərdə azərbaycanlıların yeganə mət-
buat  orqanı  olan  “Qızıl  şəfəq”  qəzetinin  yayılması  və 


57
abunə  yazılışı  işində  milli  maarifimizin  inkişafında  da 
fəal  iştirak  edirdilər.  “Qızıl  şəfəq”  qəzetinin  redaksiya 
heyəti bu mətbuat orqanına xeyli sayda abunə yazdıran 
tələbələrdən  Teymur  Haqverdiyevi,  Cabbar  Həsənovu, 
Möhsün İbrahimovu, Əsgər Abbasovu, Rüstəmi müxtəlif 
hədiyyələrlə mükafatlandırmışdır.
Qeyd etmək lazımdır ki, tələbələr arasında siyasi və 
mədəni-kütləvi işlərə ciddi fikir verilirdi. Məlumdur ki, 
sovet  hakimiyyəti  qurulduqdan  sonra  bütün  sahələrdə 
olduğu kimi təlim-tərbiyə işi də mövcud dövrün tələbləri 
və prinsipləri əsasında qurulmağa başladı.
Tələbələrin  ideya-siyasi  tərbiyəsinə  pedaqoji  mək-
təbin  ilk  partiya  təşkilatı  rəhbərlik  edirdi.  Tələbələrin 
ideya-siyasi baxışlarının formalaşmasında elmi və siyasi 
möv zularda  oxunan  məruzələrin  də  böyük  rolu  olurdu. 
Ey ni zamanda hərbi və bədən tərbiyəsi fənlərinin tədrisinə 
də  xüsusi  fikir  verilirdi.  Hərbi  vətənpərvərlik  tərbiyəsi 
müxtəlif  formalarda  aparılırdı.  Pedaqoji  məktəbin  tələ-
bələri hərbi biliklərə ruh yüksəkliyi ilə yiyələnirdilər.
Tələbələr atıcılıq idmanına daha çox maraq göstərir-
di lər. 1936-cı ildə 120 tələbə “Voroşilov nişancısı” adını 
almışdı.
30-cu illərdə, xüsusilə 1937/38-ci illərdə bütün SSRİ-
də  həyata  keçirilən  repressiyalar  İrəvan  pedaqoji  mək-
təbinin müəllim və tələbələrindən də yan keçməmişdir.
Onu  da  qeyd  edək  ki,  bu  repressiyalarla  əlaqədar 
ermə nilərin azərbaycanlılara qarşı təzyiqi müxtəlif bəha_
nələrlə daha da güclənmişdi.


58


59
1937/38-ci illərdə pedaqoji məktəbin müəllimlərin-
dən  Ələşrəf  Bayramov,  Abbas  Azəri,  Məhərrəm  Əh-
mədov, tələ bələrdən Rza Əli bəy oğlu, Mikayıl Əliyev, 
Əli Xəlilov, Mirağa Seyidov, Xalid Əfəndiyev, Məhəm-
məd  Rzayev,  Məhərrəm  Xəlilov,  İdris  Hüseynov,  Ək-
bər  Məşəmməd  Bağır  Ağa  oğlu,  Ağayar  Həsənov  və 
başqaları  repressiyaya  məruz  qalmışdır.  Amma  bütün 
bunlara  baxmayaraq  pedaqoji  məktəb  1936/37-ci  dərs 
illərində  müəllim  kadrlarının  hazırlanması  işində  daha 
çox uğurlara nail olmuşdu.
Ümumiyyətlə,  1936/40-cı  illər  pedaqoji  məktəbin 
həya tında  mühüm  mərhələ  təşkil  edir.  Bu  bir  tərəfdən 
tələbə  kontingentinin  artırılması  ilə  bağlıdırsa,  digər 
tərəfdən  isə  ali  təhsilli  ixtisaslı  müəllimlərin  pedaqoji 
məktəbə cəlb edilərək fəaliyyət göstərmələri ilə bağlı idi.
Həmin illərdə Azərbaycan dili və ədəbiyyatını Bəhman 
Xudiyev, Musa Tağıyev, kimyadan Cabbar Məmmədov, 
hərbidən  Qabustov,  bədən  tərbiyəsindən  Bəşir  Məm-
mədov, fizika və riyaziyyatdan Cəlal 
Əsgərov,  Təvəkkül  Kərimov,  Əziz 
Əzizov, Əbülfəz Abasquluyev, Sadiq 
Heydərzadə,  Rza  Məmmədov,  Əli 
Heydərov tarixdən Abbas Orucov və 
başqa  yüksək  səviyyəli  müəllimlər 
tədris edirdilər. 1938/40-cı illərdə isə 
pedaqoji məktəbin dərs hissə müdiri 
vəzifəsini  İsmayıl  İs mayılov  icra 
edirdi. Onu da qeyd etmək lazımdır 
Təvəkkül Kərimov


60
ki,  bu  müəl limlər  bilik  verməkdə 
əvəzsiz pedaqoqlar idilər.
Ümumiyyətlə 15 il ərzində mək-
təbdə  dərs  deyən  müəl lim lərin  sayı 
xeyli  artmış,  həm  də  keyfiyyətcə 
yaxşılaşmış dır.  Texnikumun  yaran-
dığı  ilk  illərdə  bu ra da  4  müəllim 
olduğu  halda,  1940-cı  ildə  26  mü-
əllim  olmuşdur  ki,  onların  da  ək-
səriyyəti  ali  təhsilli  idi.  (25)  Bütün 
bunlar  hamısı  tədrisin  keyfiyyətcə  yaxşılaşma sına  öz 
müsbət təsirini göstərirdi.
Belə  ki,  1938/39-cu  dərs  ilində 
2  il  eyni  sinifdə  qalan ların  sayı  8 
nəfər olduğu  halda, 1939/40-cı dərs  
ilində  isə  3  nəfər   olmuşdur. (9)
1939-cu  dərs  ilində  əlaçı  tələ-
bələrin sayı 21 nəfər olduğu halda, 
1940-cı 
ildə 
əlaçı tələbələrin 
sayı  34  nəfər 
olmuşdur.  (9)  Mənbələrdə  əlaçı 
tələbələrdən  Həbib  Həsənov,  Zəhra 
Hüseynova, Əli Qədiməliyev, İsrafil 
Şahverdiyev,  Mux tar  Bay ramov, 
Fərman  Həsənov,  Oruc  Zey_nalov, 
Zeynal  Zey nalov,  Hüseyn  Məm_
mədov,  Cəfər  Paşayev,  Firudin 
Əziz Əzizov
Sadiq Heydərzadə
Abbas Orucov


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə